məhz dəyişikliklərə çevik uyğunlaşma siyasətini yürütmal*.
lə, yeniliklərin bütün müsbət potensialından səmərəli isti-
fadəni təmin edən struktur və mexanizmlər yaratmaqla,
millilik və dövlətçiliyin ideal balansını da, strateji perspek
tivini də təmin edə bilmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik si
yasətinin bu baxımdan nəticələri günümüzün reallığı və ən
böyük uğurlarımızdır. Dövlət müstəqilliyinin bütün sahə
lərdə möhkəm təməllərinin qurulması ilə bərabər, Azərbay
canın dünyaya tanıdılması, siyasi sabitliyin təmin edilməsi,
iqtisadiyyata aparıcı beynəlxalq təşkilatların maliyyə və
sərmayə qoyuluşunun cəlb edilməsi kimi müdrik siyasət
dünya inkişafının mövcud meyillərini nəzərə almaqla həya
ta keçirilmiş, Azərbaycanın suverenlik statusunun mövcud
problemlərin həlli mexanizmində hər an qətiyyətlə vurğu
lanmışdır. Ulu öndərimiz dəyişən dünyanın indisi və gələ
cək perspektivlərinə adekvat cavab verən dövlətçilik siya
sətinin əsas istiqamətlərinin strategiyasını Azərbaycana irs
qoyub getmişdir.
Ölkəmizin geosiyasi mövqeyini, təbii ehtiyatlarını,
insanların potensialını nəzərə alaraq onu müasir dünyada
baş verən proseslərin, beynəlxalq fəaliyyətin əsas subyekt
lərindən biri kimi inkişaf etdirmək bu irsin tərkib hissə
lərindən biridir. Azərbaycan bu illərdə demokratik, hüquqi,
dünyəvi dövlət kimi dünyada özünütəsdiq dövrünü yaşamış
və ona nail olmuşdur. Bu gün qlobal cəmiyyətin siyasi,
iqtisadi, mədəni, ictimai və s. sahələrində inteqrasiyanın
vacibliyi barədə Prezident İlham Əliyev cənabları qeyd
edir: “Dünyada hər şey qarşılıqlı bağlılıq təşkil edir. Bunu
bütün ölkələr nəzərə almalıdır. Dünya cəmiyyətinə biganə
-
182
-
qalmaq, ona sayğısızlıq göstərmək heç bir yaxşı nəticəyə
gətirib çıxara bilməz. Bəli, bu reallıqları biz nəzərə alma
lıyıq. Lakin öz taleyimizi yalnız özümüz həll edirik".
Müstəqil, qüdrətli dövlətin formalaşması, onun iqti
sadi firavanlığının təmin edilməsi ilə bilavasitə əlaqədardır.
Müstəqillik illərində reallaşdırılan, bu gün dönmədən da
vam etdirilən iqtisadiyyatın modernləşdirilməsi xətli, ölkə
mizin qlobal - beynəlxalq əmək bölgüsündə öz yerini tut
ması üçün böyük perspektivlər açır.
Ənənəvi və modernləşmiş sivilizasiyaların qovşağın
da yerləşən ölkəmiz qlobal cəmiyyətə inteqrasiya və milli-
mədəni özünəməxsusluq yolunu seçmişdir. Azərbaycan di
namik, müstəqil siyasət yeridərək, yeni dünya nizamının
yaranmasında fəal iştirak edərək qlobal dünyanın tərkib
hissəsinə çevrilir. Başqa ölkənin ərazi bütövlüyünə qəsd
edən bir qurumun, milli suverenlik prinsipini pozduğuna,
dünyanın sülh və təhlükəsizlik yolunda maneələr yarat
dığına dünya dövlətlərini inandırmağa çox çətin də olsa nail
olur. Millətçi-separatizmin müasir dünyanın qlobal reallı
ğına deyil, vaxtı keçmiş sərsəm xülyalara xidmət etdiyi ay
dın olur. Tarixin heç bir dönəmlərində dünya birliyinə
inteqrasiya və milli təhlükəsizliyin, suverenliyin təmin
olunması kimi ilk baxışda paradoksal-əks görünən iki pro
ses bu qədər çulğaşmamışdır. Milli mənafe anlayışı, həm
dünyanın müasir inkişaf meyillərinə cavab verən, həm də
baş verən proseslərə dinamik adekvat fəaliyyətlə qoşulmağı
təmin edən siyasətin məzmun və mahiyyətini əks etdirir.
Dünyanın get-gedə aydın sezilən vəhdətinin formalaşması,
universalizm ideyalarının birtərəfli şərhinə səbəb olmuşdur.
Bəşəriyyətin varlığının onun çoxçalarlı müxtəlifliyindən
-
183
-
kənarda təsovvüredilməzliyi fikri hər dəfə unudulanda tarix
özü bu baxışlara düzəliş edir, onları sınağa çəkir. Milli özü
nəməxsusluğu arxa plana keçirərək, bütün dünyanı mo
dernləşdirməyin mümkünlüyünə dair mövqelər, XX əsrdə
özünü doğrultmadı. Məlum oldu ki, bütün dövrlərdə
universallıq, unikallıqla vəhdətdə götürüldükdə bəhrələrini
verə bilir. İnnovasiyalara çevik reaksiya verilməsi ilə, də
yişikliklər gedişində varisliyi təmin edən sabit, dayanıqlı
amillərin sintezi inkişafı daha uğurlu məcraya yönəldir.
Bütün bu proseslər içərisində bulunan bəşəriyyət Kopernik
və Qalileyin elmdəki çevrilişlərindən az əhəmiyyətli ol
mayan dəyişikliklər ərəfəsindədir. Akademik Vernadski ya
zırdı: “Biz zəif ruhlu insanların yaşadığı böhranı deyil,
minillikdə bir dəfə olan elmi fikirdəki dəyişikliklərin çətin
liyini yaşayırıq”.
Bəşəriyyət seçim qarşısındadır. Ona verilən seçim
azadlığından düzgün istifadə etmək imkanı onun gələcək
varlığını təmin edən əsas şərtdir. E.Fromm yazırdı: “İlk
dəfə tarixdə insan nəslinin fiziki varlığının xilası onun ürə
yinin radikal dəyişməsindən asılı olacaq”.
M üasir dünyanın sosial-iqtisadi, siyasi inkişafının
magistral meyillərinin təhlil edilməsi, qloballaşma proses
ləri ilə sıx əlaqədardır. Bütün planeti əhatə edən bu pro
seslərdə ölkəmizin yeri, rolu iştirak formalarını və imkan
larını bilmək üçün baş verən proseslərdə dünyanın inkişaf
etmiş sayılan ölkələrinin beynəlxalq inteqrasiya xüsusiy
yətlərini, dəyişiklik və islahatlara necə nail olduqlarına bə
ləd olmaq vacibdir. Bu gün informasiya-texnologiyaları sa
həsində inqilab, həmişə mövcud olan qarşılıqlı yaxınlaşma
proseslərinə görünməmiş vüsət, dinamizm vermişdir.
-
184
-
Bəhs eldiyimiz mövzu kontekstində qarşıya çıxan
suallar başqa cür də səslənir. Qarşısıalınmaz görünən bu
prosesdə lokal-regional müstəvidə gedən inteqrasiya yoxsa
qlobal müstəvidə gedən unifikasiya meyilləri üstünlük
edəcəkdir?
Şübhəsiz ki, lider ölkələr öz sosial, siyasi, iqtisadi,
milli inkişaf modellərini, yerdə qalan ölkələrə qəbul etdir
məyə səy göstərmə - bu həmin ölkələrin siyasətinin həm
müsbət, həm də mənfi, zəif tərəfini təşkil edir. Bu bərabər
hüquqlu tərəflərin könüllülük əsasında qarşılıqlı zəngin
ləşmə istəyinin ifadəsi olmalıdır. Lakin o da məlumdur ki,
heç də bütün ölkələr təklif edilən yeni, mütərəqqi (və ya
başqa) model, standart, bilik və texnologiyaları asanlıqla
mənimsəyə və ya gerçəkləşdirə bilmirlər, istənilən halda
milli və bəşəri potensialın ahəngdar inkişaf nöqtələrinin
müəyyənləşdirilməsi birmənalı deyil, mürəkkəb prosesdir.
Müstəqillik illərində ölkəmizin iqtisadiyyatına bir
başa sərmayə qoyuluşu, birgə beynəlxalq layihələrlə uzun
müddətli əməkdaşlığın təməlinin möhkəmləndirilməsi, tə
biidir ki, öz növbəsində davranış stereotiplərinin, işgüzarlıq
mədəniyyətinin standartlarının dəyişilməsini, insanlar və
ölkələr arasında inam və etibarın artmasını tələb edir. M ə
lumdur ki, qlobal əməkdaşlıq da, qlobal rəqabət və yarış da,
qeyri-səmərəliliyin, uğursuz fəaliyyətin istənilən nəticə və
təzahürlərinə qarşı barışmaz münasibətdədir.
Bu gün inkişafın liderləri ola bilən ölkələr məhz bu
şərtlərə əməl etdiyi, qlobal meyilləri sezdiyi və ona qoşula
bildiyi üçün həmin mövqeləri əldə etmişlər.
Dünya inkişafının müasir real meyillərinin “bizim
üçün” də işləməsini, həm Azərbaycanın ümumi iqtisadi
-
185
-
Dostları ilə paylaş: |