istilik və işıqlanma qurşaqları yaranır. Sutka ərzində gecə və gündüzün
davamiyyəti dəyişir, bu zaman aşağıdakı əlamətdar hadisələr baş verir. I yaz gecə-
gündüz bərabərliyi, II yay gündönümü, III payız gecə-gündüz bərabərliyi, IV qış
gündönümü. Tam dövr etmə müddətində günəş ancaq 23°27’ şımal və cənub
enlikləri arasında zenitdə olur. Bu paralel çevrələri müvafiq olaraq şımal və cənub
tropikləri adlanır. Tropik sözü «geri qayıtma nöqtəsi» deməkdir. Yerin günəş
ə
trafında hərəkətinin bir nəticəsi də şımal və cənub qütb dairələrindən başlayaraq
qütblərə doğru qütb gecə və gündüz hadisəsinin baş verməsidir. Yerin fırlanma oxu
onun kütləsinin (nüvənin) mərkəzindən keçən düz xəttə deyilir. Yerin fırlanma
oxunun yer səthi ilə təmas nöqtələrinə isə «coğrafi qütblər» deyilir. Şimal qütbü elə
qütbdür ki onun tərəfindən baxdıqda yer saat əqrəbinin əksi istiqamətində dövr
edir. Ekvator müstəvisi fırlanma oxuna perpendikulyar olan böyük çevrə xəttinə və
ya qütblərdən bərabər uzaqlıqda olan çevrəyə deyilir. Müstəviləri ekvator
müstəvisinə paralel olan kiçik konsentrik çevrələrə paralellər deyilir. Hər bir
nöqtənin ekvatordan uzaqlığı onun «coğrafi enliyidir». Coğrafi qütbləri birləşdirən,
ekvator müstəvisinə perpendikulyar olan yarım çevrə xəttinə isə «meridian»
deyilir. Bildiyimiz kimi şərti olaraq Qrinviç rəsədxanasından keçən meridian kimi
başlanğıc meridian götürülür (əvvəllər başlanğıc meridianı kimi Kanar
adalarındakı Ferro burnu, Paris, Berlin meridianları, Rusiyaya Sankt-Peterburqdakı
Kunts-kameradan keçən meridian 1839-cu ildən sonra isə Pulkovo
rəsədxanasından keçən meridian götürülmüşdür.). Başlanğıc meridiandan verilən
nöqtədən keçən meridiana qədər olan məsafə coğrafi uzunluq adlanır. Yerin öz oxu
ə
trafında tam dövr etməsinin asağıdakı əhəmiyyəti var: I sutka – gecə-gündüz
yaranır.
II hərəkət edən cisimlər şimal yarım kürəsində sağa, cənub yarımkürəsində
sola meyl edirlər III Yerin Günəş radiianası ətrafında fırlanması təbii zonalarının
qərb-şərq uzunluğunu müəyyən edir. IV Yerin fırlanması nəticəsində müxtəlif
ə
razilərdə qərarlaşmış qalxan və enən hava cərəyanları əsasən spiralvarı hərəkət
forması alırlar. Şimal yarımkürəsində spiral sola, cənubda sağa meyl edir. V Yer
kürəsində yerin öz oxu ətrafında fırlanması nəticəsində vaxt müxtəlifliyi anlayısı
Melikov Behruz
yaranır. Bildiyimiz kimi , 1884-cü ilə qədər yer kərəsində vahid vaxt anlayısı yox
idi. Öz oxu ətrafında yer qərbdən şərqə doğru hərəkət etdiyindən günəş suaları
şə
rqdən başlayaraq meridianlar üzrə yer səthini işıqlandırırlar. Bu zaman yerin
fırlanma sürətindən asılı olaraq günəş suaları şərqdən qərbə doğru 4 dəqiqədə 1°
surət ilə hərəkət edirlər Yəni 1° qərbdə yerləşən meridian şərqdəkindən 4 dəq sonra
günəş şuaları düşür. Bu isə qonşu meridianlar arasında vaxt fərqi yaranmasının
səbəbidir. Məlumdur ki, coğrafi enlikdən asılı olmayaraq bir meridian xətti
üzərində vaxt eynidir. Bu yerli vaxtdır. Deməli meridianlar arasında yerli vaxt fərqi
4 dəq olmaqla şərqdəki meridianın vaxtı həmişə qabağ olur. Yer kürə olduğundan
1°=lik fərq nəzərə alınmaqla 360° yerli vaxt məfhumu anlayış mövcuddur. Yerli
vaxtla bağlı olan mürəkkəbliyi aradan qaldırmaq üçün 1884-cü ildə Yer kürəsində
vahid vaxt anlayısı – qurşaq vaxt anlayısı qəbul olunmuşdur.
Bu məqsədlə Qrinviç meridianı mərkəz olmaqla qərbdən şərqə doğru yer
kürəsi hər biri 15° olmaqla 24 qurşağa ayrılmışdır. Bu zaman hər bir qurşaq
daxilində vaxt onun orta meridianına görə hesablanır, yəni orta meridianın yerli
vaxtı yerləşdiyi qurşağın qurşaq vaxtına uyğun gəlir. ki qonşu orta meridian
arasındakı dərəcə fərqi 15 dərəcə olduğundan qonşu qurşaqlar arasındakı qurşaq
vaxt fərqi 1 saatdır. Günəş yer kürəsini şərqdən qərbə doğru işıqlandırdığından
şə
rqdə yerləşən qurşağın qurşaq vaxtı qərbdəkindən bir saat irəlidə olur. Saat
qurşaqları qərbdən şərqə doğru nömrələnirlər. Bu zaman şərti olaraq qəbul
olunmuşdur ki, yer kürəsində hər bir yeni sutka 180°=lik meridiandan başlayır və
qərbə doğru irəliləyir. Bu meridian «sutkanın dəyişilmə xətti» kimi qəbul
olunmuşdur. O heç bir yerdə quru səthini kəsmir. Bu xəttin qərbi ilə şərqi
arasındakı vaxt fərqi bir sutkadır.
Yerin günəş və öz oxu ətrafında Ayla birlikdə sistem şəklində hərəkətinin
digər nəticəsi də qabarma və çəkilmə hadisəsidir. Qabarma və çəkilmənin hər
birinin davamiyyəti təqribən 6 saat 12 dəq, 30 saniyədir. Hər bir qabarma və
çəkilmə sikli təqribən 12 saat 25 dəq-dir. 2 qabarma və çəkilmədən ibarət tam sikl
isə 24 saat 50dəq -dir. Yəni 1 sutka ərzində təqribən 2 dəfə qabarma və 2 dəfə
çəkilmə hadisəsi olur.
Melikov Behruz
Bu təbiət hadisəsinin yaranmasının əsas səbəbi ayın cazibə qüvvəsidir Dünya
okeanında qabarma və çəkilmə amplitudası orta hesabla 5-10m arasında dəyişir.
Ə
n yüksək qabarma hadisəsi (18m) Şimali Amerikanın şimal-şərq sahillərində
Fandi və Men körfəzi sahillərində müsahidə olunur. Qabarma və çəkilmə hadisəsi
materiklərdə də müsahidə olunur (Şərqi Avropa platforması daxilində). Okeanlarda
nisbətən zəif qabarma və çəkilmə daxili dənizlərdə müşahidə olunur (Aralıq, Qara,
Baltik). Xəzər dənizində qabarma və çəkilmənin amplitudu 10-20 sm arasında
dəyişilir.
Melikov Behruz