229
Y
ol gedirik
•
ŞAİR – KAMERTON
Piano dillərini kökləmək üçün
kamerton bir cihazdır.
Musiqini için-için
dindirən xoş avazdır.
Lazım deyil əl vurmaq,
Hər dilə toxunarsa barmaq,
Kamertondan gəlsə səslər,
Demək piano köklənib,
Hər not da diləklənib.
Musiqilər doğulacaq,
Üni ərşə dağılacaq.
***
Şair də kamerton kimi olmalı,
Ağrı-acıyla dolmalı.
Təbiətin xoş səsini,
Vətənin od nəfəsini,
Bu dünyanın harayını,
İlhamıyla duymalıdır
Canın oda qoymalıdır.
Kamertontək yana-yana
hər nota səs verməlidir,
Ağ kağıza canlı nəfəs verməlidir.
Can tağının meyvələrin söz-söz
candan dərməlidir.
Söz yığını şeir deyil,
Şeir hissdir, seyir deyil.
O vücudu titrətməli,
Yeri, göyü ram etməli.
Əgər yoxsa belə qüdrət,
Yazdığında yoxdu sənət!
Gecə-gündüz qəlb dolmalı,
Gözlər yuxusuz qalmalı.
İlhamında can olmalı,
Şair kamerton olmalı,
Şair kamerton olmalı.
09.10.2008
230
Şirin x
anım Kərimbə
yli Şadiman
•
BİLMİRƏM NƏ GƏZİR BU CAN İÇİNDƏ?
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Xəyalım baş vurur bu aləmlərə,
Sevinc kədər verir ötən dəmlərə,
Gözlərim baş qoyub yatır nəmlərə,
Dünya da hıçqırır bəxtikəmlərə,
Ürəyim çırpınır al-qan içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Zaman dəqiqəyə yaxa verməyir,
Sinəsin atılan oxa verməyir,
Üşüyən saata çuxa verməyir,
Acın harayını toxa verməyir,
Sübhün işartısı var dan içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Fikirlər aləmə dağılıb qalıb,
Əlim qoltuğuma sığılıb qalıb,
Gülüşüm dodağda uğunub qalıb,
Qəmim də sinədən yığınıb qalıb,
Əzabım çırpınır hər yan içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Sevdalı ürəyim gəlmir köksümə,
Telləri bənd olub bir qərib simə,
Dəlitək hovlanır cumur hissimə,
Yad kimi boylanır baxır əksimə,
Məni əsir edir bir an içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Heyrətdən böyüyür gözümdə aləm,
Ərşin yeddi qatın dağıdır naləm,
Olub çilik-çilik könül piyaləm,
Titrəyir əlimdə ah ilə qələm,
Tənim od götürür büryan içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Xəyalım aparır yuxumu ərşə,
Gah qüssə şah olur, gah da ki, nəş’ə,
Ürəyim arayır bir tənha guşə,
231
Y
ol gedirik
•
Qəlbə mehman olur yenə əndişə,
Gözüm haqq arayır iman içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Mənə qənim olub gecə-gündüzüm,
Fikir haçalanır, söz düzüm-düzüm,
Gah şərə açılır, gah dərdə üzüm,
Mən bu fırtınaya bəs necə dözüm?
Atəşim köz açır zaman içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
Haqqın qarşısında Şadiman nəçi,
Göynədir könlünü dünyanın içi,
Zamanın sərt gedir bu biçhabiçi,
Yamağa, yırtığa olub pinəçi,
Fələyin hər hökmü fərman içində,
Bilmirəm nə gəzir bu can içində?
Canım düşüb qalıb hicran içində.
29.04.2007
YUXUM ÇƏKİLİB ƏRŞƏ
Yuxum çəkilib ərşə,
Çəkir məni qəm şişə,
Yerdən göyə uçuram,
Özümə yol açıram.
Yanır mənimlə gecə,
Ev sükut, sakit küçə.
Qulağımı səs alır,
Gözüm zülmətdə qalır.
Ulduz-ulduz sözlərim,
Bu yol çəkən gözlərim,
Dikilibdi aləmə,
Kimsə dinmir naləmə.
Arabir külək səsi,
O hayqıran nəfəsi,
Gecəyə layla çalır,
Gah qalxır, gah alçalır.
Zülmətdən qopan səda,
Olur könlümə qida.
Hamı yatıb yuxuda,
İlham qara-qorxuda,
Qapımda durub baxır,
Məni yandırıb yaxır.
10.10.2008
232
Şirin x
anım Kərimbə
yli Şadiman
•
MƏNƏ DİVANƏTƏK BAXIB, EY FƏLƏK
Mənə divanətək baxıb, ey fələk,
Bu odu könlümə sən tökmədinmi?
Hissin qılıncını taxıb, ey fələk,
Məni tərəfinə sən çəkmədinmi?
Sinəmdə alışan ocaq çatmısan,
Tutub ürəyimi ora atmısan,
Bütün vücudumu qora qatmısan,
Özün mənlə oda tez çökmədinmi?
Hara gedirəmsə səndən keçirəm,
Sənin arşınınla ömrü ölçürəm,
Hər an dəyişirəm, hər an bir cürəm,
Bu hissin ağacın düz əkmədinmi?
Zamanın dartılan həyat simiyəm,
Gah canın düşməni, gah həkimiyəm,
Mən dəvəsi ölmüş ərəb kimiyəm,
Onun karvanını bir çəkmədinmi?
Kağızlar üstündə göz qaraldıram,
Odum atəş saçır, köz qaraldıram,
Demə, sözüm ölüb üz qaraldıram,
Bu sözün xurcunun sən tikmədinmi?
Şadiman heybətli küləyə bənzər,
Göyləri, yerləri fırlanıb gəzər,
Dünya parıltısı günəş təki zər,
Onun ahu-zarın mənə dedinmi?..
09.04.2011
ALIN MƏNİ, EY DALĞALAR
Alın məni, ey dalğalar, götürün öz sırtına.
Qorxutmayır ürəyimi heç bir zaman fırtına.
***
Təbiətin istəyiylə bu dünyaya gəlmişəm.
Gah hönkürüb ağlamışam, gah ahımı dəlmişəm.
Gah sevdalı aşiqlərtək qəh-qəh çəkib gülmüşəm.
Bu cahanın ağrısını, acısını bilmişəm.
Öz əlimlə gözlərimdən axan yaşı silmişəm.
Doğulandan çarpışmada ağılımın istəyi,
Ağrılarım dopdoludur daşır zaman ətəyi.
Buludların gözlərində axan yaşa dönərəm,
Qanad açıb dəliləşən ləpələrə enərəm,
Çılğınlığım qaçsa məndən ocaq təki sönərəm.
Dostları ilə paylaş: |