Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   40   41   42   43   44   45   46   47   48

2016v1 

86 


 

332.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin 

daşımaqla idarə edilməsinə görə - 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. 



332.6. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən  1 il ərzində təkrar törədilməsinə görə  - 1 aydan 2 ayadək 

müddətə inzibati həbs tətbiq olunur. 

332.7.  Bu  Məcəllənin  332.5-ci  maddəsində  nəzərdə  tutulmuş  xəta  nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına 

yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə -

 

2 aydan 3 ayadək 



müddətə inzibati həbs tətbiq olunur. 

 

Qeyd:  



Bu  Məcəllənin  332.1,  335.1,  336.1  və  337.1-ci  maddələrində  “nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxs” 

dedikdə,  nəqliyyat  vasitəsinin  mülkiyyətçisi,  yaxud  etibarnamə  və ya  icarə  müqaviləsi  əsasında  nəqliyyat  vasitəsini 

idarə etmək hüququ olan şəxs başa düşülür. 

 

Maddə  333.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxs  tərəfindən  nəqliyyat  vasitəsinin 



alkoqoldan,  narkotik  vasitələrdən,  psixotrop  maddələrdən  və  ya  güclü  təsir  göstərən  digər 

maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 

333.1.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxs  tərəfindən  nəqliyyat  vasitəsinin  alkoqoldan,  narkotik 

vasitələrdən,  psixotrop  maddələrdən  və  ya  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə  olunması  nəticəsində 

sərxoş  vəziyyətdə  idarə  edilməsinə  görə  -  400  manat  məbləğində  cərimə  edilir  +  5  bal  və  ya  nəqliyyat  vasitəsini 

idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. 



333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini 

idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 500 manatadək məbləğdə cərimə edilir və 

ya  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə  məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu 

törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək inzibati həbs tətbiq olunur. 

333.3.  Bu  Məcəllənin  333.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xəta  nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına 

yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini 

idarə  etmək  hüququ  2  il  müddətinə  məhdudlaşdırılmaqla  700  manat  məbləğində  cərimə  edilir  və  ya  nəqliyyat 

vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə  məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu  törədənin 

şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

333.4.  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxs  tərəfindən  belə  nəqliyyat 

vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il 

müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

333.5.  Bu  Məcəllənin  333.4-cü  maddəsində  nəzərdə  tutulmuş  xəta  nəticəsində  zərər  çəkmiş  şəxsin  sağlamlığına 

yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini 

idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

 

Qeyd:  



1.  Xüsusi  texniki  vasitə  qanda  alkoqolun  konsentrasiyasının  0,3  promilli  və  daha  artıq  olmasını  və  yaxud  narkotik 

vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində 

olduğu hesab edilir. 

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

 

Maddə  334.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxs  tərəfindən  nəqliyyat  vasitəsinin 



alkoqoldan,  narkotik  vasitələrdən,  psixotrop  maddələrdən  və  ya  güclü  təsir  göstərən  digər 

maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 

334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik 

vasitələrdən,  psixotrop  maddələrdən  və  ya  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə  olunması  nəticəsində 

sərxoş vəziyyətdə idarə edilməsinə görə - 500 manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu 

törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək müddətə inzibati həbs tətbiq olunur. 



334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati 

tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 15 gündən 1 ayadək 

müddətə inzibati həbs tətbiq olunur. 

334.3.  Bu  Məcəllənin  334.1-ci  maddəsində  nəzərdə  tutulmuş  xətanın  törədilməsi  və  yol  hərəkəti  qaydalarının 

pozulması  nəticəsində  zərər  çəkmiş şəxsin sağlamlığına  yüngül bədən  xəsarətinin  yetirilməsinə  və  ya  zərər  çəkmiş 

şəxsə  maddi  zərər  vurulmasına  görə  -  800  manat  məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu 

törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə