2016v1
88
337.2. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər 300
manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 6000 manat məbləğində cərimə edilir.
337.3. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının
pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə - fiziki şəxslər 400 manat
məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə edilir.
337.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə - fiziki şəxslər 600 manat məbləğində, vəzifəli
şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə edilir.
337.5. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 1 aydan 2 ayadək
müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 12000 manat məbləğində cərimə edilir.
337.6. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının
pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 2500 manat məbləğində
cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək müddətə
inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 15000 manat məbləğində cərimə edilir.
Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının
pozulması
338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət
hissəsinin tərk edilməməsinə görə - 20 manat məbləğində cərimə edilir.
338.2. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə
görə - 20 manat məbləğində cərimə edilir.
338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik
kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına
və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə - 30 manat məbləğində cərimə edilir.
338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
338.4.5. nasaz velosipeddən istifadə etməyə;
338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına;
338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - 40 manat
məbləğində cərimə edilir.
338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə;
338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;
338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və
ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;
338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir
yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - 40 manat məbləğində
cərimə edilir.
338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən
alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması
nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə - 70 manat məbləğində cərimə edilir.
338.7. Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - 80
manatdan 100 manatadək məbləğdə cərimə edilir.
Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi,
nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin
alınması qaydalarının pozulması
339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya