З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə11/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

33
Polad və çuqunlarda əsas komponentlər dəmir və karbondur. Digər ele ment­
lər böhran nöqtələrinin vəziyyətinə, hal diaqramında əyrilərin xarakterinə əhə­
miyyətli  dərəcədə  təsir  göstərir.  Buna  görə  də  dəmir­karbon  ərintiləri,  adə tən, 
ikiqat ərintilər kimi qəbul edilir və onlar üçün iki komponentdən: dəmir və kar-
bondan ibarət diaqram qurulur. Diaqramın üfüqi oxu üzərində onu təşkil edən 
komponentlərin faizlə miqdarı qeyd olunur: başlanğıc nöqtədə dəmir 100% və 
karbon 0%, sonra karbonun konsentrasiyası artır, dəmirinki (qatılığı) isə azalır. 
Adətən, karbonun miqdarı 6,67%­ə çatdıqda diaqram bitir. Bu isə dəmirin kar-
bonla kimyəvi birləşməsi – sementitə uygun gəlir. Tərkibində karbonun miqdarı 
çox  olan  ərintilərin  praktiki  cəhətdən  əhəmiyyəti  yoxdur,  buna  görə  də  onlar 
nəzərdən keçirilmir. Şaquli ox üzərində temperatur qeyd olunur. Şaquli oxun baş-
lanğıcında və sonunda təmiz dəmirin və sementitin böhran nöqtələri gös tə ril miş dir.
Təşkiledici komponentləri aralıq konsentrasiyaya malik olan ərintilərin şaquli 
oxları üzərində onların böhran nöqtələri qeyd olunur. Eyni çevrilmələrə uyğun 
gələn böhran nöqtələri səlis əyrilərlə birləşdirilmişdir.
ACD əyrisindən yuxarıda ərinti əridilmiş halda olur. Həmin əyri üzərindəki 
nöqtələrə uyğun gələn temperaturda kristallaşma prosesi başlanır. Göstərildiyi 
kimi, təmiz metallar üçün kristallaşma prosesi sabit temperaturda ərintilər üçün 
bəzi temperatur intervallarında başlayır.
AECF xətti kristallaşma prosesinin qurtarması xəttidir. Bu xəttdən aşağı tem-
peraturlarda böyük ərintilər bərk halda olur. Diaqramda AECF xəttindən aşağıda 
yerləşmiş xəttlər bərk halda baş verən çevrilmələrə uyğun gəlir.
Hal diaqramından istifadə edərək, ixtiyari konsentrasiyaya malik olan dəmir­
karbon ərintilərinin kristallaşma prosesinin başlanğıcına və qurtarmasına uyğun 
gələn temperaturları təyin etmək olar. Bunun üçün lazımi konsentrasiyanı tapır 
və həmin kristallaşma prosesinin başlanğıc və son xəttləri kəsişənə qədər per-
pendikulyar xətt qaldırılır. Alınmış nöqtələrdən temperatur oxu kəsişənə qədər 
üfüqi xətt keçirərək tələb olunan böhran
 
nöqtələrini tapırlar.
Yoxlama üçün suallar:
1. Dəmir­karbon diaqramının təyinatını və xarakterik xüsusiyyətlərini deyin.
2. Ərintinin komponenti nəyə deyilir?


34
§6. Dəmir-karbon ərintilərin strukturları
Dəmir­karbon ərinti strkturlarının xarakterik xüsusiyyələrini nəzərdən keçi rək.
Ferrit­karbon alfa­dəmirdə bərk məhluldur. Normal temperaturda ferrit yük­
sək plastikliyə və yaxşı maqnit xassələrinə malikdir. Ferritin bərkliyi və möh­
kəmliyinə yük deyilir (orta hesabla HB80­130=300 MH/m
2
 30 kQ/mm
2
).
Sementit dəmir və karbonun kimyəvi birləşməsidir (Fe
3
O), onun tərkibində 
karbonun miqdarı 6,67%­dir. Bu, təşkiledicilərin ən bərk sturukturudur (HB 700­
800).  O,  çox  kövrəkdir.  İlkin  sementit  ayrı­ayrı  dənələr  şəklindədir,  2­ci  isə 
dənələrin  sərhədləri  üzrə  şəbəkə  şəklində  kristallaşır.  Sementit  dəmir­karbon 
ərintilərinin bərkliyini artırır və plastikliyini azaldır.
Austenit qamma­dəmirdə karbonun bərk məhlulunun bircinsli dənələrindən 
ibarətdir.
1145
0
C temperaturda karbonun ən yüksək həllolma qabiliyəti 2%­ə yaxındır. 
Austenit yaxşı plastikliyə, möhkəmliyə və aşağı bərkliyə (413­170­220) malik-
dir. O, qeyri­maqnit xassəlidir. 
Perlit ferritin və sementitin xırdalanmış mexaniki qarışığından ibarətdir. Fer-
ritin dəmirləri üzərində müxtəlif ölçülü lövhəciklər və ya sementit dənələri yer­
ləşir. Bunlara uyğun olaraq, lövhəli perlit adlanır. Perlitin tərkibində karbonun 
miqdarı 0,8%­dir. O, yüksək möhkəmliyə və elastikliyə, ilkin qeyri­kafi özlüyə 
malikdir. Perlitin bərkliyi və möhkəmliyi sementit lövhəciklərinin ölçü lərindən 
asılıdır: lövhələr nə qədər kiçikdirsə, perlitin bərkliyi və möh kəm liyi bir o qədər 
yüksək olur. Lövhəli perlitin möhkəmliyi lövhəciklərdə HB160­dan, nazik löh­
vəciklərdə isə HB260­dan daha yüksək qiymətə qədər dəyişir. Dənəli perlit löv­
həli perlitə nisbətən daha yüksək plastikliyə malikdir.
Ledeburit evtetik tərkibli perlit və sementitin mexaniki qarışığından iba rət­
dir, onda karbonun miqdarı 4,3%­dir. Bərkliyi HB 600­dür.
Yoxlama üçün suallar:
1. Ferrit, perlit, austenit, sementit və ledeburit hansı növ birləşmələrə aiddir?
2.  Dəmir­karbon  ərintilərinin  müxtəlif  struktur  təşkiledicilərinin  tərkibi  və 
xassələri hansılardır?
3. Hansı sturuktur ən kiçik və ən böyük bərkliyə və möhkəmliyə malikdir?


35
III FƏSIL 
ÇUQUNLAR
§1. Çuqunun tərkibi və növləri
Çuqunun tərkibinə bunlar daxildir: dəmir, karbon (2­4,5%) eləcə də man-
qan, kükürd, fosfor və bəzi başqa kimyəvi elementlər.
Karbon dəmirdən sonra çuqunun ən mühüm tərkib hissəsidir. Çuqunun tər­
kibində karbon və ya dəmirlə birləşmiş şəkildə sementit Fe
 
3
C və ya xırda qrafit 
löhvəciklər şəklində olur. Çuqunun soyudulma sürətinin onun tərkibində olan 
karbonun  halına  böyük  təsiri  vardır.  Sürət  artdıqca  çuqunun  tərkibində  olan 
sementitin miqdarı artır.
Karbon  sementit  şəklində  olduqda  sınıqda  çuqunun  rəngi  ağ  olduğu  ücün 
belə çuquna ağ çuqun deyilir. Əgər karbon çuqunun tərkibində qrafit şəklində 
sərbəst haldadırsa, onda sınıq boz rəngdə olur. Belə çuquna boz çuqun deyilir.
Silisium çuqunun tərkibinə əridilmə zamanı silisium oksidindən keçir. Sili-
sium tökmə xassələrini yaxşılaşdırır, maye axıcılığını artırır, qrafitləşmə pro se­
sinə,  boz  çuqunun  alınmasına  kömək  edir.  Silisiumun  miqdarı  boz  çuqunda 
0,81­3,6%, ağ çuqunda 1,3%­ə qədərdir. Manqan metala domna sobasına əlavə 
olunan  manqanlı  filizdən  keçir.  Karbonla  birləşərək  manqan  karbidi  (Mn
3
C) 
əmələ gətirir. Az miqdarda manqan poladın möhkəmliyini artırır. Çox miqdarda 
olduqda  qrafitləşmə  prosesinə  mane  olur.  Karbon  çuqunun  tərkibində  əlaqəli 
şəkildə olduğu üçün ağ çuqun alınır. Ağ çuqunda 0,3­0,5%, boz çuqunda isə ən 
çoxu 1,5% manqan olur. Kükürd zərərli qatqıdır. O, çuqunun tərkibinə yana-
caqdan və qismən filizdən keçir. Kükürd çuqunun kövrəkliyini artırır, möh kəm­
liyini azaldır, ona qatı axıcılıq xassəsi (çuqun formanı pis doldurur) verir. Tər­
kibində  artıq  miqdarda  kükürd  olan  tökmə  soyuduqda  çox  vaxt  çat  –  qızmar 
sınma əmələ gəlir. Kükürdün buraxıla bilən miqdarı: boz çuqunda ən çoxu 0,02­
0,06%, ağ çuqunda ən çoxu 0,06% olmalıdır. 
Fosfor çuquna filizdən keçir və çuqunun tərkibində dəmirlə kimyəvi birləşmə 
şəklində  olur.  Fosfor  çuqunun  mexaniki  xassələrini  pisləşdirir,ona  soyuq  sınma 
xassəsi  –  soyuq  halda  kövrəklik  xassəsi  verir.  Tökmələrdə  fosforun  miqdarı 
0,3%­dən çox olmamalıdır. Fosfor çuqunun maye axıcılığını artırdığına, bununla 
da formaların doldurulmasını təmin etdiyinə görə bədii tökmə hazırladıqda fos-
forun miqdarı 1,2%­ə çatdırılır.
Yoxlama üçün suallar:
1. Karbon, silisium və manqan çuqunun xassələrinə necə təsir göstərir?
2. Ağ çuqun boz çuqundan nə ilə fərqlənir?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə