З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə19/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

57
Yoxlama üçün suallar:
1. Termiki emal zamanı polad nə üçün qızdırılır?
2.  Qızdırılma  zamanı  tərkibində  karbon  olan  ərintilərdə  hansı  çevrilmələr 
baş verir?
3. Ərintinin xırdadənəli strukturunu necə almaq olar?
 
 §3. Qızdırıcı qurğular
Termiki emal üçün poladın qızdırılması termiki sobalarda aparılır. Termiki 
sobalar elektriklə, qazvari yanacaqla və maye yanacaqla işləyən sobalara ayrılır.
Elektrik  sobaları  poladın  1350°C  temperatura  qədər  qızdırılmasını  təmin 
edir.  Bunlar  temperaturu  olduqca  dəqiq  tənzimləməyə  imkan  verir.  Elektrik 
sobaları spiral və mil şəklində (müqavimət sobaları) metal və karborund
 
qızdırı-
cılı və elektrodlu (elektrik­qövs sobaları) olur.
Qazvari yanacaqla işləyən sobalar təbii qazı, generator qazını və digər qaz-
ları odluğun köməyilə yandırmaq hesabına poladın 1600°C temperatura qədər 
qızdırılmasını təmin edir.
Maye  yanacaqla  işləyən  sobalarda  temperatur  forsunka  vasitəsilə  verilən 
mazutun yandırılması hesabına əldə edilir. Maye yanacaq ucuzdur, lakin ondan 
istifadə etdikdə temperaturu dəqiq tənzimləmək mümkün olmur.
Termiki emal olunan detallara istiliyin verilmə üsulundan asılı olaraq, soba-
lar kameralı, mufelli­şaxtalı və s. sobalara və sola vannalarına ayrılır. Kameralı 
sobalarda detallar odadavamlı materialla hörülmüş kameraya doldurulur, buraya 
eyni zamanda yanar qazlar verilir. Bu sobalarda detallar alovla və ya yanar qaz-
larla təmasda olur. Mufelli sobalarda məmulat mufelli odadavamlı materiallar-
dan  hazırlanmış  kameraya  və  ya  qaba  doldurulur.  Mufel  xaricdən  qızdırılır. 
Beləliklə, bu sobalarda qızdırılan məmulat yanma məhsulları ilə təmasda olmur. 
Şaxtalı sobalarda işçi sahə şaquli istiqamətdə uzanır və məmulat yuxardan 
doldurulur. Sobalar vaxtaşırı və fasiləsiz işləyən ola bilər. Vaxtaşırı işləyən soba-
lar vaxtaşırı bir yerdən doldurulub boşaldılır. Doldurulduqdan sonra sola bağla-
nır, qızdırılır və qızdırılma bitdikdən sonra detallar boşaldılır və beləliklə, tsikl 
təkrar edilir. Fasiləsiz işləyən sobalarda (metodik, konveyer) məmulat bir yer­
dən doldurulur. Sonra o, hərəkət edərək, sobanın temperaturu müxtəlif olan zona-
lardan keçir və lazımi temperatura qədər qızaraq sobanın o başından boşaldılır.
Təyinatina görə sobalardan talbama, normallaşdırma, tablama, tabkəsilmə, 
sementləmə və s. məqsədlər üçün istifadə olunur. Emalın növündən asılı ola-
raq, bu sobalardan hər biri müəyyən konstruktiv xüsusiyyətlərə malikdir.
Yoxlama üçün sual:
1. Termiki emal üçün hansı sobalar vardır?


58
§4. Termiki emal aqreqatları
Termiki emal bir və ya bir neçə əməliyyatdan ibarət ola bilər. Məsələn, tab-
lama  zamanı  qızdırılma  ondan  sonrakı  sürətlə  soyudulma,  daha  sonra  təkrar 
qızdırılma və tabkəsiltmə üçün soyudulma lazımdır. Beləliklə, tabkəsiltmə ilə 
taplama aparmaq üçün aşağıdakı avadanlıqları işlətmək lazım gəlir: tablamaya 
qızdırmaq üçün soba, tabkəsiltmə üçün soba, sobanın yaxınlığında yerləşdirilən 
tablama bakı, məmulatın qaçmasının qarşısını almaq üçün tablama presləri.
Bundan  başqa,  detalları  təmizləməkdən  ötrü  aşındırma  baklarından  və 
masınlarından, qəlpələrdən təmizləmək üçün qızma və qum şırnağı aparatların-
dan, yuma qatlarından, eləcə də yağ, duz və palçıqdan təmizləmək məqsədilə 
işlədilən qurğulardan istifadə olunur.
Şəkil 19. Avtomatik tablama aqreqatı
Seriyalı və kütləvi istehsal şəraitində termiki prosesi tamamilə mexa nik ləş­
dirməyə  və  avtomatlaşdırmağa  imkan  verən  tablama  aqreqatlarından  geniş 
istifadə edilir. Verilmiş termiki emal prosesində lazım olan nəqliyyat qurğuları 
ilə əlaqədar avadanlıqlar da buraya daxildir. Avtomatik tablama aqreqatlarında 
(şəkil 19) detallar tablama sobasına (2) konveyer vasitəsi ilə daxil olur. Kon ve­
yerlərlə birlikdə sobanın bütün işçi sahəsindən detallar da asta­asta keçir. Kon-
veyerin  hərəkət  sürəti  elə  seçilir  ki,  detalların  sobada  qızdırılması  və  lazımi 
qədər saxlanılması təmin olunsun. Qızdırılmış detallar konveyerin axırında içə­
risinə soyuducu maddə tökülmüş baka (1) boşaldılır. Orada detallar ikinci kon-
veyerin (3) üzərinə tökülərək yuyucu maşından (4) (yuyucu maşın yalnız tablama 
zamanı detallar yağın içərisində soyudulduqda lazım olur) keçir və tabəksiltmə 
sobasına (5) verilir. Detalların sobanın işçi sahəsindən keçirtmək üçün orada da 
konveyer qurulur.
Termiki  emal  rejimini  nizamlamaq  üçün  aqreqatlar  qızdırılma  temperatu-
runu və saxlama vaxtını tənzimləyən avtomatik cihazlarla təmin edilir. 
Termiki emal aqreqatlarının məhsuldarlığı xeyli yüksəkdir və emalın key­
fiyyətini yaxşılaşdırır.


59
Yoxlama üçün sual:
1. Termiki emal hansı əməliyyatlardan ibarət ola bilər?
2. Detalları təmizləmək üçün hansı qurğulardan istifadə edilir?
3. Termiki emal aqreqatının müsbət xüsusiyyətləri hanılardır? 
§5. Kimyəvi-termiki emal prosesinin mahiyyəti
İş prosesində toxunan hissəciklərin sürtünməsi baş verir ki, bunun da nəti­
cəsində  detalların  səthi  yeyilir.  Sürtünən  səthlərin  yeyilməsini  azaltmaq  üçün 
səthin bərklik və nəticə etibarilə yeyilməyə davamlılığı artırılır. Məlum olduğu 
kimi,  bu,  tablama  nəticəsində  əldə  edilir.  Lakin  bərkliyin  artması  ilə  yanaşı 
kövrəklik də artır. Detala dəyişən və yaxud zərbə yükləri təsir etdikdə köv rək­
liyə  yol  vermək  olmaz.  Buna  yol  verməməkdən  ötrü  ilkin  meyarın  dinamik 
yükün təsirinə yaxşı müqavimət göstərən yumşaq özlü özəyini saxlamaqla yal-
nız üz qatının bərkliyini artırmaq lazımdır. Səthi tablama istənilən nəticəni əldə 
etməyə imkan verir. Tərkibində nisbətən çox karbon olan poladlar tablanır. Belə 
poladların özlülüyü yüksək deyildir. Azkarbonlu poladlar yüksək özlülüyə malik-
dir, lakin tablamanı qəbul etmir.
Azkarbonlu poladın üz qatının bərkliyini artırmaq üçün onun səthi karbon, 
azot, xrom və s. bu kimi kimyəvi elementlərdən hər hansı biri ilə doydurulur. 
Poladı qızdırıb tərkibində yuxarıda göstərilən elementlərin biri ilə eyni mühitdə 
saxladıqda  həmin  elementlərin  dəmirin  kristal  şəbəkəsinə  nüfuzetmə  prosesi 
(diffuziya) baş verir. Bundan başqa, bir sıra hallarda üz qatında bu elementlər 
dəmirlə kimyəvi reaksiyaya girərək, yüksək bərkliyə malik olan karbidlər, nit­
ritlər və digər birləşmələr əmələ gətirir. Nəhayət, yüksək temperatura qədər qız-
dırılma nəticəsində poladda yenidən kristallaşma bas verir. Beləliklə, bu halda 
poladın  kimyəvi  tərkibi  ve  onun  strukturu  dəyişir.  Belə  üsul  kimyəvi­termiki 
üsul adlanır. Kimyəvi termiki emal nəticəsində səthi bərklik, yeyilməyə davam-
lılıq  yorulmaya  möhkəmlik,  korroziyayadavamlılıq,  qəlpələnməyə  davamlılıq 
və turşuya davamlılıq artır. 
Poladın kimyəvi­termiki emalının aşağıda göstərilən əsas növləri məlumdur: 
sementləşmə (səthin karbonla doydurulması), azotlaşdırma (üz qatının azotla doy-
durulması), sianlaşdırma (üz qatının karbonla, azotla doydurulması).
Poladın kimyəvi­termiki emalının alitirləməsi (alüminiumla doydurma), dif-
fuziyalı  xromlama  (xromla  doydurma),  silisiumlama  (silisiumla  doydurma), 
sulfidləmə  (kükürd  və  azotla  doydurma),  sinkləmə,  borlaşdırma  berilləşdirmə 
(sinklə, bor və berl ilə doydurma) kimi üsullardan nadir hallarda istifadə olunur.
Yoxalma üçün suallar:
1. Poladın kimyəvi termiki emalı termiki emaldan nə ilə fərqlənir?
2. Kimyəvi termiki emalın növlərini sayın?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə