З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə21/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

63
Cədvəl 6 
Markası
Misin miqdarı (%)
Verilən markalı misin təyinatı
M 00 bk
M0
M0 b
M1
M1r
M2
M2r
M3
M3r
M4
99,99
99,95
99,97
99,90
99,90
99,70
99,70
99,50
99,50
99,00
Katodlar, yarımfabrikatlar
Katodlar, külçələr, yarımfabrikatlar
Külçələr, yarımfabrikatlar 
Katodlar, külçələr,yarımfabrikatlar
Yarımfabrikatlar 
Yarımfabrikatlar 
Yarımfabrikatlar 
Yarımfabrikatlar 
Yarımfabrikatlar 
Töküklər, külçələr
Mis markasının işarəsındə “b” hərfi “oksigensiz”, “r” hərfi isə turşulaşdırılmış mənasını verir.
Yoxlama üçün suallar:
1. Misin xassələri, alınması, markalanması və tətbiqi haqqında danışın?
2. Qara mis nədir?
3. Misdən elektrik qızdırıcı cihahazları üçün spiral düzəltmək olarmı?
 §2. Mis-sink ərintiləri (bürünc)
Misin xeyli hissəsindən mis ərintiləri almaq üçün istifadə olunur. Mis əsaslı 
ərintilərdən ən cox yayılanı bürüncdür.
Bürünc – tərkibində az miqdarda başqa elementlər olan misin sinklə ərin­
tisidir. Bürünc misə nisbətən daha yüksək möhkəmliyə malik olmaqla bərabər, 
misə  xas  olan  bütün  müsbət  xassələrə  malikdir.  Misdən  fərqli  olaraq,  bürünc 
kəsmə ilə yaxşı emal olunur, yaxşı tökmə xassələri vardır. Bundan başqa, bürünc 
misə nisbətən ucuzdur. Tərkibində 38%­ə qədər sink olan bürünc misə nisbətən 
yüksək plastikliyə, bir qədər artıq möhkəmliyə malik olur. Sinkin miqdarını 38%­
dən çox artırdıqda bürüncün bərkliyi artır, tökmə xassələri və kəsmə emalı yaxşı-
laşır, lakin plastikliyi aşağı düşür. Tərkibində 45%­dən çox sink olan bürünc yük­
sək kövrəkliyə görə tətbiq edilmir. 
Komponentlərin sayından asılı olaraq, bürünc sadə (ikiqat) və xüsusi (çox 
komponentli)  bürünclərə  ayrılır.  Başqa  rəngli  metal  ərintilər  kimi  bürünc  də 
emalına görə iki sinfə bölünür:
Tökmə üsulu – bunda məmulat tökmə üsulu ilə alınır.
Təzyiqlə emal üsulunda (deformasiya olunanlar) bunlardan yayma, döymə, 
ştamplama və s. yollarla müxtəlif yayımfabrikatlar alınır. 
Sadə bürünclər yalnız mis və sinkdən ibarətdir.
Onların markalanma prinsipi aşağıdakı kimidir: markanın qarşısında £ (bürünc) 
hərfi, ondan sonra faizlə misin miqdarını göstərən rəqəm durur.


64
Misal ücün, £ 85 – tərkibində 85 % mis və cox plastikliyə malik olan 8 mar-
kalı bürüncdür.
Yüksək plastikliyə malik olduğuna görə sadə bürünc təzyiqlə emal edilir.
Bəzi sadə bürünclərin markaları və onların mexaniki xassələri 7­ci cədvəldə 
verilmişdir.
Cədvəl 7 
Sadə bürünclər (tabı alınmış)
Markası
Mexaniki xassələri
Təxmini təyinatı 
B
b%  HB 
MH/M
2
L 96
240
24
50
Lentlər, zollar, borular
490
270
27
45
53
Üzlük təbəqələr və lentlər, zollar, fasonlu profillər
L68
300
30
55
62
Zollar, təbəqələr, lentlər, borular və məftillər
A(A)63
330
33
49
56
Zollar, təbəqələr, lentlər, borular, məftillər
Xüsusi bürünclərin tərkibində, mis və sinkdən başqa onun mexaniki xassə­
lərini  və  korroziyayadavamlılığını  yaxşılaşdıran  1­dən  11%­ə  qədər  müxtəlif 
legirləyici  elementlər  daxil  olur.  Xüsusi  bürünclər  və  legirləyici  elementlər 
ücün aşağıdakı işarələr qəbul olunmuşdur: qalay – O, qurğuşun – C, dəmir – F, 
manqan – Mts; nikel – H; silisium – K; alüminium – A; arsen – Ms.
Alüminium, manqan və nikel bürüncün mexaniki xassələrini və korroziya-
yadavamlılığını  yaxşılaşdırır.  Qurğuşun  bürüncün  sürtünmə  əleyhinə  xassə lə­
rini və kəsmə ilə emalını yaxşılaşdırır. Silisiumlu bürünclər yüksək korroziya-
yadavamlılığa  və  yaxşı  qaynaq  qabiliyyətinə  malikdir.  Qalay  və  arsen  dəniz 
suyunda bürüncün korroziyaya qarşı dözümlülüyünü artırır, dəmir alüminium 
və manqan ilə birlikdə bürüncə yüksək mömkəmlik və bərklik verir.
Xüsusi  bürünclər  markalandıqda  £  hərfindən  sonra  legirləyici  elementləri 
şərti ifadə etmək ücün qəbul olunmuş hərflər yazılır.
Misin orta miqdarını göstərən birinci rəqəmdən sonra uyğun legirləyici ele-
mentin faizlə miqdarını göstərən rəqəm yazılır.
Bəzi xüsusi bürünclərin markaları və təyini 8­ci cədvəldə verilmişdir.


65
Cədvəl 8 
Xüsusi bürünclər
 Markası
Mexaniki xassələri
Təxmini təyinatı
 B
V, %
HB
MKm
2
KQ/
MM
2
Tökmə bürünclər
LC59­1
(ЛС 59­1)
200
20
20
90
Yastıq butulkaları,fasonlu tökmə 
LK 80­3L
(ЛК 80­3Л)
300
30
15
110
Tökmə armatur,dişli carxlar,gəmi 
hissələri 
LMtsOS58
2­2­2
(ЛмцОС58­2­2­2)
300
30
6
100
Dişli carxlar ücün 
Təzyiqlə emal olunan bürünclər 
LK80­3
(ЛК80­3)
300
30
58
Döymə və 
stamplama
Döymə və stamplama
LJMts59­1­1
(ЛЖМц59­1­1)
450
45
50
Məftillər, zollar, çubuqlar, təbəqələr, 
borular.
LA77­2 
(ЛА­77­2)
400
40
55
60
Borular, kondensator boruları və 
cubuqları 
Yoxlama üçün suallar:
1. Sadə və xüsusi bürünclər arasında nə fərq var?
2. Sinkin faizlə miqdarı bürüncün xassələrinə necə təsir göstərir?
3.  Tökmə bürünclər və təzyiq altında emal olunan bürünclər arasındakı fər qi 
deyin.
 §3. Qalaylı tunc
Bürüncdən əlavə,texnikada mis ərintidən­tuncdan da cox geniş istifadə olunur. 
Bürüncdən başqa bütün mis ərintiləri tunc adlanır. Kimyəvi tərkibinə görə tunclar 
qalaylı və qalaysız tunclara ayrılır. Texnoloji xassələrinə görə tuncları deformasiya 
olunan  və  tökmə  tunclara  ayırmaq  olar.  Tuncun  markalanma  prinsipi  asağıdakı 
kimidir: əvvəlində Br (Br) (bronza­tunc) hərfi olur, ondan sonra faizlə miqdarını 
göstərməklə legirləyici elementlərin hərfi işarələri qoyulur. Misal üçün, Br OÜS3­
12­5 markasının tərkibində 3% qalay, 12% sink, 5% qurğuşun, qalanı isə mis olur.
Qalaylı tunclar misin qalayla ərintisindən ibarətdir. Qalaylı tunclar yüksək 
mexaniki, tökmə və antifriksion xassələrə malikdir, onlar korroziyaya davamlı-


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə