З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə22/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

66
dır, təzyiq altında yaxşı emal olunur. Lakin qalay defisit olduğuna və baha başa 
gəldiyinə görə qalaylı tunc məhdud tətbiq edilir. Qalayın miqdarı artdıqca tun-
cun bərkliyi artır, özlülüyü isə azalır. Odur ki, tərkibində 5­6%­dən çox qalay 
olan tunclar, adətən, tökmə ilə emal olunur.
Ucuzlaşdırmaq məqsədi ilə sənayedə qalaylı tuncların əksəriyyətinin tər ki­
binə 2­dən 15% qədər sink əlavə olunur. Bu miqdarda sink misdə həll olur və 
struktura çox təsir etmir, tuncun texnoloji xassələrini (mayeaxıcılıq və qaynaq­
edilmə  qabiliyyəti)  yaxşılaşdırır.  Qalaylı  tuncların  xassələrini  yaxşılaşdırmaq 
üçün onun tərkibinə qurğuşun, nikel, fosfor və digər komponentlər əlavə olunur. 
Qurğuşun tuncun antifriksion xassələrini yüksəldir və kəsmə emalını yaxşılaşdı-
rır, lakin möhkəmliyini gözəçarpacaq dərəcədə aşağı salır. Nikel korroziyayada-
vamlılığı və mexaniki xassələri, fosfor isə antifriksion xassələrini və mayeaxı-
cılığını yaxşılaşdırır. Lakin fosforun miqdarı 0,5%­dən çox olduqda tunc təzyiq 
altında  isti  emaldan  keçmir.  Son  zamanlarda  mexaniki  xassələrini  və  təzyiq 
altında emalı yaxşılaşdırmaq üçün qalaylı tunclara az miqdarda sirkonium, titan, 
niobium və bor qatılır.
Tökmə qalaylı tuncların mexaniki xassələri və təyinatı 9­cu cədvəldə veril-
mişdir.
 
Cədvəl 9
Markası
Tökmənin 
növü
Mexaniki xassələri
Təxmini təynatı
σ MH 
M
2
 σ % HB
БроЦСНЗ­7­5­1
 (BrOtsSNZ)
БроЦСНЗ ­12­5
(BrOtsSNZ)
БроЦС 5­5­5 
(BrOtsS)
БроЦ 4­4­17 
(BrOts)
БроЦС ­3,5­7­5
(BrOtsS)
BrOФ­10­1 
(BrOF)
kokilə
torpağa
kokilə
torpağa 
kok ilə 
torpağa
torpağa
kokilə 
torpağa 
kokilə
torpağa
210 
180 
210 
180
 
180 
150
150 
180
150 
250 
220

8

8


5
4
6
9
9
60 
60
 
60 
60 
 
60
60 
60 
60
60
90
80
dəniz suyunda və şirin suda, yağda 
və digər zəif korroziya mühitində 
antifriksion detallar.
şirin suda və buxarda işləyən arma-
turlar (antifriksion detallar üçün 
istifadə oluna bilər)  
antifriksion detallar 
antifriksion detallar
antifriksion detallar
elektrik motorlarının yastıq vtulkaları


67
Bəzi deformasiya olunan qalaylı tuncların mexaniki xassələri və təxmini təyinatı 
10­cu cədvəldə verilir.
Cədvəl 10
Markası
Materialın 
halı
Mexaniki xassələri
Təxmini təyinatı

MH/m
2
  σ, %
HB
БрOЦС­4­4­4
(Brotss)
Броф 6­0,2
(BrOf)
Броф7,5­0,4
(BrOf)
Броф 5­0,25
(BrOf)
yumşaq
yumşaq
yumşaq, bərk
yumşaq, bərk
310
360
350, 700
340, 600
46
64
60, 7,5
52,8
62
75
70, 160
55, 160
vtulkalarda və yastıqlarda ara-
lıq üçün və zollar
çubuqlar
sellüloz­kağız sənayesində metal 
torlar üçün məftillər yaylar, 
nəzarət­ölçmə cihazlarında 
işlədilən müxtəlif ölçülü borular
Yoxlama üçün suallar: 
1. Hansı tunclar qalaylılara aiddir?
2. Qalayın faizlə miqdarı tuncun xassələrinə necə təsir göstərir?
3.  Hansı məqsədlə qalaylı tuncların tərkibinə sink, qurğuşun və fosfor əlavə 
olunur?
 
§4. Xüsusi tunclar
Xüsusi  tuncların  tərkibində  defisit  qalay  yoxdur.  Xüsusi  tunclar  nəinki 
qalaylı tuncların əvəzedicisidir, həm də bir sıra hallarda öz mexaniki, antikor-
roziya və texnoloji xassələrinə görə qalaylı tunclardan üstündür. Əsas legir lə­
yici elementdən asılı olaraq xüsüsi tunclar alüminium, silisium, berillium və i. 
tuncu adlanır.
Xüsusi  tunclardan  qiymətcə  qalaylı  tunca  nisbətən  çox  ucuz  olan  alümi-
nium tuncu geniş yayılmışdır.
Alüminium tunc qalaylı tunca nisbətən daha yüksək mexaniki və korroziya 
əleyhinə xassələrə malik olur. Onlar şaxtaya davamlıdır və zərbə zamanı qığıl-
cım  saçmır.  Alüminium  tunclarının  mənfi  cəhətləri  kimi  onların  əhəmiyyətli 
dərəcədə  oturmamasını,  pis  lehimlənməsini  və  ifrat  qızmış  buxarda  korrozi-
yaya kifayət qədər davamlı olmamasını göstərmək olar.
Mexaniki və korroziya əleyhinə xassələri yaxşılaşdırmaq üçün alüminium 
tunclarının tərkibinə dəmir, manqan, nikel daxil edilir. 
Nikel və manqanla legirlənmiş silisiumlu tunclar yüksək mexaniki və antifrik-
sion xassələri və eləcə də korroziyayadavamlı olması ilə fərqlənir. Onlar təzyiq 
altinda yaxşı emal olunur, qaynaq edilir və lehimlənir, yaxşı tökmə xassələrinə 


68
malikdir.  Silisiumlu  tunclar  həmçinin  yüksək  elastikliyə  malikdir  və  zərbə 
zamanı  qığılcım  sacmır.  Güclü  qazuducu  xassəyə  malik  olması  bu  tuncların 
mənfi  cəhətidir.  Berillium  tuncu  mis  əmsallı  digər  ərintilərdən  nadır  xassələr 
kompleksi  ilə  fərqlənir.  O,  möhkəmləndirici  termiki  emaldan  sonra  yüksək 
möhkəmlik həddinə, axıcılığa və elastikliyə malikdir.
Berillium tuncu həmcinin yüksək bərkliyə və yeyilməyə davamlılığa, sür­
tünməyə  və  yorğunluğa,  yüksək  müqavimətə,  yaxşı  korroziyayadavamlılığa 
malikdir. Digər mis ərintilərinə nisbətən yüksək elektrik və istilik keçiriciliyi 
vardır və zərbə zamanı qığılcım saçmır. 
Berillium tuncunun qüsuru onun baha olmasıdır. O, mis əsasli ərintilərdən 
ən bahalısı və defisitidir. Berillium tuncu əvəzedicisi kimi son zamanlar daha 
ucuz başa gələn mis­titan ərintiləri işlədilir. Bu ərintilərin fiziki­mexaniki xas­
sələri berillium tunclarına yaxındır.
Manqanlı tuncların mexaniki xassələri kafi olmaqla bərabər, onlar həm də 
yüksək plastikliyə malik və korroziyayadavamlıdır. Onlar 400º­500 ºC tempe-
ratura qədər öz mexaniki xassələrini saxlayır.
Qurğuşunlu  tunclar  mis  əsaslı  digər  ərintilərə  nisbətən  ən  yaxşı  antifriksion 
xassələrə  malikdir.  Onların  qüsuru  mexaniki  xassələrinin  aşağı  olmasındadır. 
11­ci cədvəldə xüsusi tuncların mexaniki xassələri və təxmini təyinati verilmişdir.
Cədvəl 11 
Xüsusi tunclar
Markası
Mexaniki xassələri 
Təxmini təyinat
 B
MN/M
2
KQ/MNI
2
Br AY9­4 
(BpAnc9­4)
400
40
10
110
çuqunlar,döymələr,fasonlu tökmə son-
suz bint və dişli carxlar, vtulkalar, 
borular
Br KMç3­1
(Dp Kmy3­1)
500
50
10
yaylar, kimya, maşınqayırma və 
gəmiqayırma sənayəsi üçün armatur 
və detallar
Br B2
(Bp B2)
650
65
1,5 140
çuqunlar, borular, təbəqələr, lentlər, 
yaylı kontaktlar, yüksəldilmiş möhkəm 
detallar
Br Mç 5
(Bp My 5) 
300
30
40
80
yüksəldilmiş teniproterlərdə işləyən 
detallar
Br S 30
(BpC )30
60
6
4
25
vtulkalar, sürüşmə yastıqları (kokla 
tökmə)


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə