З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə23/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

69
Yoxlama üçün suallar:
1. Hansı tunclar xüsusi tunclar adlanır?
2.  Nə üçün xüsusi tunclardan qalaylı tunclara nisbətən texnikada daha geniş 
istifadə olunur?
3. Xüsusi tunc növlərinin adlarını deyin.
 §5. Alüminium 
 
Alüminiumun xassələri: Alüminium Yer kürəsi səthində yayılmasına görə 
oksigendən və silisiumdan sonra üçüncü yeri tutur.
Alüminiumun  kristal  şəbəkəsi  üzləri  mərkəzləşdirilmiş  kubdur. Alüminiu-
mun sıxlığı az, elektrik və istilikkeçirmə qabiliyyəti yüksəkdir.
Alüminiumun səthində alüminium oksidindən sıx pərdə əmələ gəldiyi üçün 
o, atmosfer korroziyasına dayanıqlıdır.
Alüminiumun markalanması. DÜİST 11069­74­ə əsasən alüminium A hərfi 
ilə və alüminiumun miqdarını göstərən rəqəmlə markalanır. Xüsusi təmiz alümi-
nium A999  markası  ilə  göstərilir.  Bu  markada  alüminiumun  miqdarı  99,999%­
dən az deyildir.
Yüksək təmiz alüminium aşağıdakı markalarda buraxılır: A995, A97, A95. 
Onların tərkibində alüminiumun miqdarı uyğun olaraq: 99,995; 99,99; 99,97; 
9995­dir.
Texniki təmiz alüminium markalarında (A85, A8, A7, A6, A5, A0 və digər) 
alüminium miqdarı uyğun olaraq: 99, 85; 99, 80; 99, 70; 99, 60; 99, 50; 99, 0%­dir. 
Alüminiumun  tətbiqi.  Elektrotexnikada  alüminiumdan  cərəyankeçiricilər 
hazırlamaq üçün geniş istifadə olunur. Yaxşı korroziyayadavamlı olmasına görə 
alüminium kimya və yeyinti sənayesində (qablaşdırmaq üçün folqa) tətbiq edi-
lir. Polad istehsalında alüminium oksigensizləşdirici kimi polad detalların oda-
davamlılığını artırmaq məqsədilə alitirləmə üçün işlədilir.
Metalların səthini korroziyadan qorumaq və yarımkeçirici cihazlar hazırla-
maq üçün, eləcə də nüvə texnikasinda alüminiumdan geniş istifadə olunur. Alü-
miniumdan  qablar,  bədii  və  dekorativ  məmulatlar  və  s.  hazırlanır. Alüminiu-
mun əsas kütləsi sıxlığına və kifayət qədər möhkəmliyinə görə maşınqayırma 
sənayesində, xüsusilə aviasiya sənayesində geniş istifadə olunur. 
 Yoxlama üçün suallar:
1. Alüminiumun xassələrini danışın.
2. Alüminiumun sıxlığı, ərimə temperaturu və xətti genişlənmə əmsalını deyin.
3. Alüminiumun ən əsas fiziki­mexaniki xassələri hansılardır?


70
§6. Tökmə alüminium ərintiləri
DYİST 2685­75­ə əsasən tökmə alüminium ərintilərinin beş qrupu vardır.
1­ci  qrup  –  alüminium­silisium  sistemi  əsaslı AЛ­2, AЛч­1, AЛ­1, AЛ­9, 
AЛ9­1, AЛ34, AK9 (AЛ­4V), AK7 (AЛ9V) markalı ərintilər;
2­ci qrup – alüminium­silisium­mis sistemi əsaslı AЛ3, AЛ5, AЛ5­1, AЛ32, 
AK5М2  (AЛ3В), AK5M7  (AЛ10В), AK7M2, AЛ  (14В), AK4M4  (AЛ15V) 
markalı ərintilər;
3­cü  qrup  –  alüminium­mis  sistemi  əsaslı  AЛ7,  AЛ19  və  AЛ33  markalı 
ərintilər;
4­cü qrup – alüminium­manqan sistemi əsaslı AЛ8, AЛ13, AЛ23­1, AЛ27, 
AЛ27­1, AЛ28 markalı ərintilərdir;
5­ci qrup – alüminium və digər komponentlər sistemi əsaslı AЛ­1, AЛ11, 
AЛ25, AЛ30, AK21M25,N2,5 markalı ərintilərdir.
Tökmə alüminium ərintilərinin markalanma prinsipi belədir: AД (tökmə alü-
minium) hərfi, sonra ərintinin sıra nömrəsini göstərən rəqəmlər qoyulur. Misal 
üçün, AЛ1, AЛ2 və s.
Alüminium­silisium sistemi əsaslı ərintilərin tərkibində 6­dan 13%­ə qədər 
silisium vardır ki, bu da silumin adı ilə məlumdur. Siluminlər yaxşı maye axıcı-
lığına, kiçik oturmağa, nisbətən yüksək korroziyayadavamlılığa və kifayət qədər 
möhkəmliyə malikdir ki, bu da onları maşınqayırma sənayesində geniş istifadə 
olunan qiymətli metal materialına çevirir. 
Cədvəl 12
Alüminium-silisium (silumin) sistemi əsaslı ərintilər.
Markası və kimyəvi 
tərkibi
Texniki 
emal növü
Mexaniki xassələri
Tətbiq sahəsi
AЛ2 (10,0­13,0% 
silisium,qalanı alümi-
nium və qatqılardır)
 ­
150
4
50
Nazikdivarlı zərif 
tökmələr (200°C 
qədər temperaturda 
işləyən yüksək 
kipliyə malik cihaz 
detalları, pompa 
gövdələri və digər 
detallar)
AЛ (8,0­10,5% sili-
sium 0,17­0,30% 
maqnezium 0,2­0,5% 
manqan, qalanı alü-
minium və qatqılardır
 ­
230
1,5
70
Mürəkkəb biçimli iri 
və orta detallar, 
125°C­dən aşağı 
temperaturda işləyən 
karterlər, kompres-
sorların gövdələri, 
mühərriklərin blokları


71
AЛ9 (5,0­8,0% sili-
sium 0,2­0,4% 
maqnezium,qalanı alü-
minium və qatqılar)
 ­
10,0
4
50
200°C­yə qədər tem-
peraturda işləyən 
təyyarə detalları, 
cihaz detalları, 
pompa gövdələri, 
karbürator detalları
Alüminium­silisium­mis  sistemi  əsaslı  ərintilər  kəsməklə  yaxşı  emal  olu-
nur. Kifayət qədər möhkəmliyə və yaxşı tökmə xassələrinə malikdir.
Alüminium­mis sistemi əsaslı ərintilər termiki emaldan sonra yaxşı mexaniki 
xassələrə malik olur, lakin tökmə xassələri aşağı düşür.
Alüminium­maqnezium  sistemi  əsaslı  ərintilər  tökmə  alüminium  ərintiləri 
içərisində ən az sıxlığı olan ərintilərdir. Onlar kifayət qədər yüksək möhkəm­
liyə malikdir. Korroziyaya yaxşı müqavimət göstərir, kəsməklə yaxşı emal olu-
nur, lakin tökmə xassələri aşağıdır.
Alüminium­digər komponentlər sistemi əsaslı ərintilərin tərkibində alümini-
umdan başqa, bir neçə element də (mis, maqnezium, nikel, sink, silisium, xlor) 
olur. Onlar yüksək odadavamlı olub, əsas etibarilə yüksək temperaturda işləyən 
tökmə detallar istehsalında işlədilir.
Yoxlama üçün suallar:
1. Metalların tökmə xassələri nə ilə xarakterizə olunur?
2.  Alüminium­silisium­mis, alüminium­mis, alüminium­maqnezium, alü mi­
nium­digər  komponentlər  sistemi  əsaslı  ərintilər  hansı  xüsusiyyətlərə 
malikdir?
 
§7. Deformasiya olunan alüminium ərintiləri
Deformasiya olunan alüminium ərintiləri, onları texniki cəhətdən möh kəm­
ləndirməyin  mümkün  olub­olmamasından  asılı  olaraq,  texniki  emal  ilə  möh­
kəmləndirilməyən və texniki emal ilə möhkəmləndirilən alüminium ərintilərinə 
ayrılır.
Texniki  emal  ilə  möhkəmləndirilən  ərintilərə  alüminiumun  manqanla  və 
maqneziumla ərintiləri (AMцС, AMг1, AMг2 və s.) daxildir. Bu ərintilər yaxşı 
qaynaqlanır, korroziyayadavamlıdır və plastikliyə malikdir. Onlar xüsusi üsul la 
– qartlanmaqla möhkəmləndirilir.
Texniki emal ilə möhkəmləndirilən ərintilər sıxlığı az olduğu üçün maşınqa-
yırma sənayesində, təyyarəqayırmada geniş tətbiq olunur. Bu qrupun ən geniş 
yayılmış  ərintisi  alüminiumun  mislə,  maqneziumla,  manqanla,  silisiumla  və 
dəmirlə  ərintisi  olan  duralümindir.  Ərinitinin  əsas  komponentləri  alüminium, 
mis və maqneziumdan ibarətdir.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə