З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§9. Titan və onun ərintiləri



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə25/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

75
§9. Titan və onun ərintiləri
Təbiətdə yayılmasına görə titan konstruksiya metalları arasında alüminium-
dan, dəmirdən və maqneziumdan sonra dördüncü yeri tutur. 882°C temperatura 
qədər  titanın  kristal  şəbəkəsi  heksaqonal  (£­titan  ),  yüksək  temperaturlarda 
həcmi  mərkəzləşdirilmiş  (B­titan)  olur.  Texnikada  istifadə  olunan  metalların 
içərisində  titan  20°­dən  325°C  temperatura  qədər  intervalda  ən  yüksək  möh­
kəmliyə malikdir. Titanın mexaniki xassələri onun tərkibində oksigen, azot və 
karbon  aşqarlarının  miqdarından  asılıdır.  Onlar  titanın  möhkəmliyini  artırır, 
plastikliyini  aşağı  salır. Titan  üçün  zərərli  aşqar  onun  özlülüyünü  aşağı  salan 
hidrogendir. Titanın texnoloji xassələri pis deyildir. O, təzyiq altında yaxşı emal 
olunur,  müxtəlif  üsullarla  qaynaq  edilir.  Lakin  titanın  qüsurları  vardır:  isti lik­
keçirmə  qabiliyyəti  aşağıdır,  otaq  temperaturunda  sürtünməyə  meyil  gös tərir. 
Yüksək  temperaturda  qazlarla  yüksək  kimyəvi  aktiv dir,  yeyil mə yə da vam lılığı 
aşağıdır. 
Yüksək  temperaturlarda  titanın  öz  möhkəmliyini  tez  itirməsi  titan  əsaslı 
ərintilər  alınması  zərurətini  irəli  sürür.  Titan  ərintiləri  titana  nisbətən  daha 
yüksək mexaniki xassələrə, odadavamlılığa, daha yüksək korroziyayadavamlı-
lığa malikdir. Titan ərintilərinin plastikliyi və özlülüyü texniki titana nisbətən 
aşağıdır.  Texnikada  titanın  alüminium,  molibden,  manqan,  vanadium,  xrom, 
dəmir, qalay və s. komponentlərlə ərintiləri geniş yayılmışdır.
Titan ərintilərinin tərkibi (DXIST19807­74) aşağıda verilmişdir:
OT4­0 (0,2­1,4% alüminium, 02­1,3% manqan);
BT5­1 (4,3­65 alüminium, 2,0­3,0% qalay);
BT5 (4,3­6,2% alüminium);
BT14 (3,5­6,35 alüminium, 2,5­3,8% molibden, 0,9­1,9% vanadium).
Titan və onun ərintiləri aviasiyada, raket texnikasında və kosmik texnikada 
geniş tətbiq olunur. Kimya sənayesində, gəmiqayırmada, energetika maşınqa-
yırmasında, atom texnikasında da titan ərintilərindən istifadə olunur.
Yoxlama üçün suallar:
1. Titan və onun ərintiləri hansı mühitdə korroziyaya davamlıdır?
2. Titan ərintilərindən harada istifadə olunur?
3. Titan və onun ərintilərinin xarakteristikası hansıdır?


76
VII FƏSIL 
BƏRK ƏRINTILƏR VƏ MINERAL-KERAMIKA 
MATERIALLARI
 §1. Bərk ərintilərin xassələrinin təyinatı 
Tezkəsən  poladlardan  hazırlanmış  kəsici  alətlər  kəsməklə  sürətli  emalın 
müasir metodlarını artıq təmin etmir. Məlum olduğu kimi , kəsmə sürəti artdıqca 
alətin kəsən ağzı çox qızır. Tez kəsən poladlardan hazırlanmış alətlər 600°­700°C
 
temperatura qədər közərməyə davamlıdır, lakin yüksək temperatura qədər qız-
dırdıqda  bərkliyini  və  kəsmə  xassələrini  itirir.  Hazırda  tezkəsən  poladlara  nis­
bətən daha yüksək bərkliyə, közərməyə, yeyilməyə və davamlılığa malik olan 
materiallar  tələb  edilir.  Belə  materiallar  texnikada  geniş  yayılmış  bərk  ərin ti­
lərdir. Bərk ərintilərin əsas təşkilediciləri çətin əriyən metalların kar bid ləridir. 
Sementləşdirici maddə kimi bərk ərintilərin tərkibinə kobalt, nikel və ya dəmir 
daxil  edilir.  Hazırlanma  üsullarından  asılı  olaraq  bərk  ərin tilər  bişirilmiş  və 
üstəritməli olur. Bişirilmiş bərk ərintilər alət materiallarına aid olub, materialla-
rın  kəsməklə  emalında  istifadə  olunur.  Karbonlu  poladdan  hazırlanmış  kəsici 
alətlərin təchiz olunduğu bərk lövhələr metal emalında kəsmə sürətini tezkəsən 
polad alətlərlə kəsmə sürətinə nisbətən 5­8 dəfə artırmağa imkan verir. Bişiril-
miş bərk ərintilər əsasən üc qrupa bölünür:
a)  sementləşdirici­birləşdirici  kimi  volfram  və  kobalt  karbidindən  ibarət 
volframlı bərk ərintilər;
b) volfarm karbidindən, titan və kobalt karbidindən ibarət olan titan­ volf-
ramlı bərk ərintilər;
c) bitişdirilmiş volfram, titan və tantal karbidindən ibarət olub, kobaltla əla­
qədar titan­tantal­volframlı bərk ərintilər.
Üstəritmə  ərintilərdən  müxtəlif  alətlərin,  tərtibatların  və  tezyeyilən  maşın 
detallarının  yeyilməyədavamlılığını  artırmaq  ücün  istifadə  olunur.  Üstəritmə 
bərk ərintilərinin üç əsas növü vardır: tökmə, dənəşəkilli və elektrodlu. Tökmə 
bərk  ərintilərindən  ən  geniş  yayilanı  stellitlər  və  sormaytlardır  (dəmir  əsaslı 
ərintilər). Stellitlər, adətən, lövhə, çubuq və hazır tökmə şəklində, sormaytlar isə 
çubuq və yaxud toz şəklində buraxılır. Dənəşəkilli ərintilərdən ən geniş yayılanı 
tərkibində xrom, manqan, karbon və silisium olan dəmir əsaslı ərinti stalinitdir. 
Elektrodlu ərintilər üzəri qalın suvaq qatı ilə örtülmüş mil (poladdan və yaxud 
xüsusi ərintidən hazırlanmış) şəklində buraxılır.
Yoxlama üçün suallar:
1. Tezkəsən poladın tərkibi, xassələri və təyinatını deyin.
2. Bərk ərintilərin əsas xassələrini xarakterizə edin.


77
§2. Bişirilmiş bərk ərintilərin istehsalı
Komponentləri maye halda əriməklə alınan əksər ərintilərdən fərqli olaraq 
bişirilmiş bərk ərintilər ovuntu metallurgiyası metodu ilə istehsal olunur. Əsas 
komponentləri əritmədən metal ovuntuları, onların yarımfabrikatları və məmu­
lat  hazırlanması  metodunu  əhatə  edən  texnika  sahəsi  ovuntu  metallurgiyası 
adlanır.
Bişirilmiş  bərk  ərintilər  karbid  və  kobalt  tozlarından  hazırlanır.  Bişirilmiş 
bərk ərintilər istehsalı texnologiyasını volframlı ərintilərin misalında nəzərdən 
keçirək.  Onların  istehsal  prosesi  aşağıdakı  əməliyyatlardan  ibarətdir:  volfram 
ovuntularının  alınması;  volfram  karbidi  ovuntularının,  kobalt  ovuntularının 
alınması;  bu  ovuntuların  qarışığının  hazırlanması;  ovuntu  qarışıqlarının  pres­
ləmə yolu ilə qəliblənməsi; qəliblənmiş qarışıqların bişirilməsi.
Volfram anhidridini hidrogen və yaxud karbonla bərpa etmək yolu ilə volf-
ram  ovuntusu  alınır.  Volfram  karbidi  almaq  üçün  onu  karbonla  qarışdırır  və 
sobada  hidrogen  mühitində  közərdirlər.  Volfram  karbidi  ovuntuları  ilə  kobalt 
qarışığının  hazırlanması  və  onların  üyüdülməsi  kürəli  dəyirmanlarda  maye 
mühitdə aparılır. Alınmış qarışıq yapışqanla yoğrulur, qurudulur və ələnir. Pres­
ləmə zamanı qarısığa alətlərin kəsici hissəsinin lövhəcik şəkilli forması verilir. 
Son zamanlarda bişirmə prosesi təzyiq altında aparılır və yaxud isti hal da pres­
lənir. Qəlibləmə və bişirmə prosesləri birləşdirilir.
Yüksək bərkliyə malik olduqları üçün bərk ərintili alətlərlə tablanmış poladı, 
ağarmış  çuqunu,  şüşəni,  mərməri  və  digər  materialları  kəsməklə  emal  etmək 
olar.  Əvvəllər  bu  materialları  karbonlu  və  legirlənmiş  poladlardan  hazırlanmış 
alətlərlə emal oluna bilmirdi və yaxud çox çətin emal olunurdu. Bərk ərintilərin 
qüsurları da vardır. Onlar kövrəkdir və kifayət qədər bərk deyildir.
Bişirilmiş  bərk  ərintilər  lehimləmə  və  yaxud  mexaniki  bərkitmə  yolu  ilə 
kəsici alətlərin işləyən hissələrini təchiz etmək üçün əsas etibarilə standart for-
malı və ölçülü lövhəciklər şəklində buraxılır. Standart lövhəciklərdən başqa, bərk 
ərintilərdən sənayedə monolit alətlər və emalda qeyri­standart lövhələr buraxılır.
 Yoxlama üçün suallar:
1.  Ovuntu metallurgiyası metodu ilə məmulat hazırlanması prosesinin mahiy­
yəti nədən ibarətdir?
2. Bişirilmiş bərk ərintilər istehsalı üçün hansı materiallar lazımdır?
3. Ovuntu qarışığı nə üçün qəliblənir?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə