З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə28/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

84
II HISSƏ
I FƏSIL 
ELEKTROTEXNIKI MATERIALLARIN 
ƏSAS PARAMETRLƏRI
§1. Elektrik parametrləri
Elektroizolyasiya  materialları  yaxud  dielektriklər  böyük  elektrik  müqa vi­
mətli materiallardır. Bu materiallar müxtəlif elektrik potensialları altında olan 
hər hansı cərəyan daşıyan hissələrin izolyasiyası üçün tətbiq edilir. İşlənilən ən 
sadə  elektrik  qurğusu  elektroizolyasiya  materiallarından  istifadə  edilməklə 
hazırlanır.  Bu  materialların  keyfiyyəti  elektrik  cihazlarının,  elektrikləşdirilmiş 
alətin, tikinti maşınlarının, elektrik avadanlığının və s. etibarlı işləməsini müəy­
yən edir.
Kimyəvi  tərkibinə  görə  dielektriklər  üzvi  və  qeyri­üzvi,  alınma  üsuluna 
görə təbii və süni olur. Süni dielektriklər yaradılarkən onlara əvvəlcədən istə ni­
lən elektrik və fiziki­kimyəvi xassələr kompleksi verilə bilər.
Aqreqat halına görə dielektriklər: 
– qazvari;
– maye;
– bərk dielektriklərə ayrılır.
Dialektriklərin elektrik xassələrini elektrik xarakteristikaları deyilən kəmiy­
yətlərlə qiymətləndirirlər: 
– xüsusi həcmi müqavimət;
dielektrik nüfuzluluğu;
– dielektrik itkiləri bucağının tangensi;
– materialın elektrik möhkəmliyi.
Xüsusi  həcmi  müqavimət  materialın  həcmindən  sabit  cərəyan  keçərkən 
onun müqavimətini, xüsusi səthi müqavimət isə materialın səthindən sabit cərə­
yan  keçərkən  materialın  müqavimətini  qiymətləndirir.  Bərk  dielektriklər  üçün 
xüsusi həcmi və xüsusi səthi elektrik müqavimətləri müəyyən olunur.
Dielektrik nüfuzluluğu materialın elektrik tutumu əmələ gətirmək qabiliy­
yətini xarakterizə edir.
Dielektrik itkilər bucağının tangensi dəyişən gərginlik altında olan die lek­
triklərdə güc itkisini müəyyən edir.
Elektrik möhkəmliyi dielektrikin elektrik cərəyani ilə dağılmaya qarşı davam­
gətirmə qabiliyyətini xarakterizə edir.


85
§2. Elektrik keçiriciliyi
Sabit gərginliklərdə dielektrikin keçiriciliyi birbaşa cərəyanla təyin olunur. 
Dəyişən gərginliklərdə isə aktiv gərginlik həm birbaşa cərəyanla, həm də pay-
laşma cərəyanlarının aktiv toplananları ilə təyin olunur. 
Dielektriklərdə əsasən ion keçiriciliyi, nadir hallarda isə elektron keçirici-
liyi olur.
Elektrik sahə gərginliyinin kiçik qiymətlərində qazların elektrik keçiriciliyi 
həddindən  artıq  kiçik  olur.  Qazlarda  cərəyan  ionlar  və  ya  sərbəst  elektronlar 
olduqda yarana bilər.
Qazın ionlaşmasına səbəb olan xarici amillər bunlardır:
– rentgen;
– ultrabənövşəyi və kosmik şüalar;
radioaktiv şüalanma
– termiki təsirlər.
Qazlarda keçiricilik xarici ionizatorun təsiri ilə yaranmışsa, qeyri-sərbəst, 
zərbə ionlaşması nəticəsində yaranmışsa, sərbəst keçiricilik adlanır.
Təsəvvür edək ki, qaz iki paralel müstəvişəkilli elektrodlar arasında yerləş­
mişdir.  Elektrodlara  verilmiş  gərginliyin  təsiri  altında  ionlar  hərəkət  edərək 
dövrədə cərəyan yaradır. İonların bir hissəsi elektrodlarda neytrallaşır, bir his­
səsi isə rekombinasiya nəticəsində yox olur.
Müsbət ionlarla mənfi hissəciklərin birləşən neytral molekullar əmələ gətir­
məsi rekombinasiya adlanır.
Maye dielektriklərin elektrik keçiriciliyi maye molekulların quruluşu ilə sıx 
əlaqədardır.
Mayelərdə cərəyan həm ionların hərəkəti ilə, həm də nisbətən çox yük lən­
miş kolloid hissəciklərin yerdəyişməsi ilə əlaqədardır.
Maye  dielektriki  dissosiasiya  meyilli  qarışıqlardan  tam  təmizləmək  müm-
kün olmadığından elektrik keçiriciliyi az olan elektroizolyasiya mayeləri almaq 
mümkün deyil.
Polyar  mayelər  qeyri­polyar  mayelərə  nisbətən  yüksək  xüsusi  keçiriciliyə 
malikdir və onların dielektrik nüfuzluluğu çox olduqda keçiriciliyi də artır.
Maye dielektriklərin qarışıqdan təmizlənməsi onların xüsusi elektrik müqa­
vimətini artırır. Mayenin xüsusi keçiriciliyi temperaturdan çox asılıdır. Tempe-
ratur artdıqca mayelərin özlülüyü azalır, nəticədə ionların çevikliyi artır və istilik 
dissosiasiyası dərəcəsi yüksəlir. Bu amillər də elektrik keçiriciliyinin artmasına 
səbəb olur. 


86
§3. Elektrik möhkəmliyi
Dielektrikin  elektroizolyasiya  xassələri  onun  yerləşdiyi  elektrik  sahə  gər­
ginliyinin müəyyən kritik qiymətində itir. Bu hadisə dielektrik deşilməsi və ya 
onun elektrik möhkəmliyinin pozulması adlanır.
Dielektrikin deşilməsinə uyğun olaraq gərginliyin qiyməti deşilmə gərgin liyi, 
sahə gərginliyinin uyğun qiyməti isə dielektrikin elektrik möhkəm liyi adlanır.
Qazlar və mayelər deşildikdə onların molekullarının yüksək çevikliyi nəti cə­
sində deşilmiş hissə öz elektrik xassələrini gərginlikdən sonra bərpa edir.
Bərk dielektriklərin deşilməsi isə izolyasiyanın dağılmasına səbəb olur.
Dielektrik  deşilməsinə  səbəb  onlarda  elektrik  sahəsinin  təsiri  ilə  elektrik, 
istilik, bəzi hallarda isə elektrokimyəvi proseslərin getməsidir.
Elektrik  deşilməsi  dielektrikdə  güclü  elektrik  sahəsində  yaranan  elektron 
prosesləri və bu proseslər nəticəsində elektrik cərəyanının sıxlığının kəskin art-
ması nəticəsində baş verir.
İstilik deşilməsi elektrik sahəsində dielektrik qızması nəticəsində onun aktiv 
müqavimətinin azalması, beləliklə, aktiv cərəyanın artması və materialın daha 
da qızararaq termiki dağılmasıdır.
Elektrokimyəvi deşilmə dielektrikdə elektrik sahəsinin uzunmüddətli təsiri 
nəticəsində  dönməz  dəyişikliklərin  getməsi  nəticəsində  baş  verir.  Qazda  olan 
neytral molekullar kimi istilik hərəkətində olan miqdarda müsbət və mənfi ion-
lar, elektronlar elektrik sahəsinin təsiri ilə əlavə sürət qazanaraq sahə isti qa mə­
tində və ya onun əksinə hərəkətə başlayır. Bu zaman yüklənmiş hissəciklər əla­
və enerji əldə edir. Yüklənmiş hissəciklərin əlavə enerjisi onların toqquşduqları 
atom və molekullara verilir, onlar elektronlara və müxtəlif ionlara parçalanır.
Normal şəraitdə mayelərin elektrik möhkəmliyi qazlara nisbətən çoxdur. 
Maye dielektriklərin elektrik möhkəmliyi onların təmizliyindən çox asılıdır.
Mayelərin tərkibində su, qaz və xırda mexaniki qarışıqlar olur. Bu qarışıqlar da 
deşilməni sürətləndirir. Tərkibində qaz olan mayelərin deşilməsi asan ionlaşan 
qaz qabarcıqlarında ayrılan enerji hesabına yerli qızma və elektrodlar arasında 
qaz kanalı yaranmaqla baş verir. Belə mayelərdə təzyiq artdıqca elektrik möh­
kəmliyi  çoxalır.  Qaynama  temperaturu  və  qazların  həll  olunması  artdığından 
qaz birləşmələrinin həcm genişlənməsi çətinləşir.
Mayelərin deşilməsi onlarda olan suyun miqdarından və hansı formada olma-
sından asılıdır. Məsələn: transformator yağında olan su damcılarının normal tem-
peraturda elektrik möhkəmliyi çox azdır.
Transformator yağının da elektrik möhkəmliyi temperaturdan asılıdır.
Maye dielektriklərin qarışıqlardan təmizlənməsi onların elektrik möhkəm li­
yini artırır.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə