З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§3. Titan-volframlı və titan-tantal-volframlı



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə26/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

78
§3. Titan-volframlı və titan-tantal-volframlı
 bərk ərintilər
Titan­volframlı bərk ərintilər volfram karbidi və titan karbidindən və kobal­
t dan ibarətdir. Bu ərintilər markalandıqda T, K hərfləri və rəqəmlərlə işarə olu-
nur. T  hərfindən  sonrakı  rəqəm  titan  karbidinin  faizlə  miqdarıni,  K  hərfindən 
sonrakı rəqəmlər kobaltın faizlə miqdarını göstərir. Misal üçün, T15K6 markalı 
ərin ti nin tərkibi 15% titan karbidindən, 6% kobaltdan, qalanı isə volfram kar bi­
din dən ibarətdir. (DÜİST) 3882­74­ə əsasən bizim ölkədə titan­volframlı ərinti 
5 markada (T30K4, T15K6, T14K8, T5K10 və T5K12) buraxılır.
Titan­volframlı ərintilər volfram ərintilərinə nisbətən böyük bərkliyə, közərmə 
davamlılığına və yeyilməyədavamlılığa malik olur, lakin özlülüyünə görə onlar-
dan geri qalır. Tərkibində titan karbidinin miqdarı artdıqca titan­volframlı ərin­
tilərin bərkliyi, közərməyə davamlılığı və yeyilməyədavamlılığı artır,lakin eyni 
zamanda ərintilərin mexaniki möhkəmliyi və özlülüyü aşağı düşür. Tərkibində 
çox miqdarda titan karbidi və az miqdarda kobalt olan ərin tilər, adətən, tamam-
lama əməliyyatlarında nazik yonqar çıxarmaq üçün istifadə olunur.
Cədvəl 15
 
Bəzi titan-volframlı bərk ərinti markalarının mexaniki xassələri və təyinatı
Markası
Möhkəmlik xassələri
 Təxmini təyinatı
Əyilməyə möhkəmlik 
həddi MH/m
2
 ən azı
HRA 
(ən azı)
 T 30K 4
 950
92
Tablanmış və tablanmamış karbonlu və 
legirlənmiş poladlarda kiçik kəsikli, təmiz 
yanma, yivaçma və deşik rayberləmə
T 15K 6
 1150
90
Karbonlu və legirlənmiş poladları fasiləsiz 
kəsmədə yarımkobud yonma, fasiləli 
kəsmədə təmiz yonma, tokar kəskiləri ilə 
yivaçma, burğu ilə genişləndirmə, təmiz 
zengerləmə və digər bunaoxşar emal 
növləri
T 5K 10
 1400
88,5
Qeyri­müntəzəm kəsikli, çapıqlı kobud 
yonma və fasiləli kəsmə tokar kəsikləri ilə 
doğraça, karbonlu və legirlənmiş poladla-
rın emalının digər növləri, başlıca olaraq 
qabıq və qələvilərdən döymə, stamplama 
və tökmə
Titan­tantal­volframlı ərintilər kobaltla əlaqələnmiş volfram, titan və tantal 
karbidindən ibarətdir. Onlar TTK hərfləri və rəqəmlərlə işarə olunur. TT hərfl ə­
rindən  sonra  yazılmış  rəqəm  titan  və  tantal  karbidlərinin  faizlə  miqdarını,  K 
hərfindən  sonrakı  rəqəm  isə  kobaltın  faizlə  miqdarını  göstərir.  Misal  üçün, 
TT7K12 ərintisinin tərkibində 7% titan və tantal karbidi, 12% kobalt və volf-


79
ram  karbidi  vardır.  DYUCT  (DÜİST)  3882­74­ə  əsasən,  bizim  ölkədə  titan­ 
tantal­volframlı ərintiləri 4 markada buraxılır (TT7 K12, TT8 K6, TT10 K8­B 
və TT20  K9) TT7  K12  markalı  ərinti T5  K10  ərintiyə  nisbətən  daha  yüksək 
istismar  möhkəmliyinə,  özlülüyə,  titrəm  və  ovulma  müqavimətinə  malikdir; 
möh kəmliyi, yeyilməyədavamlılığı və buraxılan kəsmə sürəti kiçikdir. Tez kə­
sən poladdan hazırlanmış alətə nisbətən bu ərinti kəsmə sürətini 2 dəfədən çox 
artırmağa  imkan  verir.  TT10  K8­B  ərintisi  orta  yeyil mə yə da vam lı lığı  ilə 
yanaşı, yüksək istismar möhkəmliyinə və özlülüyünə malikdir. Çətin emal olu-
nan  materialları  (odadavamlı  poladları,  titan  ərintilərini  və  s.)  kobud  və 
yarıtəmiz emal etmək üçün istifadə olunur.
Yoxlama üçün sual: 
 1.Titan­volframlı və titan­tantal­volframlı bərk ərintilərin tərkibi, xassələri, 
markalanma prinsipləri və təyinatı haqqında danışın.
VIII FƏSIL 
QEYRI-METAL MATERIALLAR
 §1. Plastik kütlələr haqqında ümumi məlumat
Yüksək molekulyar üzvi maddələrin-polimerlərin əsasında alınan materi-
allara  plastik  kütlələr  deyilir.  Polimerlər  nəhəng  molekullardan,  maddələrin 
min lərlə və on minlərlə molekullarının bir­biri ilə ardıcıl kimyəvi birləşməsinin 
nəticəsində  əmələ  gələn  makromolekullardan  təşkil  olunur.  Polimerləri  çox 
zaman  qatranlar  və  yaxud  yapışdırıcı  maddələr  adlandırırlar.  Təbii  xammal 
olan məhsullar: daş kömür, neft, təbii qaz və s. plastik kütlələr fiziki­mexaniki 
və  kimyəvi  xassələrinə  görə  texnikada  geniş  tətbiq  olunur.  Plastik  kütlələrin 
sıxlığı azdır. Az sıxlığa malik olduqları üçün plastik kütlələr avtomobil, təyyarə 
və raketqayırma sənayesində, dəqiq cihazqayırmada geniş istifadə olunur. Plas-
tik  kütlələrin  digər  qiymətli  xassəsi  müxtəlif  mühitdə  korroziyaya  yüksək 
davamlı olmasıdır. Məsələn, ftoroplast kimyəvi davamlılığına görə qızıldan və 
platindən  üstündür.  Korroziyayadavamlı  plastik  kütlələr  kimya  sənayesində 
geniş istifadə olunur. Plastik kütlələr həmcinin yüksək elektroizolyasiya xassə­
lərinə  malikdir.  Buna  görə  də  onlardan  elektrik  sənayesində,  radiotexnikada, 
televiziyada və s. geniş istifadə olunur. Plastik kütlələrdən çoxu yüksək antifrik-
sion xassələrə malik olduqlarından antifriksion ərintiləri müvəffəqiyyətlə əvəz 
edir. Plastik kütlələrin istehsalı metalların istehsalına nisbətən az zəhmət tələb 
edir  və  iqtisadi  cəhətdən  sərfəlidir.  Plastik  kütlədən  hazırlanmış  məmu lat lar 
yüksək dəqiqlik sinfinə malikdir və səthinin kələ­kötürlüyü azdır. Buna görə də 


80
əlavə emal etmək tələb olunmur. Plastik kütlələrdən texnikada və məi şətdə çox 
geniş  istifadə  olunur.  Əvvəllər  plastik  kütlələr  yalnız  əvəzedici  kimi  işlə ni­
lirdisə, hal­hazırda onlardan maşınqayırma sənayesində müstəqil konstruksiya 
materialı kimi istifadə olunur.
Plastik kütlələrin qüsurları aşağıdakılardır:
İstiliyə  dözümlülüyü  və  istilikkeçirməsi  pisdir,  elastik  modulu  və  zərbə 
özlülüyü kiçikdir, onların bir çox növlərində qocalmaya meyil vardır.
Yoxlama üçün suallar:
1. Hansı materiallara plastik kütlə deyilir?
2. Plastik nədir?
3. Plastik kütlələr hansı xammaldan alınır?
§2. Əlaqələndirici materiallar
Plastik kütlənin əsasını, adətən, qatran və yaxud yapışdırıcı maddə adlanan 
yüksək molekullu üzvi maddəllər təşkil edir.
Əlaqələndirici maddələr monolit material alınmasını təmin edir və plastik 
kütlənin əsas xassələrini müəyyən edir.
Mənşəyinə görə əlaqələndirici maddələr təbii və süni maddələrə ayrılır.Təbii 
qatranlar bilavasitə təbiətdə mövcuddur (kəhrəba, koral, şellek və s.) və yaxud 
daş  kömürün,  neftin  və  digər  təbii  xammalın  (asfalt,  litium,  pek  və  s.)  sadə 
emalı nəticəsində alınır. Plastik kütlələr istehsalında süni qatranlardan təbii qat-
ranlara nisbətən geniş istifadə olunur. Onlar polimerləşmə və poli kon densləşmə 
reaksiyaları  nəticəsində  sadə  üzvi  maddələrin  kimyəvi­qarşılıqlı  təsiri  nəti cə­
sində alınır. 
Polimerləşmə­yüksəkmolekullu  maddə  əmələ  gəlməsinin  mürəkkəb  kim­
yəvi prosesidir ki, bu reaksiyada yalnız bir ilkin alçaqmolekullu maddə­mo no­
mer  iştirak  edir.  Polimerləşmədə  monomer  molekulları  böyük  makromolekul 
şəklində birləşir. Polimerləşmə qatranlarına polivinilxlorid, polistirol, polietilen 
və s. daxildir.
Polikondensləşmə  mürəkkəb  kimyəvi  prosesdir;  bu  proses  zamanı  qatran 
yaranarkən iki və ya bir necə ilkin maddə qarşılıqlı təsirdə olur. Poli kondens­
ləşmə üsulu ilə fenolformaldegid qatranlar (fenoplastlar) və melaminoformal-
degid qatranları və s. alınır.
Qatranlar  və  onların  əsasında  hazırlanmış  plastik  kütlələr  qızma  zamanı 
özünü  aparmasına  görə  iki  əsas  qrupa  bölünür:  termoplastik  və  termoreaktiv. 
Termoplastik qatranlar qızma zamanı yumşalır, soyuduqda yenidən bərkiyir. Bu 
qatranlar əsasında hazırlanmış hazır məmulatları təkrar qəlibləmək olur.
Termoreaktiv qatranlar qızma zamanı əvvəlcə yumşalır, lakin temperaturun 
sonrakı  artımı  prosesində  əriməyən  və  həll  olmayan  hala  keçir.  Bu  qatranlar 


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə