З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§6. Boz çuqun töküyünün termiki emalı



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə20/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

60
§6. Boz çuqun töküyünün termiki emalı
Boz çuqun töküyün termiki emalı daxili gərginliyi götürmək, bərkliyi azalt-
maq,  emalolunma  qabiliyyətini  və  mexaniki  xassələri  yaxşılaşdırmaq,  yeyil­
məyə davamlılığı və korroziyayadavamlılığı artırmaq üçün tətbiq olunur. Çuqun 
töküklərdə daxili gərginlik onun müxtəlif hissələrinin müxtəlif sürətlə soyuma-
sının nəticəsində əmələ gəlir. Daxili gərginliyi götürmək üçün təbii qocalma və 
ya alçaqtemperaturlu tablama tətbiq edilir.
Təbii qocalma töküyü uzun müddət: 1 neçə aydan 1 neçə ilə qədər saxlamaq 
deməkdir.  Lakin  təbii  qocalmaq  daxili  gərginliyi  tamamilə  götürmür  və  eyni 
zamanda  istehsal  tsiklini  uzadır.  Alçaq  tempuraturlu  tablama  (süni  qocalma) 
prosesi xeyli sürətləndirir. O, töküyü 1 saatda 75°­100°C sürətlə 500°­550°C tempe-
ratura qədər tədricən qızdırmaq, həmin temperaturda 1­8 saat saxlamaq və soba ilə 
birlikdə 1 saatda 25°­70° sürətlə 150°­250°C temperatura qədər, sonra isə havada 
tədricən  soyutmaqdan  ibarətdir.  Çox  vaxt  boz  çuqun  töküklər  ağarmış  səthə, 
yəni  yüksək  bərkliyə  malik  olan  və  töküyün  emalını  çətin ləş dirən  ağ  çuqun 
strukturlu sahələrə malik olur. Ağarmış səthi aradan götürmək və emalı asanlaş-
dırmaq üçün yüksək temperaturlu tablama tətbiq olunur. O, töküyü 900°­950°C 
temperatura  qədər  qızdırmaqdan,  3­4  saat  müd də tində  saxlamaqdan,  soba  ilə 
birlikdə 250°­300°C temperatura qədər və sonra isə havada soyutmaqdan iba­
rətdir.  Bərkliyi,  yeyilməyədavamlılığı  və  möh kəm lik  xassə lə rini  yaxşılaşdır-
maq üçün boz çuqun tablanır. Tablama üçün qızdırılma böhran temperaturundan 
(830°­900°C) yüksəkdə olmalıdır. Tablama zamanı əmələ gələn gərginliyi götür­
mək  və  plastiklik  xassələrini  yaxşılaşdırmaq  üçün  tabəksiltmə  aparılır. Alçaq 
tabəksiltmə (250°C­yə qədər) tab alma gərginliyini götürür, yük sək tabəksiltmə 
(500°­650°C) bərkliyi azaldır, möh kəmliyi eləcə də əyilmə və sıxılmaya müqa­
viməti artırır. Çox bərk çuqunlar alov və ya yüksək tezlikli cərəyanla səthi tab-
lanmadan keçirilir. Çuqunun azotlaşdırılması 510°­520°C 
t
emperaturda, 50­90 
saat  saxlama  müddətində  ammonyak  mühitində  aparılır.  Azotlaşdırma  yeyil­
məyə dözümlülüyü və bərkliyi artırır, töküyə korroziya əleyhinə xassələr verir. 
Xrom və alüminiumla legirlənmiş çuqunlar azotlaşdırmadan keçirilir.
Yoxlama üçün suallar:
1.  Boz çuqun töküklərinin mexaniki xassələrini yaxşılaşdırmaq və daxili gər­
ginlikləri götürmək üçün hansı termiki emal növlərindən istifadə olunur?
2. Boz çuqun nədir və o necə alınır?
3. Boz çuqunun tablanması və tabəksiltməsi necə aparılır? 


61
§7. Döymə çuqunun alınması
Boz çuqun töküklərini nisbətən aşağı mexaniki xassələri vardır.
Boz çuqun töküklərindən tablama yolu ilə alınan döymə çuqun daha yüksək 
möhkəmliyə və plastikliyə malik olur. Döymə çuqunu almaq üçün tərkibində 
2,5­3,2%  karbon,  0,6­0,9%  silisium,  0,3­0,4%  manqan,  0,1­0,2%  fosfor  və 
0,06­0,1% kükürd olan evtekadır qədəri ağ çuqundan istifadə olunur. Texniki 
emal nəticəsində sementit ferritə və qrafitə parçalanır.
Döymə çuqun almaqçün tablama prosesi aşağıdakı dövrlərə bölünür: 
1)  95°C­100°C  temperatura  qədər  bərabər  qızdırılma  (qızdırılma  müddəti 
10­20 saat), qrafitlənmənin birinci mərhələsi – əldə edilmiş temperaturda 10­30 
saat  saxlama,  aralıq  mərhələ  –  750°­720°C  temperatura  qədər  yavaş  soyu-
dulma. 
2)  Qrafitlənmənin  ikinci  mərhələsi  –  750°­720°C  temperaturda  15­50  saat 
müddətində saxlama və soba ilə birlikdə 500°­400°C­yə qədər, sonra isə havada 
soyudulma. 
Tam tablama tsiklində döymə çuqunun strukturu ferrit+qrafitdən iba-
rətdir. Belə döymə çuqun feerit adlanır.
Karbonsuzlaşdırılmış  döymə  çuqun  950°­1050°C  temperaturda  oksid ləş di­
rici mühitdə bir neçə sutka ərzində tablama yolu ilə alınır. Bu növ tablamada 
detallar deşiklərə yığılır, üzəri filiz və ya qəlpə ilə örtülür, kameralı sobalarda 
qızdırılır. Çuqun almaq üçün tablama prosesi çox vacibdir. Prosesi sürət lən dir­
mək üçün hazırda ilkin tablama 1050°­1100°C temperaturda, əridilmiş duzlarda 
isə tablama tətbiq edilir. Möhkəmliyi, səthi bərkliyi, yeyil mə yəda vam lılığı artır-
maq üçün döymə çuqunlar normallaşdırma və tabəksiltmə ilə tablama, səthi tab-
lamadan  keçirilir.  Normallaşdırma  səthi  tablamadan  keçirilir.  Normallaşdırma 
850°­900°C temperaturda 1­1,5 saat saxlamaqla və havada soyutmaqla aparılır. 
Tablamada  qızdırılma  temperaturu  eynidir,  soyutma  isə  yağda  aparılır.  Səthi 
tablama alov və ya yüksək təzyiqli cərəyanla aparılır.
Yoxlama üçün suallar:
1. Döymə çuqunun alınma prosesinin mahiyyəti nədən ibarətdir?
2.  Nə  üçün  ağ  çuqun  çox  yüksək  bərkliyə,  kövrəkliyə  malikdir?  Döymə 
çuqunda bu xassələr necə və nəyin hesabına dəyişir?


62
VI FƏSIL 
ƏLVAN METALLAR VƏ ONLARIN ƏRINTILƏRI
§1. Mis
Misin xassələri. Yer qabığında cəmi 0,01% təşkil etməsinə baxmayaraq, mis 
çox  qədim  zamanlardan  məlum  olan  metaldır.  Mis  yüksək  elektrikkeçirmə  və 
istilikkeçirmə qabiliyyətinə malikdir. O həmçinin atmosfer korroziyasına davam-
lıdır. Mis şirin suda və dəniz suyunda, zəif turşularda və digər mühitlərdə daya-
nıqlıdır. Yüksək plastiklik xassəsinə görə mis soyuq və isti halda təzyiq altında 
yaxşı emal olunur. Misin tökmə xassələri aşağıdır. Mis kəsmə ilə pis emal edilir.
Qatqılar misin xassələrinə böyük təsir göstərir. Gümüşdən başqa, bütün qat-
qılar misin istilikkeçirmə qabiliyyətini xeyli pisləşdirir. Misin mexaniki xas sə­
lərini pisləşdirən zərərli qatqılar onun tərkibi olan vismut, qurğuşun, kükürd və 
oksigendir.  Möhkəmliyi  artırmaq  üçün  plastik  deformasiya  (yayma,  məftil 
çəkmə və s.) keçirilir.
Misin alınması. Misə saf halda çox az halda təsadüf olunur. Mis əsas etibarilə 
filizdən alınır. Tərkibindəki mis­kükürd birləşmələri şəklində olan sulfatlı filizlər 
və oksid birləşmələri şəklində olan oksidləşmiş filizlər bir­birindən fərqlənir. Ən 
böyük mis yataqları Qazaxıstanda, Uralda, Sibirdə və Zaqatalada yerləşir.
Mis  filizlərinin  tərkibində  misdən  başqa,  adətən,  qurğuşun,  sim,  sürmə, 
gümüş, qızıl və digər metallar olur.
Mis filizlərinin boş süxurları qumdan, gildən, əhəngdaşından və yaxud onla-
rın qarışığından ibarətdir.
Qara  mis  odlu  üsul,  sonra  isə  elektrolit  üsulu  ilə  saflaşdırılır  (qatqılardan 
təmizlənir).  Dolu  saflaşdırma  üsulunda  qara  mis  odlu  sobaya  doldurulur  və 
oksidləşdirici atmosferdə əridilir. Oksidləşdirmə prosesində misə nisbətən oksi­
genə daha yaxın olan qatqılar misin tərkibindən buxarlanıb soba qazları ilə bir­
likdə xaric olunur və yaxud posanın tərkibinə keçir. Odlu saflaşdırmadan nazik 
metallar ərimiş misin tərkibinə qatılır. Odlu saflaşdırmada mis külçə və yaxud 
anod lövhələr şəklində tökülür.
Misin markalanması və tətbiqi. Mis M hərfi ilə markalanır və hərfdən sonra 
00­dan 4­ə qədər rəqəm qoyulur. Misin markalanmasında rəqəm nə qədər böyük 
olarsa, deməli, misin tərkibində aşqar bir o qədər çoxdur. Ən yüksək M00 mar-
kasında qatqı tərkibinin miqdarı 0,01%­dən çox olmamalıdır. Keyfiyyətinə görə 
aşağı markalı olan M4 misinin tərkibində 1%­ə qədər qatqı olur.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə