§ 4, Beynalxalt] xüsusi hiiqııc|im lüiquq sistcmindo yeri
İkinci hissəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik
sisteminin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq müqavilə döv-
lətdaxili hüquq sisteminin tərkib hissəsinə çevrildikdən sonra onda
ifadə olunan normaların dövlət daxilində hüquqi qüvvəsindən söhbət
gedə bilər.
Kollizion normalara gəldikdə isə, bu noniıalar da beynəlxalq
müqavilə ilə müəyyən edilməsindən və ya beynəlxalq adət kimi
formalaşmasından asılı olmayaraq dövlətdaxili hüquq sisteminin
tərkib hissəsi kimi nəzərdə tutulmalıdır. Əks halda, dövlətdaxili
qanunvericilikdə nəzərdə tutulmayan kollizion nonnalara istinad
edilmir.
İkincisi, dövlət və hüquq nəzəriyyəsində hüquq sistemi ənənəvi
hüquq sahələrinə bölünür. Bu zaman hüquq sahələrinin sırasında, bir
qayda olaraq, beynəlxalq xüsusi hüququn adı çəkilmir. Bu da
müəyyən səbəblərdən irəli gəlir. Belə ki, hüquq sisteminin hüquq
sahələrinə bölünməsinin əsası kimi hüquqi nizamasalma prcdmeti və
metodu götürülür. Beynəlxalq xüsusi hüququ hüququn müstəqil
sahəsi kimi ayırmaq üçün göstərilən əsaslardan əlavə beynolxalq
xüsusi hüququn mülki dövriyyə ilə bağlılığı və beynəlxalq xüsusi
hüququn mühüm bir hissəsinin kollizion hüquq nomıaları təşkil
etməsi kimi meyarları da nəzərə almaq lazımdır. Digər tərəfdən, bu
son vaxtlara qədər beynəlxalq xüsusi hüquq normalarının tiöv-
lətdaxili hüquqda məcəllələşdirilməməsi ilə birbaşa əlaqəli idi.
Bildiyiniz kimi, hər bir hüquq sahəsinin əsasında müəyyən sistemə
salınmış - məcəllələşdirümiş normativ hüquqi aktlar durur.
Azərbaycan Respublikasının hüquq sistemində isə beynəlxalq xüsusi
hüquq normaları son dövrləro qədər digər hüquq sahələrinin
bilavasitə mənbəyi olan məcəllələrdə (2000-ci ilə qədər qüvvədə
olmuş Mülki Məcəllə, Nikah və Ailə Məcəlləsi, Mülki-Prosessual
Məcəllə və s.) təsbit edilmişdir. Təqdirəlayiq haldır ki, 6 iyun 2000-ci
il tarixdə Respublikamızda “Beynəlxalq xüsusi hüquq haqqında’’
Qanun qəbul edilmiş və beynəlxalq xüsusi hüquq nomıala- rınm bir
qismi orada sistemli şəkildə verilmişdir.
19
Fasil 1. Beynəlxalq xüsusi hüququn anlayışı, prcdmeti və sistemi
Dünyanın bir sıra dövlətlərində (Avstriya, Macarıstan, Polşa,
Türkiyə, AFR, İsveçrə, İtaliya və s.) analoji qanunlar xeyli əvvəl qəbul
edilmişdir. Bu qanunlar bir-birinin təkrarı deyildir və kifayət qədər
məzmun baxımından da bir-birindən fərqlənirlər. Bundan irəli gələrək
qeyd etmək lazımdır ki, dünya üçün vahid beynəlxalq xüsusi hüquq
mövcud deyildir. Əksinə, Avstriyanın, Macanstanın, Polşanın,
Türkiyənin, Azərbaycanın və s. beynəlxalq xüsusi hüquq üzrə
qanunvericilikləri vardır.
Beləliklə, bütün bunlar bir daha göstərir ki, beynəlxalq xüsusi
hüquq dövlətdaxili hüquq sisteminin tərkib hissəsidir və onun ayrıca,
müstəqil bir sahəsini təşkil edir.
§ 5. Beynəlxalq ümumi və xüsusi hüquq
Dövlətdaxili hüququn bir sahəsi kimi xarakterizə etdiyimiz
beynəlxalq xüsusi hüququn beynəlxalq ümumi hüquqla sıx əlaqələrini
inkar etmək də qeyri-mümkündür. Obyektiv xarakter daşıyan belə
əlaqələrin mahiyyətini düzgün dərk etmək üçün beynəlxalq ümumi vo
beynəlxalq xüsusi hüquq arasında oxşar və fərqli məqamları
göstərmək vacibdir.
Beynəlxalq xüsusi hüquq ıionnalan ilə tənzimlənən münasibətlər
beynəlxalq xarakter daşıdığından beynəlxalq ümumi hüququn
hazırlamış olduğu bir sıra başlanğıclar onun üçün xüsusi önəm kəsb
edir. Bura, hər şeydən əvvəl, beynəlxalq ümumi hüququn prinsipləri
aiddir, Məsələn, beynəlxalq xüsusi hüququn əsas anlayışlarından olan
"dövlət immuniteti" birbaşa beynəlxalq ümumi hüququn əsas
prinsiplərindən biri olan suveren bərabərlik prinsipindən irəli gəlir və
ona əsaslanır. Və yaxud, əsas insan hüquq və azadlıqlarına hörmət
prinsipi beynəlxalq xüsusi hüququn ana xəttini təşkil edir. Beynəlxalq
öhdəlikləri vicdanla yerinə yetirmək, bir-birinin daxili işlərinə
qarışmamaq, dövlətlərin əməkdaşlığı, ayrı-seçkiliyin qadağan
olunması kimi prinsiplər də bu qəbildəndir. Bir sözlə beynəlxalq
ümumi və beynəlxalq xüsusi hüququn ümumi başlanğıcları eynidir.
20
§ 5. üeynolxalq ümumi və xüsusi hüquq
Digər oxşar məqam isə beynəlxalq ümumi və beynəlxalq xüsusi
hüququn ifadə forması olan beynəlxalq müqavilə ilə bağlıdır.
Bildiyimiz kimi beynəlxalq ümumi hüququn əsas mənbəyi kimi
beynəlxalq müqavilələr çıxış edir. Beynəlxalq müqavilələrdə, eyni
zamanda, beynəlxalq xüsusi hüquq nomıaları (kollizion və unifıka-
siya edilmiş maddi hüquq normaları) da nəzərdə tutula bilər. Belə
beynəlxalq müqavilələr dövlətdaxili hüquq sisteminə daxil edildikdən
sonra beynəlxalq xüsusi hüququn mənbəyinə çevrilir. Maraqlı cəhət
burasındadır ki, beynəlxalq xüsusi hüququn mənbəyi kimi beynəlxalq
müqavilələrin əhəmiyyəti artır. Dövlətlər arasında getdikcə dərinləşən
hərtərəfli, xüsusən mülki dövriyyədə gedən inteqrasiya proseslərinin
hüquqi tənzimlənməsi zamanı meydana çıxan hüquqi boşluğun ən
səmərəli həllİ məhz beynəlxalq müqavilələrin bağlanmasından keçİr.
Beynəlxalq ümumi və beynəlxalq xüsusi hüquq arasında oxşar
məqamları axtaranlar həm də onların tənzimlədiyi münasibətlərin
beynəlxalq xarakter daşıdığına istinad edirlər. Beynəlxalq xüsusi
hüquq mülki dövriyyədə baş verən münasibətləri tənzimləsə də, belə
münasibətlər bir dövlətin hüdudlarından kənara çıxan münasibətlərdir
və sözün geniş mənasında beynəlxalq münasibətlər hesab edilir.
Beynəlxalq ümumi və beynəlxalq xüsusi hüquq arasında fərqli
məqamlar isə aşağıdakılardır:
Birincisi, onlar, hər şeydən əvvəl, bir-birindən tənzimləmə pred-
metinə görə fərqlənirlər. Beynəlxalq ümumi hüquqla tənzimlənən
münasibətlər daha çox siyasi xarakter daşıyan dövlətlərarası
münasibətlərdir; onun predmetini əsasən beynəlxalq sülhün təmin
edilməsi, beynəlxalq təhlükəsizlik, tərk-silah, dövlət suverenliyi və s.
bu kimi məsələlər təşkil edir. Beynəlxalq xüsusi hüququn predmetini
isə xüsusi hüquq xarakterli münasibətlər təşkil edir. Bu
münasibətlərin əsas hissəsini əmlak və şəxsi qeyri-əmlak
münasibətləri təşkil edir;
İkincisi, onlar bir-birindən subyektlərinə görə fərqlənirlər.
Beynəlxalq ümumi hüququn əsas subyekti kimi dövlət çıxış edir.
Digər
21
Dostları ilə paylaş: |