Fəsil I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi
votəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", 15 yanvar
I 992-ci il tarixli “İnvestisiyaların qorunması haqqında”, 15 dekabr
1992-ci
il “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Otımmlarında, Azərbaycan Respublikasının Gömrük
Məcəlləsində və s. qanunvericilik aktlarında belə normalara rast
gəlmək mümkündür.
Bıı növ nonnalar özü-özlüyündə kollizion problemi həll
etmədiyinə və adi halda onların tətbiqi kollizion nonnalar vasitəsilə
mümkün olduğuna görə əksər müəlliflər tərəfindən beynəlxalq xüsusi
hüquq norması kimi qəbul edilmir. Lakin İ.S.Pereterskiy,
M.M.Baquslavs- kiy, V.P.Zvekov kimi əks mövqedə duranlar da
mövcuddur.
§ 4. Beynəlxalq xüsusi hüquqim hüquq sistemində yeri
Beynəlxalq xüsusi hüququn hüquq sistemində yeri məsələsi
tarixən beynəlxalq hüquq elmində əsas müzakirə mövzularından biri
olmuş və bu istiqamətdə diskussiyalar bu gün də davam etməkdədir.
Fikrimizcə, bu problemin öyrənilməsi iki mərhələdən keçməlidir. İlk
növbədə beynəlxalq xüsusi hüququn hansı hüquq sisteminə: milli
(dövlotdaxili) və ya beynəlxalq hüquq (beynəlxalq ümumi hüquq)
sistemlərinə aid edilməsini müəyyən etmək lazımdır. İkinci
mərhələdə i.sə artıq beynəlxalq xüsusi hüququn onun aid olduğu
hüquq sistemində yerini konkretləşdirmək, aydınlaşdırmaq lazım
gələcəkdir.
Hüquq ədəbiyyatında beynəlxalq xüsusi hüququn hansı hüquq
si.stcmİnə aid edilməsi ilə bağlı müxtəlif mövqelər vardır. Bu
istiqamətdə mövcud olan mövqeləri üç qrupa bölürlər.
Bir qnıp müəlliflər, o cümlədən C.B.Krılov, M.S.Straqoviç
A.M.LadiJenskiy, F.C.Kojevnikov, İ.P.Blişenko, L.N.Qalenskaya be
lə hesab edirlər ki, beynəlxalq xüsusi hüquq beynəlxalq ümumi hii
ququn tərkib hissəsidir. Bu mövqe əsaslandırılarkən müəlliflər əsa sən
aşağıdakı cəhətləri xüsusi qeyd edirlər: birincisi, beynəIxal
16
§ 4. Beynəlxalq xüsusi hüququn hüquq sistemində yeri
XÜSUSİ hüquq normaları ilo tənzimlənən münasibətlər beynəlxalq
xarakter daşıyır və hər bir halda konkret dövlətin hüdudlarından
kənara çıxır. Fəaliyyət sferası baxımından beynəlxalq xüsusi hüquq
beynəlxalq ümumi hüquqla üst-üstə düşür. Bu zaman xüsusi olaraq
göstərilir ki, beynəlxalq xüsusi hüquqla tənzimlənən münasibətlərlə
bağlı mübahisələr son nəticədə dövlətlərarası konfliktə qədər böyüyə
bilər; ikincisi, beynəlxalq xüsusi hüququn əsas mənbələrindən biri də
beynəlxalq müqavilədir. S.B.Krılov 1930-cu ildə çapdan çıxan
“Beynəlxalq xüsusi hüquq” dərsliyində qeyd edir ki, yalnız
beynəlxalq müqavilələri öyrənmək yolu ilə beynəlxalq xüsusi
hüququn həqiqi məzmunu ilə tanış olmaq mümkündür; üçüncüsü,
beynəlxalq xüsusi hüquq nonnalarımn bir hissəsini kollizion hüquq
nomıalan təşkil edir. Bu nonnalar da mənşə etibarı ilə beynəlxalq-
hüquqi xarakter daşıyır. Belə ki, bir tərəfdən bu və ya digər kollizion
hüquq norması dövlətlərarası beynəlxalq müqavilə ilə müəyyən
edilir, digər tərəfdən isə kollizion hüquq nomıalannm əsasında yüz
illərlə fonnalaşan beynəlxalq adət dunır.
İkinci qrup müəlliflər beynəlxalq xüsusi hüquqa milli (dövlət-
daxili) hüquq sisteminin tərkib hissəsi kimi baxırlar. İ.S.Pereterskiy.
M.M.Boquslavskiy, İ.A.Quryev, L.A.Lunts, A.A.Rubanov, O.N. Sa-
dikov və s. bu mövqedən çıxış edirlər.
İ.S.Pereterskiy özünün "Beynəlxalq xüsusi hüququn sistemi’"
məqaləsində göstərirdi ki, beynəlxalq ümumi hüquq və beynəlxalq
xüsusi hüquq nonnalan ilə tənzimlənən münasibətlər mahiyyət etibarı
ilə bir-birindən fərqlənir. Beynəlxalq xüsusi hüquq mülki- hüquqi
münasibətləri tənzimləyir. Beynəlxalq ümumi hüquqla tənzimlənən
münasibətlər isə daha çox dövlətlərarası, siyasi xarakter daşıyır. Hər
İki ifadədə işlədilən "beynəlxalq" termini müxtəlif mənaları verir.
"Beynəlxalq ümumi hüquq" ifadəsində bu, dövlətlər- arası mənasım
verirsə, İkincidə isə bu xarici elementə işarədir.
I C«B. rtxryiiapL'TBo ıı npaHo. 1946, N'.’S, 9, c. 12-30
17
Fosii I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi
Bu mövqeyi tək sivilistlər deyil, həm də beynəlxalq ümumi hüquq
elmində fundamental tədqiqatlara malik olan E.T.Usenko, A.R.
Müvçan, İ.İ.Lukaşuk və s. alimlər də müdafiə edirlər.
Üçüncü qrupun fikrinə görə beynəlxalq xüsusi hüquq ikili təbiətə
malikdir. Beynəlxalq xüsusi hüququn mənbələrinin müxtəlifliyindən
(beynəlxalq müqavilə və dövlətdaxili qanunvericilik) irəli gələrək
bəzi alimlər (A.N.Makarov, R.A.Müllcrson, K.L.Razumov,
V.V.Qav- rilov) göstərirlər ki, beynəlxalq xüsusi hüquq nonnalan iki
qmp nomıalardan ibarət olduğundan bu hüquq sahəsi kompleks
xarakter daşıyır. T.İ. Tunkin qeyd edirdi ki, beynəlxalq xüsusi hüquq
bir his.səsi ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərinə, digər hissəsi
beynəlxalq hüquq sisteminə aid olan hüquq normalarının kompleksi
olub, onu nə xüsusi hüquq sistemi, nə də hüquq sahəsi kimi qəbul
etmək otar'.
Hüquq ədəbiyyatında yuxanda sadalanan mövqelərlə Üst-Üstə
düşməyən fikirlərə də rast gəlinir. Bütün bunlara baxmayaraq,
qətiyyətlə qeyd etmək olar ki, artıq beynəlxalq xüsusi hüquq məhz
dövlətdaxili hüquq sistemində “vətəndaşlıq hüququ” qazanmışdır.
Yəni beynəlxalq xüsusi hüquq dövlətdaxili hüququn müstəqil bir
sahəsidir. Bununla bağlı olaraq bir sıra məsələlərə aydınlıq gətirmək
lazımdır. Əvvəla, beynəlxalq müqavilələrin beynəlxalq xüsusi
hüququn mənbəyi olması haqqında. Beynəlxalq xüsusi hüquq
nonnalarınm beynəlxalq müqavilələrdə nəzərdə tutulması təbiidir.
Müasir dövrdə elmi-texniki tərəqqinin sürətli inkişafı, hərtərəfli
inteqrasiya prosesləri onların rolunu və əhəmiyyətini bir az da
artırmışdır. Lakin beynəl.xalq müqavilənin bu və ya digər formada
(öz- özünə və ya bilavasitə) dövlət daxilində icrası üçün ilk növbədə
onun dövlətin hüquq sisteminin tərkib hissəsinə daxil olması vacibdir.
Bunun üçün dövlət beynəlxalq müqaviləyə hansısa formada
(imzalama, qoşulma, ratifikasiya və s.) tərəfdar çıxmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin
I Me;.Kiiyıuıpo.muw rıpuKo. Q
IB
. peü. r.H.TyıiKUiı. M., 1982, c. 12
18
Dostları ilə paylaş: |