Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə28/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   24   25   26   27   28   29   30   31   ...   124

Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti 
2)
 
qanun  və  məhkəmə  qarşısında  bərabərlik  prinsipi,  yəni 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  onların  sosial  və  əmlak 
vəziyyəti,  irqi  və  milli  mənsubiyyəti,  cinsi,  dilİ,  dinə  münasibəti, 
fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq 
qanun və məhkəmə qarşısında bərabərdirlər; 
3)
 
retorsiya prinsipi, yəni xarici dövlət öz ərazisində Azərbaycan 
Respublikası  vətəndaşlarının  hüquq  və  azadlıqlarının  həyata 
keçirilməsinə  məhdudiyyət  qoyduqda  Azərbaycan  Respublikasının 
qanunu İlə Azərbaycan Respublikasının ərazisində cavab tədbiri kimi 
analoji  məhdudiyyətlər  (retorsiyalar)  həmin  dövlətin  vətəndaşları 
üçün  müəyyən  edilə  bilər.  Belə  qanun  onun  qəbul  edilməsinə  əsas 
olan hallar aradan qaldırıldıqda ləğv olunur. 
4)
 
Azərbaycan  Respublikası  yurisdiksiyasma  tabe  olma 
prinsipi, yəni əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və 
azadlıqlarının  həyata  keçirilməsi  Azərbaycan  Respublikasının  milli 
mənafeyinə  zidd  olmamalıdır,  onlar  Azərbaycan  Respublikası 
Konstitusiyasının,  qanunlarının  və  qanunvericilik  aktlarının 
tələblərinə  riayət  elməli,  Azərbaycan  xalqının  adət  və  ənənələrinə 
hörmət etməlidirlər. 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmlak, şəxsi qey- 
ri-əmlak,  ailə  və  əmək  münasibətləri  beynəlxalq  xüsusi  hüquq 
normaları ilə tənzimlənir. Bu nÖv münasibətlər sferasında milli rejim 
daha geniş tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 
9-cu  maddəsinin  ikinci  hissəsinə  görə  mülki  qanunvericiliklə 
müəyyənləşdirilmiş  qaydalar,  əgər  qanunda  ayrı  hal  nəzərdə 
tumimayıbsa,  əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  və  xarici 
hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur
Azərbaycan  Respublikasının  xarici  dövlətlərlə  bağladığı  hüquqi 
yardım  haqqında  müqavilələrin  demək  olar  ki,  hamısında  əmlak 
hüquqlarının müdafiəsi sahəsində milli rejim prinsipi nəzərdə tutulub. 
Hüquqi  yardım  haqqında  İran  İslam  Respublikası  ilə  1998-ci  ildə 
bağlanan  müqavilənin  birinci  maddəsində  deyilir:  "Razılığa  Gələn 
Tərəflərin hər birinin ərazisində digər Tərəfin vətəndaşları öz şəxsi və 
əmlak hüquqlarına münasibətdə həmin tərəfin öz vətən- 
88 


Ş 1, Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüi]uqi vəziyyəti 
daşlan üçün nəzərdə tutan hüquqi müdafiədən İstifadə edirlər". Yaxud 
Türkiyə Respublikası ilə 2002-ci  ildə bağlanan analoji  müqavilənin 
2-ci  maddəsinə  görə  bir  Razılığı  Gələn  Tərəfin  vətəndaşları  digər 
Razılığa Gələn Tərəfin ədliyyə idarələrində baxılan mülki və ticarət 
işlərində həmin Razılığa Gələn Tərəfin vətəndaşları ilə eyni şərtlərlə 
hüquqi müdafiəyə malikdir. Bir Razılığa Gələn Tərəfin vətəndaşları 
mülki  və  ticarət  işlərində  digər  Razılığa  Gələn  Tərəfin  ədliyyə 
idarələrinə  həmin  Razılığa  Gələn  Tərəfin  vətəndaşları  ilə  eyni 
şərtlərlə sərbəst iddia qaldınnaq hüququna malikdirlər. 
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti 
haqqında” Qanun bu kateqoriyadan olan şəxsləri iki qrupa bölür: 1) 
imm[qrantlar;  2)  ölkədə  müvəqqəti  olanlar.  İmmiqrantlar  1998-ci  il 
“İmmiqrasiya  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 
müəyyən  edilmiş  qaydada  immiqrasiyaya  icazə  almış  şəxslərdir. 
Onlar Azərbaycan Respublikasına daimi və ya müvəqqəti yaşamağa 
gələ  bilərlər.  Digər  qanuni  əsaslarla  (turizm,  şəxsi  iş,  xidməti 
ezamiyyət  və  s.j  Azərbaycan  Respublikasının  ərazisində  olan 
əcnəbilər 
və 
vətəndaşlığı 
olmayan 
şəxslər 
Azərbaycan 
Respublikasında müvəqqəti olan hesab edilirlər. 
Vətəndaşlığı  olmayan  şəxslərin  (apatridlər)  statusu  ilə  əlaqədar 
BMT  səviyyəsində  1954-cü  ildə  “Apatridlərin  statusu  haqqında", 
1961-ci  ildə  “Vətəndaşsızlıq  hallarının  azaldılması  haqqında” 
konvensiyalar qəbul edilmişdir. 
“Apatridlərin  statusu  haqqında”  Konvensiyanın  1-ci  maddəsinə 
görə  "apatrid"  temıini  altında  hər  hansı  dövlət  tərəfindən  onun 
qanununa görə vətəndaş sayılmayan şəxs nəzərdə tutulur. Apatridlər 
öz  aralarında  bərabər  statusa  malik  olmalı,  razılığa  gələn  dövlətlər 
həmin konvensiyanın müddəalarını apatridlərə onların irqinə, dininə 
və  ya  ölkə  mənşəyi  əlamətlərinə  görə  heç  bir  ayrı-seçkilik 
qoyulmadan tətbiq etməlidirlər. Konvensiyanın 12-ci maddəsinə görə 
apatridin  şəxsi  statusu  onun  daimi  yaşadığı  yerin  {Icx  doınicilli), 
beləsi  yoxdursa,  yaşadığı  ölkənin  qanunları  ilə  müəyyən  edilir. 
Apatridlərin əmlak, müəlliflik və sənaye, assosiasiyalar, məhkə 
89 


Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti 
məyə müraciət etmək, əmək, sosial təminat, təhsil və digər hüquqları 
konvensiyada  nəzərdə  tutulmuşdur.  Azərbaycan  Respublikası 
“Apatridlərİn  statusu  haqqında”  Konvensiyanı  31  may  1996-cı  ildə 
ratifikasiya etmişdir. 
“Vətəndaşsızlıq  hallarının  azaldılması  haqqında”  Konvensiya 
adından  göründüyü  kimi  vətəndaşsızlığa  gətirib  çıxaran  şəraitin 
aradan  qaldırılması  məqsədi  ilə  qəbul  edilmişdir.  Razılığa  gələn 
dövlətlər  ərazilərində  doğulan,  əks  halda  vətəndaşlıq  əldə  edə 
bilməyən  uşaqlara  öz  vətəndaşlığını  vennəyi  öhdələrinə  götürürlər. 
Şəxsin  vətəndaşlıqdan  məlınım  edilməsi  onu  apatridə  çevirirsə,  bu 
yolverilməz hesab edilir. Razılığa gələn dövlətin qanunu fiziki şəxsin 
şəxsi  statusunda  hər  hansı  bir  dəyişiklik  (məsələn,  nikahın 
bağlanması,  nikahın  pozulması,  övladlığa  götünnə  və  s.  hallarda) 
nəticəsində  vətəndaşlığın  itirilməsini  nəzərdə  tutursa,  vətəndaşlığın 
bu  cür  itirilməsi  yeni  vətəndaşlığın  əldə  edilməsi  İlə  şərtləndirilir. 
Azərbaycan  Respublikası  1996-cı  ildən  bu  Konvensiyanın 
iştirakçısıdır. 
Xarici  dövlətlərin  bir  qismində  əcnəbilərin  və  vətəndaşlığı 
olmayan şəxslərin hüquqi vəziyyəti haqqında xüsusi qanunlar qəbul 
edilib (AFR, Rusiya Federasiyası, Belarusiya, Qazaxıstan və s.). Bir 
qisim  dövlətlərdə  xaricilərin  hüquqi  statusu  məsələsi  bütövlükdə 
beynəlxalq xüsusi hüququn tərkibində öyrənilir (Fransa, Əlcəzair və 
s.), bəzi dövlətlərdə isə bu məsələ inzibati hüququn pred- metinə aid 
edilir (AFR, Avstriya və s.) 
§ 2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 
hüquq və fəaliyyət qabiliyyəti 
Fiziki şəxsin  hüquq qabiliyyəti hüquqlara malik  olma, vəzifələr 
daşıma  qabiliyyətidir.  Hüquq  qabiliyyəti  fiziki  şəxslər  üçün  onların 
anadan  olduğu  andan  yaranır.  Hüquq  qabiliyyətinin  həcmi,  yəni 
hüquq və vəzifələrin dairəsi qanunla müəyyən olunur. 
Fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə hüquq münasibətinə 
ginnək, subyektiv hüquqları həyata keçİmıək, hüquqi vəzifə 
90 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə