Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə25/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   21   22   23   24   25   26   27   28   ...   124

Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
zamanı isə potensial olaraq tətbiq edilə bilən xarici hüquqa müraciət 
edilir, onun tətbiqi nəticələri nəzərdən keçirilir və tətbiqi nəticəsində 
baş  verə  biləcək  "fəsadlara"  görə  ümumi  qaydaya  istinad  edilərək 
tətbiq edilmir. 
Kollizion  normaların  tətbiqini  məhdudlaşdırmaq üçün imperativ 
normalardan  istifadə  edilməsi  həm  beynəlxalq  müqavilələrdə,  həm 
də bir sıra milli qanunvericiliklərdə nəzərdə tutulmuşdur. 1986-cı il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqı  müqavilələrinə  tətbiq  olunan 
hüquq  haqqında”  Haaqa  Konvensiyasına  görə  onun  normaları 
müqaviləni  tənzimləyən  hüquqdan  asılı  olmayaraq  tətbiq  edilməli 
olan  məlıkəmə-  nin  qanunun  miiddəalannın  tətbiqinə  maneçilik 
törətmir. 
1980-ci il “Müqavilə öhdəliklərinə tətbiq edilən hüquq haqqında” 
Konvensiya  bir  az  da  irəli  gedərək  nəinki  məhkəmənin  mənsub 
olduğu  ölkənin  imperativ  normalarını,  hətta  işin  hallan  ilə  sıx 
bağlılığı  olan  üçüncü  dövlətin  hüququnun  imperativ  normalarının 
tətbiqini, müqaviləyə tətbiq edilməli olan hüquqdan asılı olmayaraq 
mümkün hesab etmişdir. 
Bir  qayda  olaraq,  müqavilə  öhdəliklərilə  bağlı  tətbiq  olunan 
hüququ müəyyən edən beynəlxalq müqavilələrdə imperativ normaların 
tətbiqinə  istinad  edilir.  Bunu  nəzərə  alan  AFR-in  qanunvericiliyi  bu 
institutu  "lokallaşdırmış",  onu  yalnız  müqavilə  öhdəliklərinə 
münasibətdə nəzərdə tutmuşdur*. 1987-ci il beynəlxalq xüsusi hüquq 
haqqında  İsveçrə  qanununda  isə  bu  institut  "ümumi  ^  müddəalar" 
bölümündə verilərək, onun daha geniş sferada tətbiqi nəzərdə tutulub. 
Azərbaycan  Respublikasında  “Beynəlxalq  xüsusi  hüquq 
haqqında” Oanunun layihəsi  hazırlanarkən ikinci  varianta üstünlük 
verilmişdir. Qanunun 5-ci maddəsində imperativ normaların tətbiqi 
hərtərəfli  təsbit  edilmişdir.  Orada  deyilir:  "Bu  qanuna  görə  tətbiq 
olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzim- 
Bu  mosniə  alm;m  mülki  külliyyatına  giriij;  qanunun  34-cü  maddosinda  nəzərdə 
tuıul- ımı^dur. 
78 


§ 5, İnterlokal kolliziya 
ləyən  Azərbaycan  Respublikası  hüququnun  imperativ  normaları 
tətbiq edilir". Bununla kifayətlənməyən qanun bir az da irəli gedərək 
hətta  üçüncü  dövlətin  hüququnun  imperativ  normalarının  tətbiqi 
imkanlannı  da  nəzərdə  tutmuşdur:  "Bir  ölkənin  hüququ  tətbiq 
edilərkən  bu  ölkənin  hüququna  görə  işin  hallan  (mahiyyəti)  ilə  sıx 
bağlılığı olan digər Ölkənin imperativ normalarına, müqavilədə əsas 
götürülən hüquqa istinad etmədən onların tətbiqinin mümkün olduğu 
dərəcədə  üstünlük  verilə  bilər.  Belə  normalara  üstünlük  verilməsi 
barədə  qərar  qəbul  edilərkən  onların  təyinatı  və  xarakteri,  habelə 
tətbiqinin  nəticələri  nəzərə  alınmalıdır"  (“Beynəlxalq  xüsusi  hüquq 
haqqında” Qanunun 5-ci maddəsinin ikinci hissəsi). 
Yuxarıda  qeyd  etdik  ki,  beynəlxalq  müqavilələrdə  imperativ 
normaların  tətbiqi  əsasən  müqavilə  öhdəliklərinə  münasibətdə 
nəzərdə  tutulub.  Müqavilə  öhdəlikləri  sahəsində  də  əsas  kollizion 
bağlanma  kimi  tərəflərin  seçdiyi  qanun  çıxış  edir.  Yəni  müvafiq 
imperativ normanın mövcudluğu tərəflərin seçdiyi qanunun tətbiqini 
istisna  edir.  Bu  məsələ  də  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Azərbaycan  Respublikası  Qanununda  əks  olunmuşdur.  Qanunun 
24-cü maddəsinin dördüncü hissəsində deyilir kİ, "müqavilə ilə bağlı 
ölkənin  imperativ  normalarının  tətbiq  edilməməsinə  səbəb  olan 
hüququn seçilməsi etibarsızdır". 
Beləliklə,  imperativ  normaların  tətbiqi  ilə  bağlı  “Beynəlxalq 
xüsusi hüquq haqqında” Qanunun 5-ci maddəsi ümumi nonna, 24-cü 
maddəsinin dördüncü hissəsi isə xüsusi nonna kimi çıxış edir. 
Ümumi  qayda  haqqında  qeyd-şərt  institutunda  olduğu  kimi 
imperativ  normaların  dairəsi  ilə  bağlı  qanunvericisinin  mövqeyi 
məlum  deyil.  Bu  məsələnin  həlli  də  hüquq  tətbiqetmə  fəaliyyətini 
həyata keçirən orqanların üzərinə qoyulub. 
§ 5. İnterlokal kolliziya 
Kolliziya ancaq milli hüquq sistemləri arasında deyil, bir dövlətin 
hüquq sistemi daxilində də baş verə bilər. Dövlətdaxili hüquq 
79 


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
sistemi  çərçivəsində  rast  gəlinən  kolliziyanın  bir  formasına  inter- 
lokal  kolliziya  deyilir.  İnterlokal  kolliziya,  bir  qayda  olaraq,  dövlət 
qumluşuna görə mürəkkəb hesab edilən dövlətlərin tərkib hissələrinin 
qanunvericilikləri  arasında  meydana  gəlir.  Federativ  dövlətlərin 
timsalında bunu aydın görmək mümkündür. 
Federativ  quruluşa  malik  olan  dövlətlərdə  federasiya 
subyektlərinin  hər  birinin  federal  konstitusiya  ilə  onlara  verilən 
səlahiyyət  çərçivəsində  özünəməxsus  qanunvericiliyi  vardır. 
Federasiya  subyektlərinin  qanunvericilikləri  arasında  fərqlər  onlar 
arasında kolliziyanın yaranmasına səbəb olur. Məsələn, ABŞ-da hər 
bir  ştatın  hüququ  (hüquq  sistemİ  mənasında)  formalaşmış,  nəticədə 
onlar  arasında  olan  fərqlər  kolliziya  yaradır,  bu  da  "ştatlararası 
kolliziya" və ya "interlokal kolliziya" adlanır. 
interlokal kolliziya özü-özlüyündə beynəlxalq xarakter kəsb etmir 
və  dövlət  daxilində  həll edilir.  Lakin  xarici  elementli  xüsusi  hüquq 
xarakterli  münasibət  tənzimlənən  zaman  bu  növ  dövlətin  hüquq 
sisteminə istinad edildikdə beynəlxalq xüsusi hüquq üçün interlokal 
kolliziya problemi yaranır. Belə halda əlavə bir məsələni həl! etmək 
lazım  gəlir:  dövlətin  daxilində  qüvvədə  olan  bir  neçə  hüquq 
sistemindən  hansı  biri  seçilməlidir.  Geriyə  istinad  institutun  təhlili 
zamanı  qeyd  etdiyiniz  kimi  hər  hansı  dövlətin  hüququna  müraciət 
bütövlükdə  onun  hüquq  sisteminə  müraciət  deməkdir.  Bu  mənada 
yuxarıdakı  suala  cavab  axtararkən  həmin  hüquq  sisteminin  söhbət 
gedən  məsələ  ilə  bağlı  mövqeyi  əsas  götürülməlidir.  İstər  xarici 
dövlətlərin beynəlxalq xüsusi hüquq haqqında qanunvericiliyi, istərsə 
də  bu  istiqamətdə  mövcud  olan  təcrübə  məsələnin  belə  həllinə 
üstünlük verir. Məsələn, 1965-ci il beynəlxalq xüsusi hüquq haqqında 
Polşa  qanununun  5-ci  maddəsinə  görə,  əgər  hüququ  tətbiq  edilməli 
olan  dövlətdə  bir  neçə  hüquq  sistemi  qüvvədədirsə,  onda  həmin 
dövlətin qanunu bu sistemlərdən hansı birinin tətbiqini müəyyən edir. 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  də  məsələyə  bu 
mövqedən yanaşır. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 
80 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə