1.Mənim yoluma bax əzəldən haqdı
Haqqı gücsüz bilib,gülmək günahdı
Gələcək cəzanı çəkməyin vaxtı
Hesabı axırda kəsən millətəm
2.Düzmə qabağıma çopur daşları
Səsləsəm dikələr ey dağ qardaşlarım
İstəsəsən tarixi birdə başlaram
Mən durğun həyatdan bezən millətəm
3.Çəkil torpağımdan ey yağı düşmən
Mən şeytanın ümidini üzən millətəm!
Dünyanı üstümə qaldırdın, yetər,
Dünyanın dərdinə dözən millətəm(2dəfə)
Şeir (M.Emil,S.Səid, H.İlkin))
Tarix bizə pay ayırıb Odlar yurdu gözəl Vətən
Damarımda qanım coşur Azərbaycan kəlməsindən
Dahilərin ölməz eşqi milyonların dodağında
Biz gedirik gələcəyə istiqlalın sorağında
Yağı düşmən tarix boyu tor qurubdu millətimə
Əl atıbdı,göz dikibdi göydən gələn qüdrətimə
Min illərlə yanan ocaq hər rüzgara sönən deyil
Azadlığa könül verən bu sevdadan dönən deyil.(3 dəfə)
4. Babaların igid ruhu dirildi,
Ömür bizə Vətən üçün verildi.
Dostları ilə paylaş: