16.Dəniz: 2020-ci ilin sentyabrın 26-dan 27-nə keçən gecə somucu dəfə Qarabağda törədilən daha dəhşətli silahlı atışma... İlahi , bu yaşanmış acıları ifadə etmək qeyri- mümkündür. Bu haqda nə qədər yazsaq belə ürəyimizdəki bu dəhşət, ağrı,
kin-küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də. Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım, kütləvi və amansız qırğın aktı , erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət işi idi. Çox şükür Zəfər bizim tərəfdədir...(Bayraqlar dalğalandırılır...)
(İ.Sevgi)
Baba adı "Odlar Yurdu",
keşikçisi igid Ordu,
biri-alov, biri ocaq -
bizimdir, bizim olacaq -
Azərbaycandır Qarabağ!
17.(Məhəmmədəli)-44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək
bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də
çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında
müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın
haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.