27.Ləman -Gün o gün olsun ki...
İllərdir dilimizdən düşməyən istək, alqış, xəyal...
İllərdir hər əlamətdar günlərimizdə bu arzuyla başlamışıq bütün ürək sözlərimizə...
İllərdir çox əziyyətlər, ağrı-acılar çəkmişik... Doğma el-obamızdan qəddarlıqla, amansızlıqla didərgin salınmışıq, olmazın faciələr görmüşük, öz vətənimizdə qaçqın, köçkün kimi yaşamağa məcbur olmuşuq...
Bir gözümüzlə gülsək də, o biri gözümüzlə hər zaman ağlamışıq. "Vətən” deyə-deyə ürəyimizə qara qanlar axıtmışıq. Yurdu yuxuda görməyi özümüzə təskinlik bilmişik...
Vətən həsrətilə bu dünyadan gözü açıq köçən əzizlərimizi doğma torpaqlarında dəfn edə bilməmişik...
28.Sənan Doğma yurdundan qovulan, olmazın zillətlərə düçar edilən, 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan nisgilli vətəndaşlarımızın yenidən öz doğma ocağına qayıdacaqları inamını içimizdə böyüdüb, ölməyə qoymamışıq...
Bəzən gözləməkdən yorulmuşuq, uzun sürən intizardan bezmişik, bəzən içimizdə inamsızlıq baş qaldırıb, əlimizi hər şeydən üzmüşük, hətta Tanrıya belə üsyan etmişik. Amma qəlbimizdəki ümid qığılcımı heç vaxt sönməyib. İllərlə közərib, közərib...
Və... o qığılcım illər sonra alov olub qəlbimizi isidib...
Biz bu günü çox gözlədik... Ay yox, il yox, illərlə... Təxminən bir qərinə...
Nəhayət... o gün gəldi.
29. https://www.youtube.com/watch?v=PqvlU9WI5pU&t=54s bayatı şiraz səsləndirilir.
Səhnədə Kamaz maketi quraşdırılır. Ən qiymətli səhnəcik davamı….uşaqlar səhnəyə çıxmağa hazırlaşır .
1.Səhnəyə Ləman-(Qız) gəlir.
Sözləri-30 il əvvəl çantamı götürüb qaçdığım o torpaqlara artıq müəllim kimi geri qayıdıram.
2.P.B.Tunar,H.İlkin,P.Hüseyn –indi hər birimiz Vətənə olan borcumuzu qaytarmaq üçün əsgər gedirik.
Arif əmi(F.Tunar) kamazda əyləşir və uşaqları səsləyir:Uşaqlar gəlmirsiz?
Dostları ilə paylaş: