3.(Sabir) Dedilər ki, fələklər
yaratmışdır bu odu,
Fəqət bu oda yanan
fələklər özü oldu.
Baxıram ucalardan
gəlir
Füzuli səsi.
Görünür ucalarda
onun nurlu izləri.
O ulduzlar
Füzuli yanğısının közləri,
O Günəşdə Füzuli odunun nişanəsi.
Füzuli sən azadsan!
4(.Faiq) Haqqa şahid göy üzü
Bu karvanı salamlar.
Bu yol "Quran"ın izi,
Bu yol dürlü kəlamlar.
Xankəndi sən azadsan!
5(İlkin)İgid ərənlər ordusu,Qarabağı alaydı kaş
Azərbaycan bayrağını
Cəbrayıla asaydı kaş
Qarabağ azad olundu,xoş müjdəli bu xəbəri
Ərəbistan torpağında,sevincimdən ağlayaraq
Özüm elan edəydim kaş!
Cəbrayıla gedəydim kaş!
Qarabağa gedəydim kaş!
Cəbrayıl sən azadsan!
6.(İmaməli)
Zirvələrə qalxır bu cığır, bu yol,
Dağların qoynunda qalır beləcə.
İrəli aparır elə hey məni,
Ta özünə çəkir, səma, göy məni,
Məni də tilsimə salır beləcə.
Xocalı adlı yaram ,sağalır beləcə
Xocalı sən azadsan!
7(Hürüxanım) Ağdərə
Bu yollar aparır - mən də gedirəm,
Ayağıma tanış gəlir bu yollar.
Məni çəkib hara aparır belə?
Körpətək üzümə gülür bu yollar.
Dostları ilə paylaş: