Azerbaycan mahnısının sözləri
Bu dünyanın bir adı var, canım mənim məmləkətim
Günəş kimi daim yanar Odlar Yurdu məhəbbətim
Qoy ucalsın zirvələrə o yenilməz bayrağımız
Qayıdacaq bir gün yenə hər bir qarış torpağımız
Hər bir elin öz yeri var mənim elim doğma diyar
Gözəllikdə o bir bahar gələcəyə işıq saçar
Qurban olum Azərbaycan bu müqəddəs torpağına
Baxıb igid övladına, qoy sevinsin hər bir ana

Öz sözü var, hörməti var ölkələrin arasında
Belə gözəl, belə zəngin var dünyanın harasında?
Vətənimin
məğrur gücü, öz ürəyi, ilhamı var
Xoş günlərə gedən yolda bir əbədi bayramı var
Hər bir elin öz yeri var mənim elim doğma diyar
Gözəllikdə o bir bahar gələcəyə işıq saçar
Qurban olum Azərbaycan bu müqəddəs torpağına
Baxıb igid övladına, qoy sevinsin hər bir ana
Qurban olum Azərbaycan bu müqəddəs torpağına
Baxıb igid övladına, qoy sevinsin hər bir ana
Hey,hey(birlikdə)

Dostları ilə paylaş: