ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə62/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   58   59   60   61   62   63   64   65   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



138 

mısını Əcərdə qoyub əsgərləri götürüb çıxdıq. 

Xosrov şahın yanındakı moğollardan «Bütün moğol ulusu olaraq pad-

şahın tərəfini tuturuq, Talikandan köç edib İşkəmiş və Fülul tərəflərinə do-

ğru hərəkət  edirik, qoy  padşah da çalışıb tez gəlsin, Xosrov şahın adamla-

rının çoxu padşahın xidmətinə girəcəkdir» şəklində xəbərlər gətirən adamlar 

gəlməyə başladı. 

Bu  zaman  Şeybani  xanın Əndicanı  alıb Hisar və  Qunduz üzərinə  qo-

şun çəkməsi xəbəri gəldi. Xosrov şah bu xəbəri eşidincə Qunduzda qalma-

yaraq bütün adamını alıb (123  a) Kabilə doğru getdi. Xosrov şah Qunduzu 

qoyub çıxar-çıxmaz, Molla Məhəmməd Türküstani adında çox etibar etdiyi 

köhnə bir adamı da Qunduzu Şeybani xana qarşı gücləndirdi. 

Biz Səmtu yoluyla Qızılsu tərəfinə gələndə Xosrov şaha tabe olan, Hi-

sar və Qunduzda bulunan moğol ulusu köçləri ilə birlikdə gəlib bizə qoşuldu. 

Daha  əvvəl  də  haqqında  dəfələrlə    söz  açdığım  Qənbər  Əli  moğol  [Sallax] 

gəvəzə bir adamdı. Xasiyyəti Baqi bəylə [Çağanyani] tutmadı və Baqi bəyin 

xatiri  üçün  getməsinə  izin  verdim.  [Qənbər  Əlinin]  oğlu  Əbdüşşükür  isə  o 

zamandan bəri Cahangir Mirzənin  xidmətində qaldı.  



 

XOSROV ġAHIN BABURUN 

XĠDMƏTĠNƏ GĠRMƏSĠ 

 

Xosrov  şah  moğol  ulusunun  bizə  qoşulduğunu  eşidəndə  çox  heyrət 



eləmişdi.  Ancaq  bir  çarə  tapmayınca  kürəkənı  Yaqub  Əyyubu  elçi  olaraq 

göndərdi. Əhd bağlandığı təqdirdə qulluq və sədaqətini göstərib xidmətimi-

zə  gələcəyini bildirdi. Baqi  Çağanyani  nüfuz sahibiydi.  Bizə  sadiq  olsa da, 

öz böyük qardaşının tərəfini verməzdi. O, araya girdi və bu şəkildə bir əhd 

bağlandı: onun həyatına toxunulmayacaq, malına da öz istədiyi kimi sərən-

cam  verəcək,  ona  heç  bir  təzyiq  göstərilməyəcək.  Yaqubun  getməsinə  izin 

verdikdən  sonra  Qızılsuyu  keçib  Əndərab  çayının  birləşdiyi  yerə  yaxın  bir 

yerdə (123 b) düşərgə saldıq. 

Ertəsi gün, rəbiüləvvəl ayının ortalarında [=avqust ayının sonunda] bir 

neçə adamla Əndərab çayını keçib Duşi civarında böyük bir çinarın altında 

oturdum. Qarşı tərəfdən Xosrov şah əzəmət, ehtişam və izdihamlı məiyyəti 

ilə gəldi. Təşrifat qaydalarına müvafiq olaraq uzaqda atından düşdü və gəlib 

görüşərək üç dəfə, geri çəkilərək yenə üç dəfə, kef-hal soruşanda və hədiyyə 

təqdim edəndə birər dəfə yükündü. Cahangir Mirzə ilə Mirzə xana [Baburun 

əmisinın oğlu Sultan Veys Mirzə] də eyni şəkildə yükündü. Qoca və təmbəl 

hərif neçə ildir öz istədiyi kimi hərəkət edir və yalnızca öz adına xütbə oxut-

ma dışında səltənət sürürdü. Bu şəkildə iyirmi beş-iyirmi altı dəfə ard-arda 

yükündü, getib gəldi. Yorğunluqdan az qala yıxılacaqdı. Neçə ildir sürdüyü 

bəyliyi və səltənəti tamamən burnundan gəldi. 



BABURNAMƏ 

 

139 



Görüşüb hədiyyə təqdim etdikdən sonra oturmasını buyurdum. Bir-iki 

qari


1

 oturub  oradan-buradan  danışdıq.  Alçaqlığı  və  nankorluğu  ilə  bərabər 

boş və zövqsüz bir danışığı da vardı. Etimad göstərdiyi, etibarlı adamları gö-

zünün  qabağında  dəstə-dəstə  gəlib  mənim  xidmətimə  girirdilər.  Onun  işi  o 

dərəcədə  pozulmuşdu  ki,  padşahlıq  etməkdə  olan  bu  hərif  bu  cür  həqir  bir 

vəziyyətdə çar-naçar gəlib mənimlə görüşmüşdü. 

Belə bir zamanda (124 a) iki qəribə söz söyləyib məni lap şaşırtdı. Bi-

ri  budur:  nökərlərinin  yanından  ayrılması  üzündən  ona  təsəlli  verəndə  belə 

cavab verdi: «Bu adam dörd dəfə məndən ayrılmış və təkrar gəlmişdir». 

Biri  də  budur:  kiçık  qardaşı  Vəli  haqqında  «O  nə  zaman  gələcək  və 

Amu-Dəryanın  hansı  keçidindən  keçəcək?»  deyə  soruşanda  o  dedi:  «Əgər 

keçid  tapılsa,  tez  gələr,  amma  sular  yüksəlincə  keçidlər  dəyişir.  Bir  məsəl 

vardır: «An güzərra ab burd»

2

. Dövləti və adamları onun əlindən gedən za-



man söylədiyi bu sözü onun dilinə Allah gətirdi. 

Bir-iki qaridən sonra mən ata minib qərargaha gəldim, o da öz düşər-

gəsinə  getdi.  O  gündən  etibarən  böyük-kiçık,  yaxşı-pis  bəyləri  və  igidləri 

ailələri və malları ilə birlikdə ondan ayrılıb dəstə-dəstə bizim yanımıza gəl-

məyə başladılar. Ertəsi gün günorta və ikindi namazına qədər onun yanında 

heç kim qalmadı. 

«De  ki:  «Allahım,  (ey)  mülkün  sahibi,  sən  istədiyinə  mülkü  verirsin, 

istədiyindən də mülkü alırsan, dilədiyini yüksəldirsin, dilədiyini alçaldırsan. 

Xeyir sənin əlindədir. Sən hər şeyə qadirsən».

3

 



Allahın içinə bax! Bir adam ki, iyirmi-otuz min nökər sahibiydi, Dər-

bəndi-Ahənin deyə də bilinən Kahluqdan Hinduquş dağına qədər [Baburun 

əmisi] Sultan Mahmud Mirzəyə aid olan vilayətlər tamamən onun hakimiy-

yəti altında idı, (124 b) onun Həsən Barlas adlı bir təhsildarı, ixtiyar bir hə-

rif, İləkdən Ubaca qədər qaba bir şəkildə təhsildarlıq edərək bizim köçümü-

zü oradan buraya qovurdu, işə bax ki, bir yarım gündə heç bir müharibə və  

ya mübarizə olmadan, bizim kimi fəqir və yenilmiş iki yüz-iki yüz əlli ada-

mın önündə elə səfil, həqir və aciz bir vəziyyətə düşmüşdü ki, nə adamlarına, 

nə malına, nə də canına yetəcək qüdrəti qalmamışdı. 

Xosrov şah ilə görüşüb qayıtdığım gecə Mirzə xan hüzuruma gəlib bö-

yük qardaşlarının qanını istədi. Bizim aramızda olanların bir qismi də eyni 

fikirdə  idi.  Gerçəkdən  də,  şəriətə  və  törəyə  görə  belə  insanların  cəzalarını 

alması doğru idi, lakin əhd bağlanmışdı. 

Buna görə də Xosrov şahın götürə bildiyi hər şeyi alıb yanında götürmə-

sinə iradə və fərman çıxdı. Üç-dörd qatar qatır və dəvəyə mövcud cəvahiratını, 

altın,  gümüş  və  qiymətli  əşyasını  yükləyib  götürdü.  Şirim  Tağayini  Xosrov 

                                                           

1

 Qari: Hindistanda işlənən və 24 dəqiqəyə bərabər olan bir zaman ölçüsü.  



2

 O keçidi su apardı. 

3

 Quran, əl-İmran surəsi, 3:26. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə