Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

qərargahdan, havaya vertolyot qaldırmaq üçün Gəncədən izin alınmalıydı,
gəl indi başa sal ki, düşmən hücuma keçib, insanlar qırılır, zərbə endirmək
lazımdır, yalnız müdafiə olunmağa izin vardı, dəfələrlə ən gizli və açıq
formada Qubadlı, Zəngilan, Laçın, Cəbrayıldan cəbhədə eyni vaxtda birgə
hərbi əməliyyat keçirmək istəsək də heç nə alınmadı, ən yüksək məqam-
lardan elə maneçiliklər gəldi ki, düşünəndə, yada salanda xəyanətin
miqyası insanı heyrətə gətirir, Zəngəzurlu müdafiə naziri general-ley-
tenant Valeh Bərşadlı, daxili işlər naziri general Məhəmməd Əsədovun
uğurlu hərbi əməliyyatlara başladığı, ermənilərin Qarabağdan köçmək
üçün Azərbaycan hökumətindən yalvar-yaxarla koridor, maşınlar istədik-
ləri günlərdə Moskvanın buyruğu, siyasi rəhbərliyimizin maymaqlığı,
cinayətkar xəyanəti ilə vəzifədən çıxarılmaları, onların hər ikisi ilə söh-
bətlərimi xatırlayıram, və əsrin əvvəllərində Xosrov bəyin nələr çəkdiyini,
gördüyünü, Azərbaycan tarixinə qara haşiyədə düşən XX əsrin əvvəli və
sonunda itirdiklərimizin miqyası, zamanın mənzərəsi gözümün qabağına
gəlir, itirdiklərimizin uzaq-yaxın səbəbləri aydın görünür... 
Yuxarıda nöqtə-vergülünə dəymədən gətirdiyim sitatları, tele-
qramlardakı Zəngəzur, Qarabağ haraylarını bir də dinləyək: “Hökumətin
cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib
çıxarıb... siz türk xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz.
Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan
fəal hərəkətə keçin, Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə
məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır.
Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına
müraciət edir: aldığımız məlumata görə sabah Zəngəzur tərəfdən Cəbrayıl
qəzasına hücum başlanır, məqsəd Qarabağ erməniləri ilə birləşmək,
nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ
və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir... Yalvarıram, tə-
cili tədbirlər görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin.
Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və
satqınlığa bərabərdir..." 
Bu haraylar mənə yaxşı tanışdır; Qubadlı rayon İcraiyyə Komitəsi
və İcra Hakimiyyətində “daimi yaşayış yerlərini məcburi tərk etmiş vətən-
daşlarla iş üzrə” məsul işçi, ardınca da AzərTAc-ın “Zəngəzur” İnfor-
masiya Mərkəzinin direktoru –cəbhə bölgələri üzrə xüsusi müxbir olaraq
gördüyüm, mahiyyətini çılpaqlığı ilə anladığım, Şuşa, Laçın, Qubadlı,


Zəngilan, Cəbrayıl, Füzulidən Bakıya verdiyim informasiyalar da bunlar
kimi idi, heç bir effekti yox idi, elə bil dibsiz quyuya daş atırdın, görünən
bu idi ki, hər şey əvvəlcədən planlanmışdı, ermənilərə veriləcək ərazilərin
xəritəsi cızılmış, üstünə “dobro” dərkənarı qoyulmuş, icraya
yönəldilmişdi, verdiyim xəbərlərin rəsmi dövlət informasiya
agentliyindən bəzən necə təhrif olunaraq ekran, efirə buraxıldığı da
yadımdadır, rəhbərlərimdən birinin canıyananlıqla “ay bala, özünü qoru,
yuxarıda hamı bilir orda nələr baş verdiyini...” sözləri qulaqlarımda
yenidən səslənir....
Sultanovlar nəslinin daha bir nümayəndəsi İsgəndər bəy Sultanov
AXC-ADR-in ordusunda daşnak və bolşeviklərə qarşı vuruşmuş, “Mə-
cidiyyə” Türk hərbi ordeninə layiq görülmüşdür. İrandan Türkiyəyə
keçmək istərkən daşnak-bolşevik agentləri tərəfindən qətlə yetirilmişdir. 
Əfsuslar olsun ki, Xalq qəhrəmanı Sultan bəy və qardaşı Xosrov bəyin
Türkiyədəki həyat və fəaliyyətləri barədə daha geniş bilgi almaq arzumuz
hələlik bir nəticə vermədi. İstər Qars, istər Trabzonun valiliyinə, kültür
idarəsinə, arxiv və muzeylərinə yazdığımız məktublara hər hansı bir
məlumat yoxdur cavabını aldıq. 
İnanırıq ki, bu həm də onların bolşevik, kommunist, erməni ter-
rorundan qorunması, bəlkə də gizli adlarla yaşamağa məcbur olması, ya
Türkiyə xüsusi xidmət orqanları tərəfindən mühafizə olunmaları ilə
bağlıdır.  
Süleyman Dəmirəl Sisianlıdırmı?!
Zəngəzur torpağının layiqli yetirməsi, tanınmış jurnalist, publisist
Flora Xəlilzadənin “Yolum düşə Zəngəzura”, Araz, 2007 kitabından (səh:
510-11) bir detalı bura köçürürəm.
“...1996-cı ildə Azərbaycan Milli Məclisinin üzvü olan bir qrup
qadın deputatları ilə qardaş Türkiyədə 15 günlük  işgüzar səfərdə idik.
Yaddançıxmaz görüşlərdən biri Prezident Süleyman Dəmirəllə oldu.
...-Sen neredensen?
-Sisiandan, əski ismi Qarakilsə.
-Əvət. Bənim baba vətənimdənsən.
-Necə?


-Ben Qaçaq Süleymanın torunuyam.
Zəngəzurda, xüsusilə Qarakilsədə Qaçaq Süleyman
çox igid və məşhur bir adam olub. Onun qoçaqlığı
haqqında həmişə müxtəlif hadisələr danışardılar. Süley-
man Dəmirəl hətta baba kəndlərinin adını da dedi. Yad-
daşım məni aldatmırsa, ya Dərəkənd idi, ya da Dərələr.
Əlbəttə, Süleyman Dəmirəl kimi ciddi bir şəxsiyyət bu
şəkildə zarafat etməzdi. Təəssüf ki, mənim onunla söhbət
etmək imkanım olmadı. Amma dilindən qopan bu kəlməni unuda
bilmirəm: “Mən Qaçaq Süleymanın torunuyam.” 
Zəngəzurlu Baharlılar
Baharlılar-Azərbaycan türklərinin etnogenezində mühüm rol oy-
namış türkdilli tayfadır. Baharlılar Zəngəzurun 2 kəndində-Qafan və
Zəngilanda, bir də Qarabağda –Ağdamda məskunlaşmışdılar. 
Mənşəcə oğuz tayfalarından olan Qaraqoyunlular dövlətini Ba-
harlılar yaratmış, bu sülalənin nümayəndələri də dövlətə başçılıq et-
mişdilər. 
Baharlılar Orta Asiya- Türküstandan İran və Anadolu torpaqlarına
köçərək Van ətrafında güclü Qaraqoyunlu tayfa ittifaqı (1380-89)
yaradıblar. Ərzincan və Sivasda möhkəmləniblər, Ağqoyunlular, Tey-
murlular və Cəlairilərə qarşı mübarizə aparıblar, Qara Yusifin başçılığı ilə
Azərbaycanın da daxil olduğu Qaraqoyunlu dövlətini qurublar. Azərbay-
canın ərazisində də indi də Qaraqoyunlularla bağlı bir çox toponimlər var.
Qaraqoyunlu hökmdar sülaləsinin (1387-1468) banisi Bayram Xo-
cadır. Hökmdarları: Qara Yusif (1410-1420), Qara İsgəndər (1421-1429;
1431-1436), Əbu Səid (1429-1431), Cahanşah Həqiqi (1437-1467),
Həsənəli (1467-1468) olublar, az müddətdə İraq, Cənubi İran, Azərbay-
can, Gürcüstanı sərhədlərinin içinə alıblar, 100 minlik qoşunu ilə yaxın
qonşularını səksəkədə saxlayıblar. Qaraqoyunluların hakimiyyəti
dövründə Teymurlular, Cəlairilər, Şirvanşahlar, Ağqoyunlular, Gürcüs-
tanla müharibələr aparılmışdır.
Qaraqoyunluların hakimiyyətinə Ağqoyunlular son qoymuşlar. Bu
dövlətin başında duranlar Baharlı sülaləsi , vuran əli də baharlı tayfasını


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə