Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

general-qubernatorluğu yaratmışdı. Xosrov bəy Sultanov 1919-cu ilin 15
yanvarında Gəncə general-qubernatorluğundan dəyişdirilib Qarabağın
general-qubernatoru təyin olunmuşdur. Müavini isə məşhur bolşevik Çin-
giz İldırım idi.  Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri
Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak
generalı Njdenin hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan
əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa
geri alınmışdır. 
Bolşeviklərin Azərbaycanı işğalından sonra da Xosrov bəy Nəri-
manov, Çingiz İldırım kimi nüfuzlu söz sahiblərinin sayəsində Şuşada İn-
qilab Komitəsinin rəhbərliyində saxlanmışdı, ancaq bütün hakimiyyət
strukturlarına, xüsusən də “Çeka”ya, XI Qızıl Ordunun siyasi rəhbərliyinə,
NKVD-yə soxulmuş daşnak tör-töküntüləri Xosrov bəy  və Sultan Bəy
qardaşlarının onlara tutduğu divanı unutmamışdılar. Bakıdan onun həb-
sinə razılıq ala bilməyəndə Moskvaya yazmağa başladılar, arxivlərdə
saxlanan danoslarda Xosrov bəyin 74 erməni qız-gəlinini zorladığı da yer
almışdı. Nəhayət, arvadı erməni olan Serqo Orconikidze və Mikoyanın
razılığı ilə Xosrov bəy iş otağından rus ordusunun xüsusi idarəsinin
zabitləri tərəfindən həbs edilib Bayıl türməsinə gətirilir. Bu xəbəri eşidib
toy-bayram edən ermənilər yenidən ayağa qalxıb Azərbaycan hökumətinə
qarşı Ermənistana birləşmək tələbi ilə Şuşada, Vərənddə üsyan qaldırırlar.
Qəza İnqilab Komitəsinin rəhbəri Şamil Mahmudbəyov N.Nərimanova,
H.Sultanova, Ə.Qarayevə məktub yazaraq Xosrov bəyin həm azərbay-
canlılar, həm kürdlər, həm də dinc erməni əhalisi arasında böyük nüfuza
malik olmasını, sülhpərvər insan olmasını, dinc azərbaycanlı ailələrinin
erməni silahlılarından qorunmasında misilsiz xidmətlərini əsas tutaraq te-
zliklə Xosrov bəyin azad edilməsi xahişi ilə müraciət edir, onu şəxsən za-
minə götürməyə, onun loyallığı, bütün hərəkətləri üçün şəxsən
məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu da bildirir. Ancaq
göstərilən cəhdlər nəticəsiz qalır, generalın həbsi Qafqazda əsas söz sahibi
olanlar tərəfindən verilmişdi, ona görə də Orconikidzeyə göndərilən
müraciətlərin müqabilində Xosrov bəyin tezliklə aradan götürülməsi
barədə göstəriş gəlir.
Lakin təzə bolşevik hökumətində Hərbi Dəniz Donanmasının ko-
mandanı olan çox cəsur, qorxubilməz insan olan Çingiz İldırım çox
sevdiyi əmisi oğlunun haqsız həbsinə, onu gözləyən labüd ölümə laqeyd


qala bilməzdi, məhz onun qurduğu əməliyyatla Xosrov bəy həbsxanadan
qaçırılır. Bəzi araşdırmaçılar burda Nərimanovla Xosrov bəyin tələbəlik
illərindən yaxın dostluq münasibətlərinin də rol oynadığını yazırlar. 
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü
başlanmışdır. 1924-cü ildə İstanbulda yaradılmış Qafqaz Konfederasiya
Komitəsinin 3 azərbaycanlı təsisçi rəhbərindən biri olmuşdur, o biriləri
Ə.Əmiraslanov, Ə.Şeyxzamanov idi. Əlimərdanbəy Topçubaşov və digər-
lərinə qarşı Türkiyədə çıxan tənqidi yazı, çıxışlara “Yeni Kafkazya” dər-
gisində və digər qəzetlərdə tutarlı cavablar verib, Azərbaycan istiqlalı ilə
bağlı yazıları çıxıb. O, Türkiyə, İranda (1926), daha sonra Fransa və Al-
maniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəz-
ifəsində çalışmışdır. Azərbaycanlı əsirlərin müalicəsi, xilası, onlardan
ibarət xüsusi dəstələrin yaranmasında xüsusi səylər göstərib. Yüzlərlə in-
sanın nicat tapmasına yardımçı olub.
Türkiyəyə qayıdıb çox güman ki, başqa adlarla həmişə onu gö-
zləyən erməni terrorçularından gizlənərək yaşamışdır. 
Xosrov bəy Sultanov 1947-ci ildə Trabzonda vəfat etmişdir.
Xosrov bəy Sultanovun nəticəsiz qalan israrlı təkidləri: 
“...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik”
Amerika, Fransa, İngiltərə, Yunanıstan, Rusiyanın çox böyük səx-
avətlə silahlandırdığı ciddi hərbi intizama malik qoşunları ilə Zəngəzurda
115-dən çox türk-kürd kəndini yağmalayaraq dağıtmış, 5 mindən çox
silahsız insanı qətlə yetirib Gorusu mərkəz seçib özünü “Zəngəzur quber-
natoru” elan etmiş Andranik Uzunyanın canlı qüvvəsini barmaqla sayıla-
caq qədər mühafizəçiləri istisna olmaqla Laçınlı Sultan bəy Paşabəy oğlu
Sultanov başının dəstəsi ilə Zabux dərəsində aldadıb mühasirəyə salaraq
tamamən məhv etmişdi. Andronik bu biabırçı məğlubiyyətdən sonra xə-
fiyyəsi olduğu, planlarını yerinə yetirməyə zamin durduğu İngiltərə və
Fransa hökumətlərinin yardımı ilə miskin görkəmdə Avropadakı himayə-
darlarının yanına qaçmışdı (25 mart 1919). 
Sultan bəy Azərbaycan tarixinə öz adını həm də Azərbaycan Xalq
Cümhuriyyətinin xilaskarı kimi ədədi yazdırmışdı. Erməni daşnakları Əs-
gəran qalası, Şuşa da daxil, bütün Qarabağa nəzarəti ələ keçirib “Qarabağ


Respublikası” yaratmışdı. “Bakı Soveti” isə Şaumyanın əlində idi. Koal-
isiya qüvvələrinin-ingilis, fransız, italyan hərbçi və  diplomatlarının təli-
matı ilə hazırlanıb qarşıya qoyulan məqsəd Rusiyanı Qafqazdan çıxarıb
yenicə müstəqilliklərini elan etmiş 3 respublikanı nüfuz dairəsinə daxil
etmək, Bakı neftinə sahiblənmək, Naxçıvanla Şuşa arasında yaşayan
müsəlman əhalini qırıb bu əraziləri boşaldıb yeni yaradılacaq xristian Er-
mənistan respublikasına qatılmasına maneəsiz zəmin hazırlamaq,
Zəngəzur və Qarabağdakı erməni qoşunlarının birləşib Gəncəyə hücum
etməsi, Azərbaycan Milli Şurasını-Azərbaycan Xalq Cümhuriyyətini
beşikdəcə boğmaq, Bakıya tərəf hərəkətə başlayıb üzübəri gələn Bakı
sovetinin hərbi hissələri ilə birləşib “Böyük Ermənistan” ideyasını tez bir
zamanda reallaşdırmaq, Nuru paşa komandanlığında Qafqaz İslam Or-
dusunun hərbi yardımı gəlib çatanadək Qafqazda- Türkiyə və İranla
Rusiya arasında elan edilmiş müsəlman-türk cümhuriyyətinin yaran-
masına imkan verməmək, koalisiya qüvvələrinin Atatürk komandan-
lığında Anadoluda uğradıqları sonuncu səlib yürüşündəki acı
məğlubiyyətin əvəzini Qafqaz müsəlman türklərindən çıxmaq  idi. Bəşər
tarixində misli az-az olan peşəkarlıq, ermənilərin yuxuda da ağlına
gəlməyən müdrik dəqiqliklə hazırlanmış  həmin cəsarətli  hərbi əməliyy-
atda Sultan bəy Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətindən
heç bir kömək almadan, ala bilmədən erməni və erməni dostlarının bu
planlarını puça çıxarmışdı. Həmin günlərdə paralel olaraq Sultan bəyin
qardaşı, AXC-nin ilk hərbi naziri, Gəncə, sonra da Qarabağ qu-
berniyasının general-qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyi al-
tında Qarabağdakı milis və yenicə təşkil edilən hərbi dəstələrin iştirakı ilə
erməni hərbi hissələrinə qarşı uğurlu əməliyyatlara başlanmış, Əsgəran
və Şuşa azad edilmiş, Erməni Milli Şurası Şuşadan qovulmuşdu. 
Lakin acı təəssüflər olsun ki, ermənilərin aldığı bu sarsıdıcı zər-
bələrdən sonra AXC hökuməti yaranmış vəziyyətdən istifadə edərək
Zəngəzur və Qarabağda erməni mövcudluğuna son qoymaq fürsətini
əldən verdi, Qarabağda baş verən hadisələrin mərkəzi siması olaraq Xos-
rov bəy Sultanovun 1918-ci ilin mayından başlayaraq aprel 1920-ci ilədək
Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan
Xoyski və Nəsibbəy Yusifliyə  ünvanladığı  xeyli məktub, teleqram, ra-
portları, xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla
Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dərhal sonra 25 iyun


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə