Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

ordusunun əlindən çıxır. Həmin gecə arxa kəndlərdən tez-tez çaparlar
gəlib Andranikə bildirirlər ki, türklər arxadan hücuma keçib kəndləri
yandıra-yandıra gəlirlər. Qayıdıb onların qabağını kəsmək lazımdır.
Gecədən xeyli keçmiş Andranikə xəbər verirlər ki, Qarabağa göndərdiyin
silah yüklü qatır karvanı keçib Sultanbəyin dəstələrinin əlinə. Bu xəbəri
eşidən Andranik buraxılmış səhvin nə ilə nəticələnəcəyini dərk edərək
qorxu və həyəcanını ordusundan gizlədə bilməyib çox bərkdən
hönkürərək zarıyır. Sonra orduya geri qayıtmaq əmri verir. Andranikin or-
dusu geri dönüb Zabıx kəndinin yaxınlığındakı dərin dərədən Dığ kəndinə
keçmək istəyərkən Sultanbəyin dəstələri daşnakları mühasirəyə alıb dərəni
qabaqdan və arxadan kəsirlər. Tarixdə daşnaklara ibrət dərsi olsun deyə
Sultanbəy quldur ordusunun minlərlə əsgərini, 61 yüksək çinli zabitini
quzğunlara yem edir. Qocalar danışırlar ki, bir müddət Zabıx çayından
qan axırmış.
Andranikin quduz ordusunun Zabıx dərəsində məhv edilməsi
xəbəri Zəngəzur kəndlərində böyük ruh yüksəkliyinə səbəb olub.
Erməni daşnak ordusunun yenidən təşkil edilən, Dəlidağ, Minkənd
istiqamətindən Qarabağ ermənilərinə köməyə keçmək istəyən hərbi
dəstələri ilə döyüş bu dəfə Qaragöl ətrafında 1917-ci il mayın 10-da səhər
saat dörddə başlandı. Kürd partizanlar səhih məlumatlar gətirmişdi,
döyüşə atılacaq dəstə başçılarının hər birinin yeri, vəzifəsi müəyyən
edilmişdi. 
Döyüşə Zəngəzur qazısı Bəhlul Behcətin rəhbərliyi ilə qazilər
dəstəsi, Pristav Şahsuvar bəy Kələntərovun  dəstəsi də cəsur, igid atlılarla
gəlmişdi. Sultanbəy  Qazının Azərbaycan dilinə tərcümə edib ona
bağışladığı nəfis toxunmuş dəsmala bükülü “Quran”ı 3 dəfə öpüb  üzü qi-
bləyə dönüb başını, əllərini göyə qaldırdı, hamının eşidəcəyi səslə dedi:
“Ey “Quran”, haqq işimizə görə bizə özün kömək elə”. Sonra ehtiramla
“Quranı” ürəyinin başına qoydu. Qazıya tərəf dönüb, ehtiramla: “inşallah
qələbə bizim olacaq!” dedi. Yuxuda heç nədən xəbərsiz, tökdükləri qan-
lardan doyub yatmış, Qarabağa sabahkı hücumun xoş xəyalları ilə yatan
daşnak ordusunun hədəfi dünəndən nişan alınmışdı, əmr gözləyən topçu-
lar komandiri Çal Aslana tərəf dönüb “atəş!” komandası verdi. İlk topun
mərmiləri silah-sursat anbarını göyə sovurdu, yer-göy titrədi. Səhərin ala
toranında başlarını itirən yağılar hara qaçmağı da ayırd edə bilmədilər.
Hər tərəfdən top, güllə yağışı altında qışqırıq, ah-vay nidaları eşidilirdi.


Müqavimət göstərmək barədə düşünməyə, nə də qaçmağa imkan yox idi. 
Qaragöl döyüşündə Sultanbəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40
pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox
gürzdən, 9 minə qədər silahlıdan istifadə edirdi. Bunların əksəri An-
dranikdən qənimət alınmışdı. Döyüş günortaya qədər davam elədi. Əsir
alınanların sayı 600-dən çox idi. Hər tərəf qırılan və yaralananlarla dolu
idi. Qaranlıq düşənə yaxın Sultanbəy atlara qoşulu topları sürətlə yeni
mövqelərə çıxarmağı əmr etdi, topların üzünü daşnak yuvası, Andranikin
özünü general-qubernator elan edib mərkəz seçdiyi Gorusa çevirdi.
Ağaməmmədin Minkənd alayı mühasirəyə alınmış Xınzirək kəndinə tərəf
qaçanları güllə yağışına tutdular. 
Bununla Zəngəzur yaylaqlarındakı təhlükələr aradan qaldırıldı.
Sultan bəy Araz çayı ətrafındakı tərəkəmə ellərinə adam göndərdi ki, yay-
laqlara arxayın köçə
bilərsiniz.
Sahil əməliyyatı
Sultan bəyin qəfil zərbələrinə tab gətirməyib İrana qaçmaq istəyən
silahlı daşnak dəstələri Araz çayı sahilindəki qamışlıqlara doluşaraq
gecələr fürsət tapan kimi çaya tökülüb o taya adlayırdılar. Buna yol ver-
mək olmazdı, düşmən sonadək qovulub məhv edilməli idi. “Sahil
əməliyyatı” hazırlandı. Bu savaşda Həkəri və Bərgüşad çaylarının
vadilərindəki kəndlərin camaatı və Zilanlı kürdləri xüsusi fəallıq
göstərirdilər. Zilanlı kürdləri Arazın sahilində sol cinahda Diri dağı,
Xudafərin körpüsünü, sağ cinahda isə Mincivanadək sahil boyunu nəzarət
altında saxlayıb Araza tökülən daşnak dəstələrini gülləbaran edib axır-
larına çıxırdılar. Kürdlər donuzları neftləyib, od vurub qamışlıqlarda
yanğınlar törədərək düşmənləri məhv edirdilər. Yanğından qaçan er-
məniləri Zəngilan, Məmmədbəyli kəndlərinin ətrafındakı dərələrdə
kütləvi şəkildə qırırdılar. Daşnakların xaricə aparmaq istədikləri var-
dövləti əllərindən alıb Azərbaycan kəndlərinə paylayırdılar. Sahil əməliyy-
atı zamanı ermənilərdən alınmış silahlarla Çaytumas, Ağalı, Alaqurşaq,
Xanlıq kəndlərində güclü silahlı dəstələr yaradırdılar.


Daşnaklar bolşevik cildində
Əcnəbi ölkələrə qaça bilməyən bəzi daşnaklar cildlərini dəyişib
Gorusda inqilabçıların sıralarına soxuldular. Beləliklə, Zəngəzurda çox
təhlükəli vəziyyət yarandı. Daha doğrusu, Mikoyanın, Saumyanın
Zəngəzur siyasətinin həyata keçirilməsinə başlandı. Məqsəd  Zəngəzurda
Azərbaycanlıları “əritməkdən” ibarət idi. Bu vaxt minlərlə adamları
yenidən Gorusun türmələrinə doldurdular. Onlara ağır işgəncə verdikdən
sonra “inqilab”, “yeni cəmiyyət” düşmənləri, varlılar, mülkədarlar, qolço-
maqlar və s. adlar qoyaraq özlərinə qəbir qazdırtdırıb gecələr saxta hökm-
lər oxuyaraq güllələyib cinayətin izini itirirdilər. Yerə qənaət etmək üçün
bəzən onlarla adamı güllələyib bir xəndəyə tökürdülər. Andranik
zülmündən xilas olub Qarabağa gedən çox sayda zəngəzurlu bolşeviklərə
inanıb doğma yurdlarına qayıdanda burda onları gözləyən aqibətdən
xəbərsiz idilər. Gorus küçələrinin altında minlərlə günahsız öldürülmüş
azərbaycanlının sümükləri çürümüşdür. Mikoyanın tapşırığı ilə
Zəngəzurda azərbaycanlılarla kürdlər elə seyrəldildi ki, Zəngəzurda mal-
qara saxlamağa kişi qalmamışdı.
Erməni agentlər gecələr rus əsgərlərlə gəlib Azərbaycan
kəndlərindən mal-qaranı, bəzən evlərdən istədikləri şeyləri yığıb
aparırdılar. Bir də görürdün ki, gecənin yarısı bir neçə erməni yanlarında
rus əsgəri, təlim görmüş itlərlə varlı ailələrin sahiblərini götürüb apardılar.
O gedən bir daha qayıtmazdı. 
Sultan bəyin qızı Bəyim xanımın 
xatirələrindən
Uzun illər sürgünlərdə olmuş Bəyim xanım ailələrinin faciəli
taleyindən belə nəql edir:
- Qırmızı ruslar Zəngəzura gəldikdən sonra atama ardı-arası
kəsilmədən sui-qəsd edirdilər. Qəsdlərin birində atama güllə də atdırdılar,
çənəsindən yaralanmışdı. Atamın yağı düşməndən namusla  qoruduğu
doğma vətənində özünü qorunmağına heç bir ümid yeri qalmamışdı.
Bütün mülklərimiz əlimizdən alınmışdı. Atam gələcəkdə vətəni yenə
düşmənlərdən xilas etmək, əlverişli zamanı gözləmək  üçün İran, ya


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə