128
Laçın bölgəsindəki Zabux dərədə darmadağın edilməsi belə şərəfli
səhifələrdən biridir. Laçınlı Sultan bəy Paşabəy oğlu Sultanov,
Zəngəzur qazısı Bəhlul Behcət, Zəngəzur qəzasının pristavları
qubadlılı Aslan bəy kərbəlayı Hüseyn oğlu Sultanov, Şahsuvar bəy
Kələntərovun rəhbərlik etdikləri döyüşçü, partizanlar dəstəsi böyük
igidliklə puça çıxardılar. Bu şəxslərin hazırladığı əməliyyatda
Aslanbəyin onaçılanının hücum siqnalı olan dağı-daşı titrədən ilk
sərrast atəşi ilə müsəlmanlara qarşı qaniçənliyi ilə bədnam şöhrət
qazanmış Manukun başı bədənindən ayrıldı, panikaya düşən erməni
daşnak ordusunu Zəngəzur partizanları kiçik qruplarla mühasirəyə
alaraq məhv edirdi. Peşəkarlıq, ermənilərin yuxuda da ağlına
gəlməyən müdrik dəqiqliklə hazırlanmış həmin cəsarətli hərbi
əməliyyat yalnız yerli qüvvələrin gücü ilə həyata keçirildi. Erməni
daşnaklarının Zabux dərəsində bu biabırçı məğlubiyyətindən yalnız
bir qrup mühafizəçisi ilə Andronik qurtula bildi. O, Eçmiədzin
keşişlərinin yanına, oradan Tiflisə, sonra da xəfiyyəsi olduğu,
planlarını yerinə yetirməyə zamin durduğu İngiltərə və Fransadakı
himayədarlarının yanına qaçdı [4, s.15].
Həmin günlərdə paralel olaraq Sultan bəyin qardaşı, AXC-nin
ilk hərbi naziri, Gəncə, sonra da Qarabağ quberniyasının general-
qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyi altında Qarabağdakı
milis və yenicə təşkil edilən hərbi dəstələrin iştirakı ilə erməni hərbi
hissələrinə qarşı uğurlu əməliyyatlara başlandı [4, s.18-20].
Xosrov bəy Sultanov 1918-1920-ci illərdə Qarabağ, o
cümlədən Zəngəzurda AXC hökumətinin 1 nömrəli əsas fiquru,
erməni-daşnak hərbi hissələrinə qarşı mübarizənin başında duran
şəxs olsa da, indiyədək aparılmış araşdırmalarda onun şəxsiyyətinə
lazımi dərəcədə diqqət yetirilməmiş, fəaliyyəti, hadisələrə təsiri
kifayət qədər öyrənilməmiş, əksinə, bir çox hallarda yanlış, səhv,
birtərəfli yanaşmalar, informasiyalar yer almışdır. Onun fəaliyyəti
1920-ci illərdə Zəngəzurun ictimai-siyasi həyatı ilə sıx bağlı
olduğuna, ciddi təsir imkanlarına, mövzumuzla birbaşa əlaqəsinə
görə bu haqda geniş dayanmağı gərəkli sayırıq.
129
130
X.Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının
Hacısamlı nahiyəsinin, Qasımuşağı obasında, indiki Laçın
rayonunda anadan olub. O, Odessa Universitetinin tibb fakultəsində
təhsil alıb. Bir müddət "Müsavat", sonradan isə "İttihad" parti-
yasının üzvü olub. 1918-ci ilin mayın 27-də Azərbaycan Milli
Şurasının, bundan əvvəl Zaqafqaziya Seyminin və sonradan
Azərbaycan Parlamentinin üzvü seçilib, AXC-nin elan edilməsi
bəyannaməsinə imza edənlərdən biri olub. Mayın 28-də Baş Nazir
Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində
Hərbi nazir vəzifəsinə təyin edilib [15, s.29].
1918-ci il yazın sonu – yayın əvvəllərində Şimali Azər-
baycanda yaranmış kəskin hərbi-siyasi durum nəticəsində AXC-nin
ilk hökuməti çox az, 20 gün yaşadı. Xosrov bəy Tiflisdə Hərbi nazir
vəzifəsini qəbul edərkən Milli Şura qarşısında 3 vəzifəni yerinə
yetirəcəyini aşağıdakı sıra ilə elan etmiş və bundan ötrü Hökumətin
yardımını istəmişdi: ― erməni hərəkatı ilə mübarizə və bu hərəkatın
tamamilə məhv edilməsi, asayişin «bərpa olunması, məcburi
köçkünlər arasında gəzən epidemiyalarla mübarizə, onlara yardım».
Azərbaycanın ilk Hərbi naziri vəzifəsini qısa müddətə icra
etdikdən sonra növbəti hökumət kabinələrində Əmək, Əkinçilik,
Torpaq naziri olub. X.Sultanov 1919-cu ilin 29 yanvarında
Azərbaycan hökumətinin keçirdiyi iclasda Gəncə quberniyasından
ayrılaraq təşkil edilmiş Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza-
larından ibarət Qarabağ quberniyasının general-qubernatoru təyin
edilib [15, s.30].
Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən onun
xalqa müraciət ünvanlamışdı: “Azərbaycan hökumətinin yanvar ayı
qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi
general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər
fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarı-
sında, onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə yaxındır ki,
anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan
məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı
viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-
131
yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən
elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət
gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini
partiya ideya forması donuna salırlar.
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən
milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət
göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı
hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi
toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunul-
mazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır" [123].
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə
acınacaqlı durum var idi. O, 1919-cu ilin fevralın 15, 16 və 17-də
qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi
ümumbölgə müşavirəsində məlum olmuşdu ki, indiyədək
Zəngəzurda 166 kənd dağıdılmış, əhalisinin 30 faizi məhv
edilmişdi. Bu müşavirədə Andronikin qəzada törətdiyi faciələr
barədə ətraflı məlumatlar dinlənilmiş və bu quldur dəstəsinin
bölgədən çıxarılması qəti olaraq qərara alınmışdı.
Ermənilər X.Sultanovun general-qubernator təyin olunmasına,
Qarabağ general-qubernatorluğunun yaradılmasına dəfələrlə etiraz
bildirmişdilər, onun haqqında mərkəzə, müttəfiqlərin Tiflisdəki
missiyasının başçılarına şər-böhtan dolu müraciətlər göndərmişdilər
[23, iş18].
Onların narahatlığının əsasları var idi, Qarabağ və Zəngəzurda
Sultanovların erməni iddialarına qarşı qətiyyətli, barışmaz mövqedə
durduğunu, bölgədə böyük nüfuz və imkanlara sahib olduğunu
ermənilər yaxşı bilirdilər.
1919-cu ilin Novruz bayramında erməni-daşnak hərbi
dəstələri general Dronun rəhbərliyi ilə Qarabağa yeganə keçid olan
Əsgəranı zəbt etmiş, Şuşa, Zəngəzurla əlaqələri kəsmişdilər. Xosrov
bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri dəqiq, çevik hərbi
əməliyyatla mayın 30-da erməni qoşunlarını darmadağın edərək
Xankəndi və Şuşanı düşməndən geri almışdı. 1919-cu ilin iyununda
X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda Şuşaya gizli
Dostları ilə paylaş: |