ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   2   3   4   5   6   7   8   9   ...   73


Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün 
qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğ-
rasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudul-
madı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributla-
rının  bir  çoxunu  qoruyub  saxlaya  bildi.  Ümummilli  lider  Heydər 
Əliyevin  respublikada  uğurla  gerçəkləşdirdiyi  siyasət  xalqımızın 
tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inki-
şaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzuları-
nın  güclənməsi  və  yaxın  gələcəkdə  yenidən  həqiqətə  çevrilməsinə 
zəmin yaratdı. 
1991-ci  ildə  müstəqilliyinin  bərpasına  nail  olarkən  müasir 
Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sa-
diq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi vari-
si olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xal-
qımız  Cümhuriyyətin  istiqlalını  dünyaya  yaydığı  28  May  gününü 
həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müs-
təsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 
100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara 
alıram: 
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik 
yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan 
Xalq  Cümhuriyyətinin  100  illik  yubileyinə  həsr  olunmuş  tədbirlər 
planını hazırlayıb həyata keçirsin. 
3.  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  Azərbaycan 
Xalq  Cümhuriyyəti  Parlamentinin  yaranmasının  100  illik  yubileyi 
münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 16 may 2017-ci il. 
 


 
 7
 
 
2018-ci İLİN AZƏRBAYCAN RESPUBLİKASINDA 
“AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” 
ELAN EDİLMƏSİ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
 
SƏRƏNCAMI 
 
1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz 
hadisə  baş  vermiş,  Müsəlman  Şərqində  ilk  parlamentli  respublika 
olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın 
yaşamış  Azərbaycan  Xalq  Cümhuriyyəti  zəngin  dövlət  quruculuğu 
təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın 
qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın 
gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. 
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 
100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviy-
yəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublika-
sı Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubi-
leyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına 
əsasən,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  müvafiq 
tədbirlər  planının  hazırlanıb  həyata  keçirilməsi  tapşırılmışdır.  Bu 
tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 
100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbir-
lərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
2018-ci  il  Azərbaycan  Respublikasında  “Azərbaycan  Xalq 
Cümhuriyyəti İli” elan edilsin. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 10 yanvar 2018-ci il. 
 



1918-ci İL AZƏRBAYCANLILARIN SOYQIRIMININ  
100 İLLİYİ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
 
SƏRƏNCAMI 
 
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Bö-
yük  Ermənistan”  ideyasını  gerçəkləşdirmək  məqsədilə  soydaşları-
mıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata ke-
çirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələr-
dən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında 
Bakı  Sovetinin  mandatı  altında  fəaliyyət  göstərən  daşnak-bolşevik 
silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qır-
ğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyası-
na daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz 
etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqə-
ləri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yer-
lə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni 
millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngə-
zur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, ta-
lanlar və etnik təmizləmələr həyata keçirmişlər. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  hökuməti  ermənilərin  tö-
rətdikləri  ağır  cinayətlərin  araşdırılması  üçün  Fövqəladə  İstintaq 
Komissiyası  yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xal-
qın  yaddaşında  hifz  edilməsi  və  dünya  ictimaiyyətinə  çatdırılması 
üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin sü-
qutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər 
təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsi-
nin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da 
ümummilli  lider  Heydər  Əliyevin  imzaladığı  “Azərbaycanlıların 
soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərma-
nında  həmin  dəhşətli  hadisələrə  adekvat  siyasi  qiymət  verilmiş  və 
31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə