ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   2   3   4   5   6   7   8   9   ...   73

 
 15
 
 
 
MÜƏLLİFDƏN 
 
Müasir  Azərbaycan  milli  tarixşünaslığının  tədqiqinə  çox  bö-
yük elmi-siyasi və beynəlxalq hüquq baxımından ehtiyac olan prob-
lemlərdən  biri  Azərbaycanın  müvəqqəti  olaraq  itirilmiş  tarixi  tor-
paqlarının tədqiqi məsələsidir [127, s.90-96]. 
Vətən  torpaqlarımızın  şimalında  çar  Rusiyasının  və  sovet  – 
kommunist  rejiminin 200 illik  əsarəti dövründə Azərbaycan xalqı-
nın tarixinə dair həqiqətlər çarizmin və sovet – «DTK» üsuli-idarə-
sinin imperiya siyasətinə uyğun olaraq qəsdən ciddi saxtalaşdırma-
lara və açıq-aşkar təhriflərə məruz qalmışdır. Azərbaycan alimləri, 
tədqiqatçıları çox zaman bilərəkdən bu problemlərin araşdırılmasın-
dan aralı saxlanılmış, arxivlərə buraxılmamışdır. Azərbaycan tarixi-
nin bir çox tale yüklü problem və məsələlərinin «araşdırılması» ilə 
daha çox rus, erməni, gürcü tarixçiləri məşğul olmuşdur. Sovet ta-
rixşünaslığında,  ensiklopediya  və  dərsliklərdə  onların  həqiqətdən 
uzaq  elmi  konsepsiyaları  əsas  götürülmüş,  dövriyyəyə  buraxılmış-
dır, bilərəkdən quraşdırılmış saxta nəzəriyyələr beyinlərə pərçimlən-
miş, xalqımızın, vətənimizin tarixi mənsub olduğu ümumtürk nəh-
rindən, milli soy-kökündən ayrı salınmışdır. Son illər müasir dövrün 
tələblərinə uyğun elmi metodologiya əsasında xalqımızın etnogene-
zinin,  milli  dövlətçilik  tariximizin  saxtalaşdırmalardan,  yalan  və 
təhriflərdən təmizlənməsi istiqamətində mühüm uğurlar qazanılmış-
dır. Bununla belə, tarixçi alimlərimizin qarşısında hələ də öz həllini 
gözləyən bir sıra problemlər qalmaqdadır. Belə problemlərdən biri 
də Vətənimizin ayrı-ayrı bölgələrinin, xüsusilə də 1988-1994-cü il-
lər ərzində erməni faşistləri tərəfindən işğala məruz qalmış əraziləri-
mizin tarixinin daha dərindən və hərtərəfli tədqiq olunmasıdır. Türk 
dünyasının  milli,  etnik,  ərazi  bütövlüyünü  sarsıtmaq  məqsədi  ilə 
ötən əsrin 20-ci illərində leninçi bolşevik Rusiyasının əli ilə erməni-
lərə  «əta»  olunmuş  Zəngəzur  bölgəmizin  tarixinin  tədqiqi,  bu  ba-
xımdan, xüsusi aktuallıq kəsb edir. 


16 
Qədim oğuz-türk yurdu olan, 25 ildən bəri tamamilə işğal al-
tındakı Zəngəzurun keçmişi, dünəni və bu günü haqqında tarixi ger-
çəklikləri elmi əsaslarla əks etdirən tədqiqat əsərlərinin yazılması və 
nəşr olunması həm də dövlət əhəmiyyətli vəzifədir. 
1828-ci il Türkmənçay  müqaviləsi  ilə tarixi Azərbaycan tor-
paqlarının ərazisi Qacarlar İranı və çar Rusiyası  arasında bölüşdü-
rüldükdən sonra onun şimal əraziləri Rusiya imperiyasının tərkibinə 
daxil edildi [233]. 1828-1917-ci illər ərzində çar Rusiyasının işğal 
etdiyi Şimali Azərbaycan ərazilərinə almanların, ermənilərin və rus 
təriqətçilərinin köçürülməsi siyasəti həyata keçirildi. Cənubi Qafqaz 
regionunda  daimi  möhkəmlənmək  məqsədi  güdən  çar  Rusiyasının 
1827-ci ildə işğal etdiyi İrəvan və Naxçıvan xanlığının ərazilərində 
çar I Nikolayın əmri ilə “Erməni vilayəti” adlı yeni inzibatı ərazi va-
hidi  yaradıldı  [88a].  Belə  bir  inzibati  vahidin  yaradılmasında  əsas 
məqsəd işğal olunmuş Şimali Azərbaycanın İrəvan, Naxçıvan, Qa-
rabağ xanlıqları ərazilərinə Qacarlar İranı və Osmanlı İmperiyasın-
dan köçürülən ermənilərin və digər qeyri-müsəlman əhalinin hesabı-
na bölgənin etnik mənzərəsinin dəyişdirilməsi idi. Ermənilərin kö-
çürüldüyü ərazilər içərisində Qarabağ xanlığının cənub qərb hissəsi-
ni təşkil edən Zəngəzur mahalı da var idi. Zəngəzur mahalı öz təbii, 
coğrafi  və  hərbi  strateji  mövqeyinə  görə  xüsusi  yer  tutur.  1920-ci 
ilin aprelin 28-də Sovet Rusiyası tərəfindən Şimali Azərbaycan iş-
ğal ediləndən sonra türk dünyasının, o cümlədən Türkiyə ilə Azər-
baycan arasında sədd çəkmək üçün məhz Zəngəzur mahalının qərb 
hissəsi Azərbaycan xalqının iradəsi əleyhinə olaraq zorla qoparılıb 
Ermənistan  SSR-ə  verildi  [76].  1828-1917-ci  illərdə  çar  Rusiyası, 
1921-1922-cü  illərdə  bolşevik  Rusiyası  və  1988-1991-ci  illərdə 
SSRİ dövləti tərəfindən həyata keçirilən planlı deportasiya, etnik tə-
mizləmə  və  soyqırımı  siyasəti  nəticəsində  Zəngəzur  bölgəsi  azər-
baycanlı əhalidən tamamilə təmizləndi [220a]. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci 
il  yanvarın  31-də  Azərbaycan  EA-nın  aparıcı  alimləri  və  institut 
rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında Azərbay-
can xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı ya-


 
 17
 
zılması  vəzifəsini  qoydu.  Məsələnin  bu  müstəvidə  qoyulmasının 
əsas məqsədi son iki əsr ərzində Azərbaycan xalqının yaşadığı mə-
şəqqətli  tarixin  bütün  qaranlıq  səhifələrinin  açılaraq  ilk  növbədə 
Azərbaycan  xalqına,  həm  də  dünya  ictimaiyyətinə  çatdırılması  idi 
[162a]. Bu böyük dövlət adamının 1997-ci il dekabrın 18-də imzala-
dığı “1948-1953-cü il illərdə azərbaycanlıların Ermənistan SSR əra-
zisindəki  tarixi-etnik  torpaqlarından  kütləvi  surətdə  deportasiyası 
haqqında” və 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların 
soyqırımı  haqqında”  fərmanlar  tarixi  tədqiqatlar  üçün  hüquqi  əsas 
yaratdı [109a]. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Azər-
baycan tarixinin tədqiqi ilə bağlı məsələlərdən danışarkən hər dəfə 
Zəngəzur problemini xüsusi vurğulayır [159]. 
AMEA  A.A.Bakıxanov  adına  Tarix  İnstitutu  başda  olmaqla, 
ölkəmizin elmi institutları, alimləri ümummilli lider Heydər Əliye-
vin  və  Prezident  İlham  Əliyevin  çağırışları,  tövsiyə  və  tapşırıqları 
əsasında  xalqımızın  tarixinə  dair  müxtəlif  səbəblərdən  indiyədək 
tədqiqata cəlb olunmamış arxiv materiallarının aşkar edilib üzə çı-
xarılması, yaxın ölkələrdə, digər xalqların dillərində olan mənbələ-
rin tapılıb ölkəmizə gətirilməsi, obyektiv, vicdanla araşdırılıb öyrə-
nilməsi  istiqamətində  dəyərli  işlər  görmüşlər  [113].  Bununla  belə, 
tarixçi alimlərimizin qarşısında hələ də öz həllini gözləyən bir sıra 
problemlər qalmaqdadır. Belə problemlərdən biri də böyük dövlət-
lərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən 
soyqırımı,  deportasiya,  etnik  təmizlənmə  və  işğala  məruz  qalmış 
Zəngəzur bölgəsinin tarixinin tədqiqidir [109]. 
Mövcud  monoqrafiyanın  tədqiqat  çərçivəsi  kimi  XIX  əsr  və 
XX  əsrin  20-ci  illəri  seçilmişdir.  Çar  Rusiyasının  Cənubi  Qafqazı 
işğalı, Azərbaycan torpaqlarının çar Rusiyası ilə Qacarlar İranı ara-
sında imzalanmış Türkmənçay müqaviləsi ilə Araz çayı boyunca iki 
yerə  bölünməsi,  müasir  İran  və  Türkiyə  ərazilərindən  ermənilərin 
Qarabağa, o cümlədən Zəngəzura köçürülüb ən səfalı, bərəkətli tor-
paqlarda yerləşdirilməsi, ardınca XX əsrin əvvəllərində ermənilərin 
azərbaycanlılara qarşı törətdikləri, illərlə davam edən planlı soyqırı-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə