ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   2   3   4   5   6   7   8   9   ...   73

18 
mı, deportasiya və işğalı bölgənin demoqrafik mənzərəsini dəyişdi-
rən  başlıca  amil  oldu.  Əzəli  Azərbaycan  torpaqları  olan  Zəngəzur 
bölgəsi XX əsrin əvvəllərində təxminən 7.892 kv. km ərazini əhatə 
edirdi.  Azərbaycanda  sovet  hakimiyyəti  qurulandan  sonra  bölgə  7 
inzibati  əraziyə  –  Laçın,  Gorus,  Sisian,  Qafan,  Qubadlı,  Mehri  və 
Zəngilan rayonlarına ayrıldı, qərb hissəsi  1920-ci illərdə Azərbay-
can xalqının iradəsi əleyhinə qoparılaraq Ermənistana verildi, qalan 
hissə də 1990-cı illərdə işğal edildi və hazırda Zəngəzur bölgəsi ta-
mamilə Ermənistan silahlı qüvvələrinin nəzarətindədir [150a]. 
Zəngəzurun 1800-cü illərdən başlayaraq 1920-ci illərə qədərki 
dövrlərdə  demoqrafik  vəziyyətində  baş  verən  dəyişikliklər  indiyə-
dək tarixşünaslığımızda ardıcıllıqla, sistemli, müqayisəli şəkildə öy-
rənilməmişdir. Lakin bizi maraqlandıran problemin müxtəlif tərəflə-
ri  həm  çar  Rusiyası  dövründə,  həm  də  sovet  hakimiyyəti  illərində 
ayrı-ayrı müəlliflərin müxtəlif yönümlü araşdırmaları və əsərlərində 
qismən işıqlandırılmışdır. 
XIX əsr Azərbaycan tarixşünaslığının məşhur nümayəndələri 
Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy, Rzaqulu bəy Cavanşir, 
Əhməd bəy Cavanşir və b.-nın Qarabağ tarixinə həsr edilmiş əsərlə-
rində Zəngəzur bölgəsinin də tarixinə dair qiymətli məlumatlara rast 
gəlinir. 
XIX-XX 
əsr 
müəlliflərindən 
N.N.Şavrov, 
A-do, 
M.S.Ordubadi, M.M.Nəvvab, M.R.Fəna və başqaları bu problemin 
bəzi məqamlarına toxunmuşlar. 
S.Zavaryanın 1907-ci ildə imperiyanın paytaxtında çap olun-
muş  əsərində  [184]  XX  əsrin  əvvəllərində  Qarabağın,  o  cümlədən 
Zəngəzurun müəyyən hissəsinin sosial-iqtisadi durumu da faktlarla 
qələmə alınmışdır. 
AMEA-nın həqiqi üzvü Y.M.Mahmudovun rəhbərliyi altında 
hazırlanıb çap edilmiş çoxsaylı əsərlərdən birində [109] Zəngəzurun 
Qubadlı bölgəsinin tarixi öz əksini tapmışdır. 
Milli  Məclisin  üzvü  Musa  Urudun  elmi-publisistik  üslubda 
yazılmış “Zəngəzur toponimləri” və “Zəngəzur” kitabları [166] böl-
gənin tarixinin tədqiqi və təbliğində çox dəyərli mənbədir. 


 
 19
 
Professor  Qabil  Əliyevin  məqalələrində,  XIX-ХХ  əsrin  ilk 
оnilliкlərində Azərbaycan iqtisadiyyatına həsr olunmuş monoqrafi-
yasında bizi maraqlandıran məsələlərin bir çoxuna dair sanballı mə-
lumatlar vardır [83]. 
Azərbaycan etnoqrafı, tarix elmləri doktoru Q.Qeybullayev də 
əsərlərindən birində [105] indiki Ermənistan ərazisinin də əzəli türk 
yurdu olması barəsində təkzibolunmaz faktları ortaya qoymuşdur. 
Tarix elmləri doktoru, mərhum professor V.Z.Piriyevin  əsər-
lərindən birində də [158] bizi maraqlandıran mövzu ətrafında bir sı-
ra  məsələlərin  araşdırılmasına  yol  açmış  tutarlı  müddəalar  irəli 
sürülmüşdür. 
İqtisad elmləri doktoru A.Muradverdiyev eramızın ilk illərin-
dən başlayaraq, XX əsrin sonlarına qədərki dövrdə Zəngəzurda baş 
verən hadisələri öyrənərək tarixşünaslığımıza, oxuculara, xüsusilə o 
torpağın sakinlərinə dəyərli bir kitab təqdim etmişdir [122]. 
Bakı Dövlət Universitetinin professoru, tarix üzrə elmlər dok-
toru  İ.Musayev  1917-1921-ci  illərdə  Naxçıvanla  yanaşı  Zəngəzur 
bölgəsində baş vermiş ictimai-siyasi prosesləri də ətraflı şəkildə təd-
qiq etmişdir [121]. 
Azərbaycanın  tanınmış  tarixçi  alimlərindən  Ataxan  Paşayev, 
Fəzail İbrahimli, Cəbi Bəhramov, Hacı Həsənov, Vəli Əliyev, Vila-
yət Əliyev, Tofiq Mustafazadə, Elmar Məhərrəmov, Kamran İsma-
yılov, Nazim Mustafa və başqalarının elmi araşdırmalarında, eləcə 
də yeddicildlik «Azərbaycan tarixi»nin IV, V və VI cildlərində bu 
monoqrafiya üçün seçilmiş tədqiqat mövzusunun bəzi istiqamətləri-
nə, Zəngəzur tarixinin XIX-XX əsrlər tarixinə aid xeyli dəyərli mə-
lumatlar, mənbələr mövcuddur [237]. 
Azərbaycanın  Birinci  Xanımı,  Heydər  Əliyev  Fondunun 
prezidenti xanım Mehriban Əliyevanın ön sözü ilə Azərbaycan və 
ingilis dillərində nəşr edilmiş AMEA-nın həqiqi üzvü Yaqub Mah-
mudov və AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Kərim 
Şükürovun Qarabağın tarixinə dair sanballı əsərində [110] Zəngəzur 
bölgəsinə dair bilgilər verir. 


20 
Tarixşünaslığımızda  Azərbaycan  əhalisinin  demoqrafik  dina-
mikası məsələləri üzrə nüfuzlu mütəxəssis professor Kərim Şüküro-
vun əsərləri bu monoqrafiyada yararlandığımız mənbələrdən olmuş-
dur [165]. 
Zəngəzur bölgəsinin və Qərbi Azərbaycan torpaqlarının, azər-
baycanlıların soyqırımı, deportasiya tarixinin ardıcıl tədqiqatçıların-
dan olan tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın şəxsi veb-sə-
hifəsində toplanmış materiallardan da tədqiqatımızda bəhrələnmişik 
[239]. 
Tarix  üzrə  fəlsəfə  doktoru  Kamran  İsmayılovun  Zəngəzurda 
ermənilərin törətdiyi soyqırımın bir dövrünə dair kitabında toplan-
mış arxiv materialları tədqiqatımızda bizə yardım etmişdir [95]. 
Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azər-
baycan ərazilərindən biri olaraq Zəngəzur torpağında törədilmiş bu 
soyqırımları  sübut  edən  qiymətli  sənədlər  sırasında  Azərbaycan 
Respublikası  Milli  Arxiv  İdarəsində  qorunan  Fövqəladə  Təhqiqat 
Komissiyasının 
sənədlərində, 
Türkiyə 
Cumhuriyyətinin 
“Genelkurmay  Askeri  Tarih  ve  Stratejik  Etüt  Başkanlığı  Arşivi”, 
“Başbakanlık Osmanlı Arşivi”, “Ermeniler tarafindan yapılan katli-
am belgeleri (1918-1920), “Tarihten Güncelliğe ermeni sorunu tah-
liller-belgeler-kararlar”,  “Osmanlı  belgelerinde  ermeniler  (1915-
1920)”,  “Ermeni  olayları  tarihi”,  “Azerbaycan  Cumhuriyeti  1918-
1920 Osmanlı arşiv belgeleri” sənədlər toplusu xüsusi yer tutur. Al-
maniya  Federativ  Respublikasının  Berlin  şəhərindəki  “Almaniya 
Xarici  İşlər  Nazirliyinin  Siyasi  arxivi”nin  (Politischen  Archiv  den 
Auswätrigen) müxtəlif fondlarında da mövzumuzla əlaqəli sənədlər 
qorunub  saxlanılır.  Həmin  arxiv  sənədlərindəki  faktiki  materiallar 
sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər er-
mənilər  Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəl-
man  əhalini  etnik  mənsubiyyətinə  görə  amansızcasına  qətlə 
yetirmişdir. 
Monoqrafiyanın  digər  əsas  qaynaq  bazası  Azərbaycan  Res-
publikası Dövlət Tarix Arxivi (ARDTA) və Azərbaycan Respubli-
kası Dövlət Arxivi (ARDA), habelə Azərbaycan Respublikası Prezi-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə