ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə4/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   2   3   4   5   6   7   8   9   ...   73
    Bu səhifədəki naviqasiya:
  • Giriş

12 
obyektiv  və  olduqca  mühüm  elmi  nəticələrə  gəlmiş,  dəyərli 
ümumiləşdirmələr edə bilmişdir. 
Müəllif  bu  uğurla  seçilmiş  mövzunun  hərtərəfli  öyrənilməsi 
üçün  tədqiqatın  başlıca  məqsədi  və  vəzifələrini  düzgün 
müəyyənləşdirmiş,  olduqca  dürüst  struktur  seçmiş,  tədqiqatının 
uğurlu alınmasını təmin edə bilmişdir. 
Monoqrafiya  “Giriş”,  dörd  fəsil,  “Nəticə”  və  istifadə 
olunmuş mənbələr və ədəbiyyat siyahısından ibarətdir.  
Müəllif öz tədqiqatını yazarkən, demək olar ki, bütün zəruri 
ədəbiyyatla, ilk mənbələrlə və arxiv materialları ilə lazımınca tanış 
olmuş,  təhlillər  aparmış,  tənqidi  fikirlər  yürütmüş,  düzgün  elmi 
nəticələr çıxarmışdır. 
Hacı Nərimanoğlu monoqrafiyada ən qədim dövrlərdən XIX 
əsrin  əvvəllərinədək  olan  dövrdə  Zəngəzur  bölgəsinin  tarixi  və 
coğrafiyasına  qısa  ekskurs  edir,  Zəngəzurun  oğuz  türklərinin  ən 
qədim məskənlərindən biri olduğunu göstərir, Zəngəzur faciələrinin 
tədqiqində  Ümummilli  lider  Heydər  Əliyevin  əvəzsiz  rolunu 
əsaslandırır.  Təqdirə  layiqdir  ki,  o,  “Zəngəzur”  toponiminin 
adındakı «zəngi» etnoniminin türk tayfa adı olduğunu əsaslandırır. 
Türkdilli  respublikalarda  və  Azərbaycanın  çoxlu  yer  adlarında  bu 
oğuz-türk tayfasının izlərinin hələ də  yaşadığını bildirir. Məsələn, 
Zəngiçay,  Zəngitəpə,  Zəngərik,  Zəngişamlı,  Zəngənə,  Zəngilan, 
Zəngəran,  Zəngənə,  Zəngişalı,  Zəngi  çayı,  Zəngibasar,  Zəngilər, 
Zəngan – Zəncan, Zəngilli və b. Mahmud Kaşğari, Fəzlullah Rəşi-
dəddin,  Abbasqulu  ağa  Bakıxanov  və  b.-nın  əsərlərində  adları 
çəkilən oğuz tayfalarından birinin məhz «zəngi» tayfası olduğunu 
göstərir.  Müəllifin  uğurudur  ki,  bu  haqda  mövcud  olan  şərhləri, 
izahları  nəzərdən  keçirib,  bu  tarixi  adın  mənşəyinə  aydınlıq 
gətirilməsi  işinə  öz  münasibətini  bildirib  və  bununla  Zəngəzurun 
tarixi Azərbaycan-türk yurdu olduğunu bir daha təsdiqləyib.  
Monoqrafiyada  Zəngəzurun  coğrafiyası,  tarixi  və  iqti-
sadiyyatından  da  ətraflı    bəhs  olunur,  bölgənin  demoqrafik 
vəziyyətinin  dəyişdirilməsində  çar  Rusiyasının  işğalı  nəticəsində 
ermənilərin bu diyara köçürülməsinin başlıca amil olması göstərilir


 
 13
 
XIX-XX  əsrin  əvvəllərində  Zəngəzur  bölgəsində  etno-demoqrafik 
durum  kimi  məsələlər  araşdırılır.  Sübut  olunur  ki,  qədim 
Azərbaycan-türk yurdu olan Zəngəzura ermənilərin köçürülməsi bu 
diyarın tarixində fəlakət dövrüdür. 
Tədqiqatda 1905-1906-cı illərdə Zəngəzurda azərbaycanlılara 
qarşı ermənilərin törətdikləri kütləvi qırğınlar və onların bölgənin 
demoqrafik  vəziyyətinə  təsirini  araşdırılmış,  böyük  dövlətlərin 
ermənilərə hərbi-siyasi dəstək göstərməsini və onların 1917-1920-
ci  illərdə  Zəngəzur  bölgəsində  azərbaycanlılara  qarşı  soyqırımı 
təşkil  etmələrini  sübut  edən  mənbələri  işıqlandırılmış,  XIX-XX 
əsrin  əvvəllərində  Zəngəzur  bölgəsində  demoqrafik  durumun 
təkamülünün  ümumi  yekunlarına  qısa  bir  baxış  edilmiş, 
ermənilərin  Zəngəzurda  törətdikləri  soyqırımın  qarşısının 
alınmamasında,  bölgənin  demoqrafik  vəziyyətinin  dəyişməsində 
əlaqədar  tərəflərin  münasibətindən,  Zəngəzurda  erməni-daşnak 
quldur  dəstələrinə  qarşı  mübarizədən,  habelə  burada  Rusiya  bol-
şevik  işğalının  bölgənin  demoqrafik  vəziyyətinə  təsirindən, 
Ermənistan  Sovet  Respublikasının  yaradılması  və  Qərbi 
Zəngəzurun Ermənistana verilməsindən bəhs edilmişdir. Müəllif bu 
məsələlərə özünün konkret münasibətini bildirmişdir.  
Müəllif arxiv sənədlərinə əsaslanaraq Rusiyanın və qərb döv-
lətlərinin məkrli  “laqeydliyi”, əslində isə ermənipərəst cinayətkar 
siyasəti  nəticəsində  Zəngəzur  torpaqlarından  soydaşlarımızın 
amansızcasına  qovulmasının  obyektiv  mənzərəsini  canlandıra 
bilmişdir.  
Müəllifin çıxardığı elmi nəticələr ilk mənbələrə əsaslanmaqla 
inandırıcıdır, verdiyi ümumiləşdirmələr öz elmiliyi ilə diqqəti cəlb 
edir. 
Hacı Nərimanoğlunun bu tədiqiqatı, həm də, dövlət başçımız 
İlham  Əliyevin  müasir  tarix  elmimiz  qarşısında  Zəngəzurla  bağlı 
qoyduğu  elmi  tədqiqat  vəzifələrinin  yerinə  yetirilməsinə  layiqli 
töhfədir. 
Hacı  Nərimanoğlunun    “Zəngəzur:  köç,  deportasiya, 
soyqırımı,  işğal  tarixi”  monoqrafiyası  tarix  elmimizin  mühüm 


14 
nailiyyətlərindən  biridir.  Bu  qiymətli  əsər  müəllifin  gərgin  əməyi 
sayəsində  ərsəyə  gəlmişdir.  İstedadlı  yetirmələrimdən  biri  olan 
Hacı  Nərimanoğlu  mənim  elmi  rəhbərliyimlə  5503.02  –  “Vətən 
tarixi” ixtisası üzrə “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik 
vəziyyətində  dəyişikliklər  (XIX  əsr  –  XX  əsrin  20-ci  illəri)” 
mövzusunda  dissertasiya  müdafiə  etmiş,  elmi  əhəmiyyəti  nəzərə 
alınaraq, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Disserta-
siya Şurasının 16 may 2018-ci il tarixli, 31 №-li qərarı ilə həmin  
dissertasiya işinin monoqrafiya kimi nəşrinə qərar verilmişdir.  
Zəngəzurun  tarixi  mövzusunda  həmin  olduqca  dəyərli, 
sanballı dissertasiyada və dolğun, yenilikçi ruhlu bu monoqrafiyada 
Zəngəzurun  iki  əsrlik  tarixində  baş  verən  dəyişikliklər,  köç, 
deportasiya,  soyqırımı,  bölgənin  tam  işğalına  gətirib  çıxaran 
səbəblər  tarixşünaslığımızda  ilk  dəfə  ardıcıllıqla,  sistemli, 
müqayisəli şəkildə tədqiq etmişdir.  
Hacı  Nərimanoğlunun  elmi  uğurunun  bir  əsas  səbəbi  də 
onunla  bağlıdır  ki,  müəllif  Zəngəzurda  doğulub  boya-başa 
çatmışdır, əsli, soykökü ilə bu torpağa bağlıdır,  1993-cü il işğalının 
son  günlərinə  qədər  bu  torpaqda  yaşayıb  çalışmışdır.  Bu 
monoqrafiyaya  qədər  nəşr  edilmiş  kitablarının  dördü  Zəngəzurun 
tarixinə,  beşi  mənfur  qonşularımızın  torpaqlarımıza  təcavüzünün 
qarşısının  alınması  uğrunda  döyüşlərdə  canlarını  qurban  vermiş 
100-dən  çox  Şəhidimizin  şərəfli  ömür  yoluna  həsr  edilmişdir. 
Mövzu ilə bağlı 30-dək elmi məqaləsi xaricdə və ölkəmizin aparıcı 
humanitar təmayüllü nəşrlərində dərc olunmuşdur.  
Mən  H.Nərimanoğlunun  bu  monoqrafiyasını  mühüm  elmi 
yeniliklərinə,  aktual  elmi  nəticələrinə  görə  Azərbaycan  milli 
tarixşünaslığı,  tədqiqatçılarımız,  ali  məktəblərimizin  müəllim  və 
tələbələri,  geniş  oxucu  auditoriyası  üçün  dəyərli  mənbə  hesab 
edirəm. 
 
Yaqub Mahmudov,  
AMEA–nın həqiqi üzvü, Əməkdar elm xadimi,  
Dövlət Mükafatı laureatı, t.ü.e.d., professor 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə