107
göstərildiyi kimi, ermənilərin müsəlmanlar üzərində fasiləsiz
zorakılıqlar həyata keçirmələri baxımından Zəngəzur qəzasında
daha ağır şərait yaranmışdı. Yüksək dağlıq ərazidə yerləşməsindən
və qonşu Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələrinin pozulmasından,
eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni kəndlərinin
əhatəsində yerləşməsindən istifadə edən ermənilər bölgədə daha
əlverişli vəziyyətdə idilər. Azərbaycanın digər bölgələri ilə
müqayisədə qəza müsəlmanlarının vəziyyəti həm də onunla pisləş-
mişdi ki, yaxşı silahlanmış erməni kəndliləri ilə yanaşı, qəzada
quldurbaşı general Andronikin rəhbərliyi altında mütəşəkkil hərbi
hissə də var idi. Andronikin əsas məqsədi Zəngəzuru Ermənistanın
tərkibinə qatmaqdan ibarət idi [133, s.7]. Onlar müsəlmanlara qarşı
görünməmiş vəhşiliklər törədir, qətllərlə kifayətlənməyərək kəndləri
yandırır və dağıdır, əmlaklarını, mal-qarasını aparır, torpaqlarını ələ
keçirirdilər. Sisian mahalının I sahəsinin bütün müsəlman kəndləri,
II sahənin kəndlərinin əksər hissəsi, III, IV, V sahələrin mühüm
hissələri az müddətdə tamamilə məhv edilmişdi. Bəzi kəndlər
tamamilə yerlə yeksan olunmuş, əkin sahələri ermənilərin əlinə
keçmişdi. 50000 nəfərdən çox müsəlman öz yurdundan qaçqın
düşərək 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında yerləşmişdi.
Mixaylovun məruzəsində dağıdılmış və məhv edilmiş 115 kəndin
adı göstərilmişdi. Kəndlərdə 10068 nəfər müsəlman öldürülmüş və
ya yaralanmışdı. Onların 7729-u (3257 kişi, 2276 qadın, 2196 uşaq)
qətlə yetirilmiş, 2339 nəfəri isə (1060 kişi, 794 qadın və 485 uşaq)
yaralanmışdı [133, s.7-15].
Lakin bu rəqəmlər də faciəli vəziyyəti tam əks etdirmir,
reallıqda erməni vəhşiliklərinin sayı daha çox idi, çünki
müsəlmanlar qəzadan qaçqın düşüb sağ qalanlar biri digərindən
xəbərsiz qaldığından qurbanların sayını dəqiq müəyyənləşdirmək
mümkün olmamışdı. Digər tərəfdən isə AXC-nin çox mürəkkəb və
ağır hərbi-siyasi, ictimai-sosial durumda olduğu bir zamanda bunu
dəqiq müəyyənləşdirmək mümkün deyildi.
Yuxarıda adı çəkilən məruzədə, habelə bu komissiyanın digər
bu tipli materiallarında erməni vandalizmi şahid ifadələri ilə konkret
108
faktlarla öz təsdiqini tapmışdı. Ermənilər 1918-ci ilin iyununda
Vağudi kəndinə hücum zamanı 400 müsəlman məscidə sığınmışdı,
ermənilər məscidin qapısını kəsərək, əvvəlcə içəriyə əl qumbaraları
atmış, sonra isə məscidi insanlarla birgə yandırmışlar. Sağ qalan
qadınlara təcavüz etmiş, sakinlərin bütün əmlakını, mal-qarasını
çapıb-talamış, 250 kişi, 100 qadın, 100 uşaq öldürmüş, 20 kişi, 10
qadın, 9 uşaq yaralamış, 90 ev və tikilini yandırmış, 60-nı
dağıtmışdı. Kəndin 15 ən gözəl qızı erməni əsgərlərinə paylanmış,
onlar bu qansızlığa dözməyərək özlərini öldürmüşdülər [46, v.6.
s.11].
Nüvədi kəndində ermənilər yataq xəstələrini süngüləyərək
öldürmüş, uşaq və qadınların başlarını kəsmişdilər. Ermənilər
insanlığa sığmayan bu vəhşilikləri Zəngəzurun Şəki, İmişli, Ağudi,
Çullu, Bağırbəyli, Müsəlmanlar, Qatar və digər kəndlərinin
günahsız sakinlərinə qarşı da törətmişdilər. Ağkəndə girən
ermənilər evləri yandıraraq külə döndərmiş, qaçan sakinlərə çataraq
65-ni öldürmüş, 4-nü yaralamışdılar. Birinci və İkinci Vartanəzir
kəndlərinə erməni quldurlarının basqını nəticəsində 384 sakin
öldürülmüş, 30-u yaralanmışdı [44, v.5-6].
Qəzanın ən böyük azərbaycanlı-türk kəndlərindən olan 380
tüstülük Şəkidə erməni cəlladları ən qəddar vəhşiliyi həyata
keçirmiş, kəndin 140 kişi, 160 qadın, 200 uşaq - cəmi 500 nəfəri
qətl edilmiş, 80 kişi, 56 qadın, 10 uşaq isə yaralanmışdı [45, v.5-
s.416-417].
İrəvan, Gəncə, Tiflis və Qarsa gedən stratejik yolların
qovuşuğunda yerləşən Qarakilsədən qaçan, Azərbaycanın
guneyində, Naxçıvan və Ordubadda kütləvi qırğınların bilavasitə
təşkilatçısı olan Andronik və onun dəstəsi Sərdarabad və Zəngəzur
bölgəsində müsəlman əhalini qətl etməyə başladı. Zəngəzurun
şimal-qərb sərhəddində yerləşən 12 kənd ermənilər tərəfindən xara-
baya çevrilib əhalisi məhv edilmişdir [170]. Canını qurtara bilənlər
isə Dərələyəz tərəflərə üz tutmuşdur. Mədət və Sisyan bölgələrinə
hücum edən ermənilər 5 kəndi viran etmişdilər. Əhalinin çoxunu
faciəli şəkildə, görünməmiş işgəncələrlə qətl etmişlər. Ermənilərin
109
bu bölgədə həyata keçirdiyi hücumları nəticəsində Sisyan və Yaylaq
bölgəsində yaşayan türklər dəhşət və qorxu içərisində Cəbrayıl və
Ağdam istiqamətinə doğru köçməyə başlamışlar [170].
FTK-nın topladığı məlumatlara görə, Zəngəzurun 1574 tüs-
tüdən ibarət 32 kəndinin 2254 sakini (1826 kişi, 275 qadın, 153
uşaq) amansızlıqla qətl edildi, 304 nəfərin diri-diri yandırıldığını,
çox sayda yaralının olduğu, sağ qalanların qaçqın düşdüyü məlum
olur [17]. Vağudi kəndində 450, Ağudidə 325, Teydə 135,
Şabadində 110 nəfər öldürülmüşdü [121, s.69-70].
Andronikin başçılığı ilə erməni quldurları Urud, Darabas,
Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, İr-
mis, Pəhlili, Kürdlər, Xotanan, Sisyan, Zabazadur, Çullu,
Bağırbəyli, Müsəlmanlar, Qatar və digər kəndlərini dağıdaraq 500
nəfəri qətl etmişdi [121, s.69-70].
Sisianın I polis sahəsinin bütün, II sahənin əksər hissəsi, III-
IV-V sahələrin yarıdan çoxu tamamilə məhv edilmişdi. Məhv edilən
115 kəndin 50 mindən çox sakini qaçqın düşmüşdü [95, s.4].
N.Mixaylovun məruzəsində şahid ifadələrinə əsaslanan 20
belə qəddarlıq faktı öz əksini tapmışdı. Lakin erməni vəhşiliklərinin
sayı o qədər çox idi ki, onların hamısını bir məruzədə əks etdirmək
mümkün olmamışdı. Qəzanın hər bir dağıdılmış kəndində baş
vermiş bu cür cinayətləri sadalamaqla qurtarmaq qeyri-mümkündür
[47, v.5, s.4].
Azərbaycan Himayəçilik Nazirliyi tərəfindən Klenevskinin
rəhbərliyi altında yaradılmış komissiya yerlərdə qaçqınların
vəziyyətini araşdıraraq geniş məruzə hazırlamışdı. Qeyd etmək la-
zımdır ki, komissiya üzvləri buna qədər qaçqınların məskunlaşdığı
digər bölgələrdə də olmuşdular. Lakin onları Zəngəzur
qaçqınlarının vəziyyəti dəhşətə gətirmişdi. Klinevski qaçqınların
vəziyyətini belə xarakterizə edirdi: «Zəngəzurlu qaçqının xarici gör-
kəmi ən sərt, mərhəmətdən uzaq ürəkləri belə titrədə bilər.
Qaçqınların arıq, soyulmuş, soyuqdan titrəyən, cır-cındıra
bürünmüş bədənləri, iltihablı, malyariyadan saralmış gözləri
insanda yaddaşdan silinməz təəssürat yaradır». Erməni vandalizmi-
Dostları ilə paylaş: |