111
1400 sakini qılıncdan keçirilmişdi. Yalnız 12-13 nəfər kəndi əvvəl-
cədən tərk etdiklərinə görə labüd qətliamdan xilas olmuşdu. Pakizə
adlı qadın ürək sarsıdan vəhşiliklərin təsiri altında əsəb sarsıntısı
keçirmiş, tapança və qılıncla gözəl qadınları kəsib öldürməyə
başlamışdı ki, onlar erməni vəhşilərinin əlinə keçməsinlər.
Şəhrəbanu adlı qadın isə erməni əsgərlərin təndirə atdıqları
uşaqlarını xilas etmək üçün özünü təndirə atmış və onlarla birgə
diri-diri yanmışdı.
Ermənilər Pirdavdan, Şabadin və Atqız kəndlərinin əhalisini
kütləvi şəkildə qıraraq, bu kəndləri yandırdılar. Şabadindən yalnız 8
kişi və 7 qadın xilas olmuşdu. Atqız kəndinin əhalisi erməni
hücumlarından xəbər tutaraq qaçmağa nail olsa da, Ordubada
çatanadək 167 uşaq və qadın yolda soyuqdan həlak olmuşdu.
Beləliklə, Oxçu, Şabadin, Pirdavdan və Atqız kəndlərinin 4000 nə-
fərlik əhalisindən yalnız 262-sı sağ qalmış və onlar Ordubada pənah
gətirə bilmişdilər [130, s.196].
Oxçudərəsi kəndlərini viran qoymuş ermənilər Gığı dərəsində
yerləşən (Şəhərcik, Buğacıq, Mollalı, Sofulu) kəndlərinə də divan
tutmuşdular. Oxçu kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş
cinayət başqa sənədlərlə də təsdiq olunur və insan ağlına sığmır.
Azərbaycan xarici işlər naziri F.X.Xoyskinin Ermənistan XİN-ə
göndərdiyi 10 dekabr 1919-cu il tarixli teleqramında göstərilirdi ki,
Oxçu kəndinin silah tutmağı bacaran kişiləri
sülh yaratmaq bəhanəsi
ilə karvansaraya dəvət edilmiş, onların hamısı əvvəlcədən
yerləşdirilmiş dinamitlərlə partladılaraq öldürülmüşdür. Qocalar,
uşaqlar və qadınlar isə məsciddə doğranmışdılar [149, s.198]. Lakin
bütün bu rəsmi xəbərdarlıqlara baxmayaraq erməni vandalizminin
ucu-bucağı, sonu görünmürdü. Artıq 1920-ci il yanvarın 3-də
ermənilər Gərçivan kəndində yaşayan azərbaycanlılara qarşı növbəti
vəhşilik törətdilər. Cəlladlar kəndin bütün əhalisini bir yerə yığaraq,
uşaq və qadınlara belə rəhm etmədən qılıncdan keçirmişdilər [28,
v.20-24]. Lakin bunların hamısı əbəs idi. Naxçıvandan Şuşaya
qədər bütün Azərbaycan kəndlərini məhv etməyi planlaşdıran
erməni nizami qüvvələri 1920-ci il yanvarın 19-da artilleriyanın