ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

 
 67
 
Tarla işləri başa çatdıqdan sonra, xüsusən də qışda, qadınların, de-
mək olar ki, hamısı bu işlə məşğul olurdu. Yerli qoyunçuluq sahəsi 
yuna olan tələbatı tam ödəmədiyindən buraya Novobəyazid və Ca-
vanşir qəzalarından da yun gətirilirdi. Bu bölgənin «yaməni», «zili» 
və b. xalça-palaz məhsulları bütün diyarda məşhur idi. Yerli ustalar 
mahuddan çuxa, palto, heybə, xurcun tikir, keçəçiliklə, xalçaçılıqla 
da məşğul olurdular [150, s.199]. 
Məlumdur ki, çarizm Cənubi Qafqazda bütün ağalığı dövrün-
də  burada  həm  də  məqsədli  inzibati-ərazi  siyasəti  yürütmüş,  yerli 
xüsusiyyətləri qətiyyən  nəzərə almayan  ərazi bölgüləri aparmışdır. 
XX əsrin əvvəllərində Zəngəzur qəzası Yelizavetpol quberniyasının 
mühüm  bölgələrindən  biri  olaraq  qalırdı.  Yelizavetpol  quberniyası 
üzrə saxlanılan, 3 milyon baş mal-qaranın yarım milyondan çoxu – 
559649 baş, Zəngəzur qəzasının payına düşürdü. Bu qəzanın kəndli 
təsərrüfatlarında 22157 baş at, 88146 baş iribuynuzlu, 415 980 baş 
qoyun, 21980 baş keçi, 8711 baş ulaq-qatır, 1675 baş donuz saxla-
nılırdı. 1908-ci ildə bu qəzadakı 553 des. 984 kv. sajenlik üzümün 
ümumi  dəyəri  təxm.  80-120  min  rubl,  çaxırın  dəyəri  61-100  min 
rubl  idi  və  s.  Bu  dövrdə  qəzada  taxıl  əkinlərinin  ümumi  sahəsi 
21153 des.-ə bərabər olmuşdur ki, bu da quberniya üzrə olan taxıl 
əkinlərinin (327670 des.) cəmi 6,5 %-ni təşkil edirdi [169]. 1908-ci 
ildə bu sahələrə 34529 pud toxum səpilmiş və çox az – cəmi 49637 
pud taxıl məhsulu götürülmüşdü ki, bu da quberniya üzrə taxıl məh-
sulunun cəmi 1,7 %-i demək idi. Qeyd edək ki, təbii şərait üzündən 
həmin il Zəngəzur qəzasında taxılçılıq üzrə son dərəcə əlverişsiz il 
olmuşdur [169]. Ona görə də bu rəqəmləri qəzanın iqtisadi durumu 
üzrə mütləq məlumat kimi qəbul etmək olmaz. 
Bölgənin zəngin təbii sərvətləri, çoxçeşidli xammal qaynaqla-
rının mövcudluğu bu bölgədə sənətkarlıq, ticarət kimi, sənayenin də 
geniş intişar tapmasına şərait yaradırdı. Zəngəzur qəzası kifayət qə-
dər güclü sənayeyə malik idi. 1908-ci ilin məlumatlarına görə, qəza-
da 40 sənaye müəssisəsi fəaliyyət göstərirdi ki, onların da ümumi il-
lik istehsalının həcmi 74160 rubla bərabər olmuşdur. Bu 40 müəssi-
sədə 1339 fəhlə çalışırdı. Sənaye müəssisələrində  23-ü şərab-araq, 


68 
10-u yağ, 2-si dulus və 4-ü misəritmə idi. Ən çox fəhlə də sonuncu-
da işləyirdi - 1200 nəfər. Quberniya misəritmə sənayesi  sahəsində 
çalışan  fəhlələrin  (cəmi  2950  nəfər)  təxminən  40,7 %-i  Zəngəzur 
qəzasının  payına  düşürdü.  Yuxarıda  gətirdiyimiz  məlumatlar  bu 
bölgənin  də  iqtisadiyyatı  sırf  müstəmləkə  xarakteri  daşıyırdı.  XX 
əsrin əvvəllərinə yaxın Zəngəzur bölgəsinin iqtisadi mənzərəsi belə 
idi. Bölgə iqtisadiyyatının bütün sahələri imperiyanın müstəmləkəçi 
maraqlarının xidmətinə tabe edilmişdi [150, 198]. 
 
 
2.3. Demoqrafik vəziyyət 
 
Lap qədim dövrlərdə olduğu kimi, haqqında danışdığımız tari-
xi  mərhələdə  də  Zəngəzurun  əhalisi  əsasən  azərbaycanlılardan 
(türklərdən), kürdlərdən, ermənilərdən və azsaylı rus təriqətçilərin-
dən ibarət olmuşdur. Sonuncular qəzanın Sisyan sahəsindəki Bazar-
çay və ya Bazarkənd kəndində məskunlaşmışdılar [129, s.187]. 
Romanovların Cənubi Qafqaza soxulmasına qədər – XIX əs-
rin əvvəllərinədək bu diyara yiyələnmək uğrunda baş verən Osman-
lı-Səfəvi savaşları da Zəngəzurun demoqrafik vəziyyətinə müəyyən 
qədər təsir etmişdir. Onlardan biri – 1578-1590-cı illər müharibəsi 
haqqında «İrəvan vilayətinin müfəssəl dəftəri»ndəki qeyddə göstəri-
lir ki, Səfəvi-qızılbaş təbəəsi olan Sisyan, Bazarçayı, Zar və Zabux 
nahiyələrindən  90  kəndin  köçürülməsi  barədə  Osmanlı  sultanı  III 
Murad (1534-1595) 28 aprel 1578-ci ildə fərman vermişdir. Bu qay-
naqdan məlum olur ki, bu köçürmədən Qarakilsə – Sisyanın cəmi 4 
kəndi kənarda qalmışdı ki, onlarda erməni və türk əhalisi qarışıq ya-
şayırdı.  Fərmanda  qızılbaş  müsəlman  kişilərinin  məhv  olunması, 
qalan əhalinin köçürülməsi ilə bərabər erməni əhalisinin can və mal-
larına  zərər  vurulmaması  da  məxsusi  olaraq  qeyd  olunurdu  [174, 
s.324]. 
XVI əsrin sonlarına aid Osmanlı qaynaqlarından biri – 1593-
cü ilə aid «Gəncə-Qarabağ əyalətinin icmal dəftəri»ndən də məlum 
olur ki, 200-ə qədər kəndin bir neçəsinin adı istisna olmaqla hamısı 


 
 69
 
türk mənşəli idi və bunlarda müsəlman türk əhalisi yaşayırdı. Vergi-
ləri  yığmaq  üçün  tərtib  olunan  bu  sənədlərdə  50-dən  artıq  kəndin 
qarşısında «heç kim yaşamır» qeydi var. Düşünürük ki, bu bir tərəf-
dən ağır müharibənin nəticəsi, digər tərəfdən isə yeni osmanlı inzi-
bati idarələrinin korrupsiyaçı cəhdlərinin ifadəsi idi. Belə ki, dəftər-
lərdə  belə  göstərilmiş  kəndlərdən  yığılmış  vergiləri  mənimsəmək 
çox asan idi. 
1727-ci ilə aid sənədlərdə də 400 evlik bölgə  əhalisinin tam 
əksəriyyəti müsəlman türklərdən, bir qismi daim vergilərdən  yayı-
nan, üstlərinə əsgər göndəriləndə isə dağlardakı sığnaqlara çəkilən, 
müqavimət göstərən kürdlərdən ibarət idi. Boşalan bu kəndlərə isə 
durmadan  erməni  əhalisi  axışıb  gəlirdi.  Artıq  Zəngəzurun  18  kən-
dində ermənilər məskun idilər [174, s.325]. 
Məlumdur ki, hələ 1724-cü ildə Osmanlılar Qarabağı tutaraq 
mərkəzi  Gəncə  olan  Qarabağ  bəylərbəyiliyi  yaratmışdılar.  Ancaq 
osmanlılar burada çox qala bilmədilər.1736-cı ildə Qarabağ bəyləri 
Nadir şahın Muğanda keçirilən tacqoymasına adam göndərmədilər 
ki, şah ancaq Səfəvi sülaləsindən olmalıdır [210, s.24]. Bunun inti-
qamını  almaq  üçün  Nadir  şah  Qazax,  Borçalı,  Şəmsəddin  ellərini 
Qarabağdan alıb özünün adi məmuru olan Kartli çarı Teymurazazın 
idarəsinə  verdi.  Qarabağ,  eləcə  də  Zəngəzurdakı  cavanşir,  otuziki, 
kəbirli ellərini Xorasana, Əfqanıstana sürgün etdirdi, beş alban mə-
liyini isə birbaşa özünə tabe etdi. Qarabağlıların belə elliklə köçü-
rülməsi  Cavanşir  mahalının  Sarıcalı  elindən  çıxmış,  şah  sarayında 
qulluqda olan Pənahəli bəy və Fəzləli bəy qardaşlarının ciddi nara-
zılığına  səbəb  olmuşdur.  Nadir  şah  adi  bir  bəhanə  ilə  Fəzləli  bəyi 
edam etdirdi, Pənahəli bəy isə bir qədər sonra bir dəstə sadiq silah-
daşı  ilə  birlikdə  qaçıb  zəngəzurlu  Qara  Murtuza  bəyin  yaylağında 
məskən saldı. Pənahəli bəy tərəfindən müstəqil Qarabağ xanlığının 
yaradılmasının bünövrəsi də məhz buradan qoyulmağa başladı. Qa-
rabağ  xanlığının  sərhəddi  cənub-şərqdə  Bərgüşada  qədər  olan  tor-
paqları – Tatev, Sisyan, Qafan, Mehrini də əhatə edirdi. Hacısamlı, 
Kolanı, Çalbayır, Zəngəzur bütünlüklə Qarabağ xanlığına daxil ol-
muşdu. Qacar şahlarının ardıcıl hücumlarının ön cərgəsində də bu 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə