94
ağudililər 60 nəfərdən çox, ermənilər isə 22 nəfər itki verirlər [223a,
s.281-282].
XX əsrin əvvəllərinin görkəmli elm və mədəniyyət
nümayəndələrindən biri olan M.M.Nəvvab ermənilərin Sisian
kəndinin ardınca Vağudi kəndində törətdikləri vəhşilikləri belə
təsvir edir: «Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans
adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağudi müsəlman
kəndinə hücum etdilər. Vağudi kəndi Sisian mahalında yerləşirdi.
Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mü-
hasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək
silah və patron tədarük
etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağudi kəndinin əhalisi
tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində
müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən
atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli
nəfərdən çox erməni vurub yıxdılar. İkinci atışmada isə ölən
ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar «Ya Allah»,
«Ya Əli, səndən mədəd» deyib, daha şiddətli atəş açmağa başladılar
və yüz nəfərəcən erməni öldürdülər. Ermənilərə rəhbərlik edən
Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu za-
man müsəlmanların atəşindən üç güllə ona dəyib yerə sərdi.
Ermənilər öz başçılarının yerə yıxılaraq çapaladığını görən kimi
qaçmağa başladılar. Müsəlmanların təqib etdiyi ermənilərin bir
hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib.
O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət ol-
masın. Tüfəngin qundağı sınsa da, özü salamat qaldı. Sonra da əli
titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişi ilə parça-
parça etdikdən sonra yıxılıb öldü. İrəli gəlib gördülər ki, həmin
əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə
bir neçə min manat pul var imiş. Belində də bir onaçılan qəribə
tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız da çıxıb.
O kağızda bu sözlər yazılıbmış: «Qafqaz ermənilərinin qubernatoru
Stepanyans». Xülasə, ermənilər öz yaralılarını da götürüb getdilər.
Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü
təxmin edildi» [223a,153].