95
Toqquşma və qırğınlar Zəngəzurun, demək olar ki, bütün
bölgələrində baş verirdi. Noyabrın sonlarında Gorus yolunda 2
erməni öldürülür. Onların qətlində Dərəbas türklərindən
şübhələnirlər. Vəziyyət gərginləşir. Dərəbasdan 20-30 ailə kəndi
tərk edir. Onların evlərində Şamdan olan ermənilər yerləşir. Digər
erməni kəndlərindən isə ermənilər Dərəbasa yığışırlar. Dekabrın 26-
da erməni silahlıları türk evlərinə hücum edirlər. Kəndin əhalisinin
bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki üç böyük evdə –
Molla Əbülhəsən, Ələkbər bəy və Abbas Ələkbər oğlunun evində
sığınacaq tapırlar. A-do erməni vəhşiliyini belə təsvir edir:
«Evlərində gizlənmiş ermənilər köməyə gələnlərin qışqırıqlarını
eşidən kimi vəhşiləşmiş kimi küçəyə atıldılar, türklərin evlərinə
hücum edərək, talan edib yandırdılar. Onlar yanğınları və talanları
davam
etdirərək, yuxarıda adları çəkilən evlərə çatmışdılar, hansı ki,
orada türklər böyüklü-kiçikli, arvadlı-uşaqlı sığınacaq tapmışdılar.
Ermənilər burada cinayətkarlığın ən dəhşətli formasını həyata
keçirdilər. Onlar bu üç evə od vurub, insanları içində sağ-sağ
yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və
çoxsaylı insanlar məhv oldu. Biz o yanmış evlərin insan sümükləri
ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, daha çox da
dəhşətli cəhənnəmi törədənləri lənətlədik... Öldürülmüş,
yandırılmış, meyitləri səpələnmiş adamların sayı 272 nəfərə çatırdı»
[223a, s.90].
A-do Dərəbasda törədilən bu cinayətin yerli hakimiyyətin
ciddi araşdırılmasını münasib görmədiyini, polisin yalnız bir
protokol tərtib etməklə işini bitmiş hesab etdiyini qeyd edir [223a,
s.284-285].
Bu hadisələr bir daha sübut edirdi ki, 1905-1907-ci illərdə baş
vermiş milli toqquşmalarda rus çarizmi ssenarist, quruluşçu rejissor,
hərəkətverici rolunu oynamışdı və Cəfər Cabbarlı “1905-ci ildə”
pyesində bu məqamı “atan kazaklardır” ifadəsi ilə ustalıqla
göstərmişdi.
1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların
yaşadıqları, Kürdlər adlanan kəndə hücum etmiş, lakin çoxsaylı itki