ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə26/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

82 
etno-siyasi  rəng  verməklə  gələcəkdə  Azərbaycandan  qoparılması 
üçün siyasi zəmin yaratmaq idi. 1992-1993-cü illərdə ermənilərin və 
havadarlarının  mərkəzi  Laçın  olan  “Kürdüstan”  qəzasının  bərpa 
edilməsi barədə hay-küy salması, informasiya yayması da öz kökü-
nü  buradan  alırdı.  Bu  fikirdəyik  ki,  1926-cı  ilin  məlumatlarında 
Zəngəzurda  yaşayan  kürdlərin sayı süni olaraq şişirdilmişdi.  Bunu 
Azərbaycan əhalisinin milli tərkibinə dair (1926, 1939, 1959, 1970 
və 1979-cu illərin əhali sayımlarına görə) rəsmi statistik rəqəmlər də 
təsdiq edir. Nəzərə alaq ki, kürdlər Azərbaycanda yığcam halda yal-
nız Zəngəzur bölgəsində, qismən də Kəlbəcər rayonunda yaşayırdı. 
Azərbaycanda 1926-cı il kürdlərin sayı 41,3 min (1,8 %), 1939-cu 
ildə 6,0 (0,2  %), 1959-cu ildə 1,5 min, 1970-ci  il-ci ildə 5,5 min, 
1979-cu ildə 5,7 min ( 0,1%) təşkil etmişdi [120,76]. 
1990-cı  illərdə  xüsusilə  erməni  separatizmi  baş  qaldıranda 
Zəngəzur bölgəsində Moskva və Yerevanın təlimatı ilə kürd kartın-
dan istifadə etmək məqsədilə çox sayda qızışdırıcı yazılar dərc edi-
lərkən cavab olaraq bu istiqamətdə tərəfimizdən aparılan araşdırma-
ların yekunları barədə qəzetlərdə materiallar dərc etdirmiş və ərazi-
yə kürdlərin köçü, demoqrafik vəziyyəti, yerləşməsi barədə məqalə-
lərimdə  bilgilər  vermiş,  Laçın,  Qubadlı  və  Zəngilan  rayonlarının 
hansı  kəndlərində  kürdlərin  yaşadığı  da  adbaad  yazılmışdır  [139, 
s.18]. Yəni, Zəngəzur bölgəsinə daxil olan bu hər 3 rayona aid siya-
hıda 8-10 kənddə kürdlərin yaşadığını əsas gətirib hərəsində 90-110 
kəndin olduğu, ən qədim türksoyluların vətəni olan rayonların əhali-
sini ucdantutma kürd əsilli hesab etmək, kürd soylu saymaq məna-
sız, əsassızdır. Amma bu bölgədə kürdlərin yaşamadığını demək də 
düzgün deyil, həqiqətdən uzaqdır. 
Kürdlərin bu yerlərə köçü, gəlişi barədə elmi-tarixi mənbələr-
də  xeyli  məlumatlar  var.  1589-cu  ildə  I  Şah  Abbasın  vaxtında 
(1587-1629),  Osmanlı  sultanı  III  Muradın  (1574-1595)  1579-cu  il 
13 aprel tarixli fərmanı ilə kürdlərin bu bölgələrə köçürülməsi barə-
də məlumatlar vardır. 1717-ci ildə Hüseyn xanın vaxtında daha in-
tensiv olub. Kürdlərlə bağlı məsələ sarayda müzakirə olunarkən və-
zir Ədhəm xan son vaxtlar onların dövlətə qarşı açıq-aşkar çıxış et-


 
 83
 
mələrini,  quldurluq  etdiklərini,  yollarda  basqınların  baiskarları  ol-
duqlarını, üstəlik vergi ödəmədiklərini də deyir. Kürdlərin Arazdan 
o taya dağlıq ərazilərə köçürülmələri barədə qərar verilir. Kürdlərin 
5 mindən çoxu Zəngəzurda məskun olurlar. Nadir şah hakimyyətə 
gələndən sonra kürdlərə qarşı daha amansız olur, keçdiyi  ərazilər-
dən bütün kürdlərin köçürülməsini buyurur və onların vergiyə cəlb 
olunmasını da təmin edir. Qaraçorlu və Püsyan kürdlərinin bir his-
səsini də Qarabağa köçürdür [122, s.987]. Türkmənçay və Gülüstan 
sülh  müqavilələrindən  (1813;  1828)  sonra,  XIX  əsrdə  uzun  sürən 
rus-osmanlı, Rus-Qacar  müharibələri zamanı bu  köç daha intensiv 
olmuşdur. Zilanlı, mafruzlu, şotlanlı kürdlərinin də İrandan bu əra-
zilərə köçü 1820-1830-cu illərə təsadüf edir. Kürdlər, əsasən, köçəri 
həyatla, qoyunçuluq, maldarlıqla məşğul olduqlarına görə daha çox 
dağlıq  ərazilərdə  –  Naxçıvan  və  Zəngəzurda,  Qərbi  Azərbaycanda 
məskunlaşmışdılar [139, s.18].
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


84 


 
 85
 
 
III FƏSİL 
 
ZƏNGƏZUR XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
 
3.1. 1905-1906-cı illər 
 
Məlumdur  ki,  Romanovlar  rejimi  yeri  gəldikcə  imperiyada 
sosial  gərginliyi  aradan  qaldırmaq,  əhalinin  diqqətini  digər 
problemlərdən,  mütləqiyyətin  cinayətlərindən  yayındırmaq  üçün 
milli toqquşmaların süni sürətdə törədilməsindən də çəkinməmişdir. 
Belə  siyasətin  ən  bariz  nümunələrindən  biri  1905-1906-cı  illərdə 
etmişdi.  Bu,  həm  də  romanovların  və  ermənilərin  maraqlarının 
çulğalaşması  nəticəsində  mümkün  olmuşdur.  Erməni  siyasi 
partiyalarının  və  onların  silahlı  dəstələrinin  1905-1906-cı  illərdə 
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi 
qırğınlar, çoxsaylı terror aktları barədə o dövrün arxiv sənədləri və 
dövri mətbuat materiallarında kifayət qədər məlumatlar var. Həmin 
dövrdə Azərbaycan, rus və erməni dillərində nəşr edilən qəzetlərdə, 
xüsusilə  də  Bakıda  rus  dilində  nəşr  edilən  «Kaspi»  qəzetində 
hadisələri  xronoloji  ardıcıllıqla  əks  etdirən  məqalələr  dərc 
edilmişdir.  «Kaspi»  qəzetində,  həmçinin  1905-1906-cı  illər 
qırğınlarına  aid  digər  dövri  nəşrlərdə,  xüsusən  də  «Novoe 
obozreniye»,  «Tiflisski  listok»,  «Sankt-Peterburqskiye  novosti» 
qəzetlərində, habelə ermənicə nəşr edilən qəzetlərdə məqalələr dərc 
edilmişdir.  Zəngəzurda  törədilmiş  qırğınlar  müəyyən  dərəcədə 
Mirmöhsün  Nəvvabın  «1905-1906-cı  illərdə  erməni-müsəlman 
davası»  adı  ilə  çap  edilən  əsərində  [153]  əks  olunmuş,  Zəngəzur 
qəzasının  Qarakilsə  (Sisyan)  və  Vağüdi  kəndlərində  ermənilərin 
törətdikləri  qırğınlar  və  azərbaycanlıların  həyata  keçirdikləri  əks 
tədbirlər  haqqında,  yığcam  olsa  da  məlumat  verilmişdir. 
M.S.Ordubadinin  «Qanlı  illər»  əsəri  [156]  Azərbaycan  dilində 
1905-1906-cı  illər  qırğınlarına  həsr  olunmuş  ən  sanballı  əsər  olsa 
da, yalnız Zəngəzur qəzasının Qafan bölgəsinin Oxçu dərəsində və 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə