ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

 
 107
 
göstərildiyi  kimi,  ermənilərin  müsəlmanlar  üzərində  fasiləsiz 
zorakılıqlar  həyata  keçirmələri  baxımından  Zəngəzur  qəzasında 
daha ağır şərait yaranmışdı. Yüksək dağlıq ərazidə yerləşməsindən 
və qonşu Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələrinin pozulmasından, 
eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni kəndlərinin 
əhatəsində  yerləşməsindən  istifadə  edən  ermənilər  bölgədə  daha 
əlverişli  vəziyyətdə  idilər.  Azərbaycanın  digər  bölgələri  ilə 
müqayisədə qəza müsəlmanlarının vəziyyəti həm də onunla pisləş-
mişdi  ki,  yaxşı  silahlanmış  erməni  kəndliləri  ilə  yanaşı,  qəzada 
quldurbaşı  general  Andronikin  rəhbərliyi  altında  mütəşəkkil  hərbi 
hissə də var idi. Andronikin əsas məqsədi Zəngəzuru Ermənistanın 
tərkibinə qatmaqdan ibarət idi [133, s.7]. Onlar müsəlmanlara qarşı 
görünməmiş vəhşiliklər törədir, qətllərlə kifayətlənməyərək kəndləri 
yandırır və dağıdır, əmlaklarını, mal-qarasını aparır, torpaqlarını ələ 
keçirirdilər. Sisian mahalının I sahəsinin bütün müsəlman kəndləri, 
II  sahənin  kəndlərinin  əksər  hissəsi,  III,  IV,  V  sahələrin  mühüm 
hissələri  az  müddətdə  tamamilə  məhv  edilmişdi.  Bəzi  kəndlər 
tamamilə  yerlə  yeksan  olunmuş,  əkin  sahələri  ermənilərin  əlinə 
keçmişdi.  50000  nəfərdən  çox  müsəlman  öz  yurdundan  qaçqın 
düşərək  4-cü  sahədə  və  qonşu  Cəbrayıl  qəzasında  yerləşmişdi. 
Mixaylovun  məruzəsində  dağıdılmış  və  məhv  edilmiş  115  kəndin 
adı göstərilmişdi. Kəndlərdə 10068 nəfər müsəlman öldürülmüş və 
ya yaralanmışdı. Onların 7729-u (3257 kişi, 2276 qadın, 2196 uşaq) 
qətlə yetirilmiş, 2339 nəfəri isə (1060 kişi, 794 qadın və 485 uşaq) 
yaralanmışdı [133, s.7-15]. 
Lakin  bu  rəqəmlər  də  faciəli  vəziyyəti  tam  əks  etdirmir, 
reallıqda  erməni  vəhşiliklərinin  sayı  daha  çox  idi,  çünki 
müsəlmanlar  qəzadan  qaçqın  düşüb  sağ  qalanlar  biri  digərindən 
xəbərsiz  qaldığından  qurbanların  sayını  dəqiq  müəyyənləşdirmək 
mümkün olmamışdı. Digər tərəfdən isə AXC-nin çox mürəkkəb və 
ağır hərbi-siyasi, ictimai-sosial durumda olduğu bir zamanda bunu 
dəqiq müəyyənləşdirmək mümkün deyildi. 
Yuxarıda adı çəkilən məruzədə, habelə bu komissiyanın digər 
bu tipli materiallarında erməni vandalizmi şahid ifadələri ilə konkret 


108 
faktlarla  öz  təsdiqini  tapmışdı.  Ermənilər  1918-ci  ilin  iyununda 
Vağudi kəndinə hücum zamanı 400 müsəlman məscidə sığınmışdı, 
ermənilər məscidin qapısını kəsərək, əvvəlcə içəriyə əl qumbaraları 
atmış,  sonra  isə  məscidi  insanlarla  birgə  yandırmışlar.  Sağ  qalan 
qadınlara  təcavüz  etmiş,  sakinlərin  bütün  əmlakını,  mal-qarasını 
çapıb-talamış, 250 kişi, 100 qadın, 100 uşaq öldürmüş, 20 kişi, 10 
qadın,  9  uşaq  yaralamış,  90  ev  və  tikilini  yandırmış,  60-nı 
dağıtmışdı. Kəndin 15 ən gözəl qızı erməni əsgərlərinə paylanmış, 
onlar  bu  qansızlığa  dözməyərək  özlərini  öldürmüşdülər  [46,  v.6. 
s.11]. 
Nüvədi  kəndində  ermənilər  yataq  xəstələrini  süngüləyərək 
öldürmüş,  uşaq  və  qadınların  başlarını  kəsmişdilər.  Ermənilər 
insanlığa sığmayan bu vəhşilikləri Zəngəzurun Şəki, İmişli, Ağudi, 
Çullu,  Bağırbəyli,  Müsəlmanlar,  Qatar  və  digər  kəndlərinin 
günahsız  sakinlərinə  qarşı  da  törətmişdilər.  Ağkəndə  girən 
ermənilər evləri yandıraraq külə döndərmiş, qaçan sakinlərə çataraq 
65-ni  öldürmüş,  4-nü  yaralamışdılar.  Birinci  və  İkinci  Vartanəzir 
kəndlərinə  erməni  quldurlarının  basqını  nəticəsində  384  sakin 
öldürülmüş, 30-u yaralanmışdı [44, v.5-6]. 
Qəzanın  ən  böyük  azərbaycanlı-türk  kəndlərindən  olan  380 
tüstülük  Şəkidə  erməni  cəlladları  ən  qəddar  vəhşiliyi  həyata 
keçirmiş,  kəndin  140  kişi,  160  qadın,  200  uşaq  -  cəmi  500  nəfəri 
qətl  edilmiş,  80  kişi,  56  qadın,  10  uşaq  isə  yaralanmışdı  [45,  v.5-
s.416-417]. 
İrəvan,  Gəncə,  Tiflis  və  Qarsa  gedən  stratejik  yolların 
qovuşuğunda  yerləşən  Qarakilsədən  qaçan,  Azərbaycanın 
guneyində,  Naxçıvan  və  Ordubadda  kütləvi  qırğınların  bilavasitə 
təşkilatçısı olan Andronik və onun dəstəsi Sərdarabad və Zəngəzur 
bölgəsində  müsəlman  əhalini  qətl  etməyə  başladı.  Zəngəzurun 
şimal-qərb sərhəddində yerləşən 12 kənd ermənilər tərəfindən xara-
baya çevrilib əhalisi məhv edilmişdir [170]. Canını qurtara bilənlər 
isə Dərələyəz tərəflərə üz tutmuşdur. Mədət və Sisyan bölgələrinə 
hücum  edən  ermənilər  5  kəndi  viran  etmişdilər.  Əhalinin  çoxunu 
faciəli şəkildə,  görünməmiş işgəncələrlə qətl  etmişlər. Ermənilərin 


 
 109
 
bu bölgədə həyata keçirdiyi hücumları nəticəsində Sisyan və Yaylaq 
bölgəsində  yaşayan  türklər  dəhşət  və  qorxu  içərisində  Cəbrayıl  və 
Ağdam istiqamətinə doğru köçməyə başlamışlar [170]. 
FTK-nın  topladığı  məlumatlara  görə,  Zəngəzurun  1574  tüs-
tüdən  ibarət  32  kəndinin  2254  sakini  (1826  kişi,  275  qadın,  153 
uşaq)  amansızlıqla  qətl  edildi,  304  nəfərin  diri-diri  yandırıldığını, 
çox sayda  yaralının olduğu, sağ qalanların qaçqın düşdüyü məlum 
olur  [17].  Vağudi  kəndində  450,  Ağudidə  325,  Teydə  135, 
Şabadində 110 nəfər öldürülmüşdü [121, s.69-70]. 
Andronikin  başçılığı  ilə  erməni  quldurları  Urud,  Darabas, 
Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, İr-
mis,  Pəhlili,  Kürdlər,  Xotanan,  Sisyan,  Zabazadur,  Çullu, 
Bağırbəyli, Müsəlmanlar, Qatar və digər kəndlərini dağıdaraq  500 
nəfəri qətl etmişdi [121, s.69-70]. 
Sisianın I polis sahəsinin bütün, II sahənin əksər hissəsi, III-
IV-V sahələrin yarıdan çoxu tamamilə məhv edilmişdi. Məhv edilən 
115 kəndin 50 mindən çox sakini qaçqın düşmüşdü [95, s.4]. 
N.Mixaylovun  məruzəsində  şahid  ifadələrinə  əsaslanan  20 
belə qəddarlıq faktı öz əksini tapmışdı. Lakin erməni vəhşiliklərinin 
sayı o qədər çox idi ki, onların hamısını bir məruzədə əks etdirmək 
mümkün  olmamışdı.  Qəzanın  hər  bir  dağıdılmış  kəndində  baş 
vermiş bu cür cinayətləri sadalamaqla qurtarmaq qeyri-mümkündür 
[47, v.5, s.4]. 
Azərbaycan  Himayəçilik  Nazirliyi  tərəfindən  Klenevskinin 
rəhbərliyi  altında  yaradılmış  komissiya  yerlərdə  qaçqınların 
vəziyyətini araşdıraraq geniş məruzə hazırlamışdı. Qeyd etmək la-
zımdır ki, komissiya üzvləri buna qədər qaçqınların məskunlaşdığı 
digər  bölgələrdə  də  olmuşdular.  Lakin  onları  Zəngəzur 
qaçqınlarının  vəziyyəti  dəhşətə  gətirmişdi.  Klinevski  qaçqınların 
vəziyyətini belə xarakterizə edirdi: «Zəngəzurlu qaçqının xarici gör-
kəmi  ən  sərt,  mərhəmətdən  uzaq  ürəkləri  belə  titrədə  bilər. 
Qaçqınların  arıq,  soyulmuş,  soyuqdan  titrəyən,  cır-cındıra 
bürünmüş  bədənləri,  iltihablı,  malyariyadan  saralmış  gözləri 
insanda yaddaşdan silinməz təəssürat yaradır». Erməni vandalizmi-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə