ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi


  Zəngəzurda  yerli  əhalinin  çarizmə,  erməni



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

 
 113
 
3.3.  Zəngəzurda  yerli  əhalinin  çarizmə,  erməni 
daşnaklarına və bolşevizmə qarşı mübarizəsi 
 
Zəngəzur  bölgəsi  tarix  boyu  xalqımızın  milli  azadlıq 
mübarizəsinin,  yadelli  işğalçılara  qarşı  mücadiləsinin  əsas 
mərkəzlərindən biri olub. Biz yuxarıda Babəkin ərəb xilafətinə qarşı 
son,  ən  ağır  savaşlarının  Zəngəzur  torpaqlarında  baş  verdiyini 
yazmışdıq.  Yadelli  işğalçılara  qarşı  savaşlar  sonrakı  dövrlərdə  də 
davam etmişdir. 
XIX  əsrin  sonlarında  bu  mübarizənin  başında  duran 
Zəngəzurun  Yuxarı  Mollu  kəndində  (Qubadlı  rayonu-H.A) 
doğulmuş  Qaçaq  Nəbi  idi.  Azərbaycan  xalqının  qəhrəmanlıq  və 
milli  azadlıq  hərəkatı  tarixində  Qaçaq  Nəbinin  adı,  mübarizəsi 
şərəfli  yer  tutur.  Nəbi  Alı  oğlunun  XIX  əsrin  70-90-cı  illərində 
Zəngəzur  qəzasında  yerli  zülmkar  mülkədarlara  qarşı  müqaviməti, 
az  keçmədən  yadellilərə  -  müqəddəs  Vətən  topaqlarımızı  qanla 
suvarıb  işğal  edən  çar  Rusiyasına  və  onun  müstəmləkəçi,  şovinist 
idarə  üsuluna,  imperiyanın  yerli  hökumət  orqanlarına,  “sapı 
özümüzdən  olan  baltalara”  qarşı  çevrildi.  20  il  davam  edən  bu 
mübarizə Zəngəzur, Qarabağ, Naxçıvan, Dərələyəz, Vedi mahalları 
ilə yanaşı, Qacarlar İranı və Osmanlı dövlətinin bir sıra vilayətlərini 
də  əhatə  edirdi.  Bu  mücadilənin  mahiyyəti,  hədəfi  barədə 
Azərbaycan  istiqlal  məfkurəsinin  və  dünyəvi,  demokratik 
Azərbaycan  Cümhuriyyətinin  qurucusu  Məhəmməd  Əmin 
Rəsulzadə  «Azərbaycan  tarixində  qaçaq  hərəkatı»  məqaləsində 
yazırdı:  “Azərbaycanda  qaçaq  hərəkatı  əsasən  rus  çar  rejiminə  və 
yerli  zülmkarlara  qarşı  mübarizə  prosesində  meydana 
gəlmişdir....XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan 
qaçaqlardan zəngəzurlu Qaçaq Nəbini əlimizdə olan məlumatlara və 
eşitdiklərimizə  əsaslanaraq  anlatmaq  istəyirik.  Zəngəzur  və 
Qarabağda  qorxmadan  partizan  müharibəsi  aparan  Qaçaq 
Nəbinin…  əsas  düşmənləri  çar  rejimi,  xanlar  və  bəylər  idi.  O, 
mübarizəsində  kasıbları  və  onların  hüquqlarını  müdafiə  edirdi. 
Nəbinin  qaçaqçılığının  ilk  illərində  mübarizə  apardığı  əsas  ərazi 


114 
Zəngəzur  və  Naxçıvan  vilayətləri  olsa  da,  bu  coğrafiya  ilbəil 
genişlənirdi.  İstismarçı  rus  çar  rejiminə  qarşı  mübarizə  aparan 
qaçaqlara xalq yaxından köməklik göstərir, ərzaqla təmin edir, yeri 
gəldikdə  gizlədirdi.  Nəbi  uzun  müddət  rus  kazakları  ilə  vuruşur, 
sıxışdırıldığı zaman hazırkı İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi 
bu  hərəkatı  yatırtmaq  üçün  bütün  vasitələrə  əl  atırdı...dastanlarda 
“Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir.” [246]. 
Bu tarixi həqiqətlər, yəni Qaçaq Nəbi mücadiləsinin hədəfləri 
– “urus, naçalnik, pristav,  qazamat,  saldat, karovul, kazak, erməni 
Ginkur...”,  eynilə  xalqın  Qaçaq  Nəbiyə  qoşduğu  şeirlərdə  də  öz 
əksini tapıb: 
 
Qazamata çəkib urus hasarı, 
Dörd yanı çevrəmə qurulub barı. 
Nəbinin sədası düşüb hər yana
Naçalnik, pristav oldu yan-yana. 
 
Qazamatın yanı tökmə qaladı, 
Saldat da bir yandan yaman bəladı. 
Üçtəpə düzündən qopubdur sazaq, 
Düzülüb qarovul saldatla kazak. 
 
Nəbinin birçəyi oyma-oymadı, 
Qırdı saldatları, birin qoymadı. 
Həcər xanım heç Nəbidən doymadı. 
Bu davada Nəbi tufan eylədi 
 
Kazakları qırıb fiğan eylədi. 
Burda Nəbi yenə bir ad eylədi 
Erməni Ginkuru bidad eylədi və sair [246]. 
 
Tarixdən  məlumdu  ki,  qaçaqlar  və  qaçaqçılıq  xalqın 
istismarçılara  qarşı  mübarizə  forması  idi  və  milli  azadlıq 
hərəkatında  özünəməxsus  yer  tuturdu.  Hökumətin  təqiblərindən 


 
 115
 
qaçıb  dağlarda,  meşələrdə  gizlənən  və  yerlərdə  hökumət 
məmurlarına  qarşı  mübarizə  apardığına  görə  qaçaq  düşmüş 
adamları,  xalq  «qaçaq»  adlandırırdı.  Maksim  Qorkinin  təbirincə 
desək, “həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın 
nifrət etdikləri quldurlar da olmuşdur” [109, s.107]. 
Zəngəzur  qəzasının  sonuncu  qazısı,  tarixçi,  folklorşünas 
Bəhlul  Bəhcətin  hələ  sovet  ideologiyasının  tam  və  qəti  qələbə 
çalmağı,  repressiyaların  tüğyan  etmədiyi  1920-ci  illərdə  yazdığı 
“Qaçaq  Nəbinin  tarixi”  (vəsiqə  və  sənədlər  üzrə)”  kitabında 
(“Çıraq”  nəşriyyatı,  2011)  gətirdiyi  çoxsaylı  faktlar  –  başlıqlar  da 
M.Ə.Rəsulzadənin  fikirləri  ilə  eynən  üst-üstə  düşür;  “Qaçaq 
Nəbinin  Xinzirəyə  hücumu  və  Bedrus  bəylə  keşişi  öz  evində 
öldürməsi”,  “Qaçaq  Nəbinin  dağbəyi  Ginkor  Qrikoru  öldürməsi”, 
“Xuçmanski  Lütvəli  bəyi  öldürməsi”,  “Nəbinin  qardaşı  Mehdinin 
Ordubadın  Qarçevan  kəndində  ermənilər  tərəfindən  öldürülməsi”, 
“Maltəpə  Sarımsaqlıda  Naxçıvan  naçalniki  Slovenki  və  Zəngəzur 
naçalniki  Səlim  bəylə  döyüşü”,  “Əliquluşağında  erməni  tacirlərin 
xəyanəti və öldürülməsi” və sair [246]. Qaçaq Nəbinin rəhbərliyi ilə 
20  ildən  çox  davam  edən  «rus  çar  rejiminə  qarşı  partizan  mü-
haribəsi» Qarabağ, Naxçıvan, Güney Azərbaycan, Osmanlının şimal 
əyalətlərini də əhatə etmiş, Peterburq, Tehran, İstanbul saraylarında 
bu  qorxubilməz  dəstənin  ləğvi  istiqamətində  birgə  işbirliyinə  dair 
gizli  yazışmalar  aparılmış,  əlbir  planlar  qurulmuş,  xainlərin,  mal-
mülk, qızıl düşkünlərinin yardımı ilə də xəyanətlə icra olunmuşdur 
[246]. 
Hələ  uşaq  ikən  Nəbi  kəndlilərə  qarşı  özbaşınalığın,  zülmün 
bütün  dəhşətlərini  ailələrində,  qonum-qonşuda  şəxsən  görüb 
yaşamışdı.  Aşağı  Mollu  kəndinin  sakinlərinə  mülkədar  Məmməd 
bəyin elədiyi zülmün əvəzin çıxmaq üçün onu ağır yaralayıb, qaçıb 
bir  müddət  gizli  yaşamışdı.  Sisianın  Salvartı  yaylasında,  Gorusda, 
Naxçıvan  qəzasının  Əbrəqunus,  Ərəfsə  və  Ordubad  qəzasının 
kəndlərində  gizlənib.  Üç  dəfə  tutulub  həbs  edilsə  də,  hər  dəfə 
qorxubilməz  cəsarətlə  həbsxanadan  qaçıb  Nəbi  dağlarda  və 
meşələrdə  yaşamağa  məcbur  olmuşdu.  Dəfələrlə  həbsdən  qaçması 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə