ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə44/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

138 
Qarabağ  və  Zəngəzur  məsələsinin  həllində  ingilis  köməyindən 
qətiyyətlə  imtina  edilməlidir;  2.  İngilislər  Qarabağ  və  Zəngəzur 
məsələsinin  həllində  bizə  yalnız  maneçilik  yaradırlar;  3.  Məcburi 
tədbirlər  görülmədikcə  ermənilər  Azərbaycan  hakimiyyətinə  tabe 
olmayacaqlar;  4.  Bu  problem  həllini  tapmadıqca  əhali  hökumətin 
gücsüz  olduğuna  inanacaqdır.  Bu  isə  həmin  bölgələrdən  əlimizi 
tamam  üzmək  deməkdir.  Cəsur  hərbçi  və  cəsarətli  siyasətçi  olan 
Xosrov bəy problemin həllinin aşağıdakı yollarını da göstərirdi: 1. 
Təxirə  salmadan  hərbi  hissələri  Zəngəzura  yeritmək,  ermənilərin 
İrəvandan  Zəngəzura,  Azərbaycanın  digər  bölgələrinə  hərəkətinin 
qarşısını  almaq;  2.  Dağlıq  Qarabağa  Azərbaycanın  hakimiyyətini 
tanımaq  barədə  ultimatum  vermək  və  altı  gün  vaxt  qoymaq;  3. 
Bütün  ermənilərə  Azərbaycan  rayonlarından  getməyi  təklif  etmək, 
ultimatum dövründə onlarla hər cür danışıqları kəsmək, ultimatum 
bitdiyində  dərhal  hərbi  əməliyyatlara  başlamaq  və  bütün 
məsuliyyəti erməni başçılarının üzərinə qoymaq [3s.121-122]. 
Xosrov  bəy  Osmanlıda  Hərbi  nazir  Ənvər  Paşanın  erməni 
məsələsini necə həll etdiyini də gözəl bilirdi: erməni durduqca pro-
blem  duracaq,  erməni  məsələsini  həll  etməyin  yeganə  yolu 
ermənilərdən azad olmaqdır [3, s.129-131]. 
Tarixi  şans  bir  dəfə  verilir,  sən  ondan  yararlanmadınsa, 
qarşındakı yararlanacaq, Zəngəzur ortada qalıb sahibini gözləyən ov 
kimi  idi,  birinci  kim  götürdüsə  onun  idi.  Qarabağın  general-
qubernatoru  Xosrov  bəy  1919-cu  il  aprelin  2-də  AXC  Nazirlər 
Şurasının sədrinə məktubda yazırdı ki, general-qubernatorluğun hü-
dudlarında siyasi məsuliyyəti mən daşıdığım halda hərbi hissələrin 
mənə  tabe  olmaması,  lazımi  zamanda  silahlı  qüvvələrin  gücündən 
istifadə etmək hüququndan istifadənin, həm də hökumətlə teleqraf, 
rabitə  əlaqəsi,  xüsusən  zəruri  hallarda  Hərbi  nazirlə  əlaqə 
qurmağımın  qeyri-mümkünlüyü  bölgəni  böhranlı  vəziyyətə  salıb, 
faktik  olaraq  ikihakimiyyətlilik  hökm  sürür,  ingilis  missiyası 
öhdəsinə  götürdüyü  missiyanı  yerinə  yetirmir,  ermənilərlə, 
ingilislərlə apardığımız danışıqlar heç bir nəticə vermir, ermənilərin 
hərəkətlərindən  görünür  ki,  onlar  güclü  hazırlıq  aparırlar.  Qanuna 


 
 139
 
görə general-qubernatorun hakimiyyəti Baş komandanın hakimiyyə-
tinə  bərabər  tutulur,  ona  görə  də  hərbi  hissələr  onun  tabeliyinə 
keçməlidir. 
Bu, çox ciddi tələbə heç bir cavab gəlmir, Xosrov bəy yenidən 
hökumətə  yazır  ki,  Qarabağda  hərbi  hissələrin  mənə  tabe 
edilməsinin  zəruriliyi  haqqında  dəfələrlə  verdiyim  bəyanata 
baxmayaraq,  indiyə  qədər  cavabsız  qalmışdır.  Mənim  tərəfimdən 
bildirilmişdir  ki,  bu  cür  tabe  edilmə  qətiyyən  mövcud  qanunlarla 
ziddiyyət təşkil etmir. Məsələnin vacibliyinə və təxirəsalınmazlığına 
baxmayaraq, Azərbaycanın bu vilayətinin taleyi bu məsələnin həlli 
ilə bağlıdır [3, s.129-131]. 
O  yazırdı  ki,  indiki  vaxtda  Qarabağ  məsələsinin  həll 
edilməsinin mənim cavabdehliyimdə olduğunu nəzərə alaraq xahiş 
edirəm  hərbi  hissələrin  Qarabağın  general-qubernatoruna  tabe 
edilməsi haqqında qərar verəsiniz, ya da mənim istefamı qəbul edib, 
hərbi hissələri ona tabe etməklə digər bir şəxsi mənim yerimə təyin 
edəsiniz. Mən bu haqda bəyanat verərkən tamamilə vətənpərvərlik 
hisslərindən  çıxış  edirəm.  Nə  üçün?  Ona  görə  ki,  vilayətdə  hərc-
mərclik  olmasın,  vilayət  özbaşına  buraxılmasın,  Hökumətin 
Qarabağdakı  nümayəndəsinə  heç  bir  mövcud  siyasi  vəziyyətlə, 
mövcud  qanunlarla  bəraət  qazandırılmayan  qeyri-müəyyən  və 
anlaşılmayan  münasibət  bəsləyən  ermənilərin  hakimiyyətinə 
verilməsin.  Xosrov  bəy  növbəti  məktublarında  bölgədəki 
Azərbaycan ordu hissələrinin də durumundan ətraflı bəhs edirdi O, 
Hərbi  nazirliyə  tabe  olan  hissələrdəki  əsgərlərin  ayaqqabı,  geyim, 
patron çatışmazlığından, hətta itaətsizliyə gətirib çıxaran vəziyyətin 
kəskinliyindən,  neçə  aydır  şəxsən  ona  vəd  olunan  patronları 
almadığından  yazır,  Qarabağ,  Zəngəzurdakı  vəziyyətin  böhranlı 
həddə  çatdığını,  Qarabağ  qubernatorluğuna  aid  ərazilərin 
məsələsinin  birdəfəlik  qəti  həlli  üçün  hərbi  sursatla  2  min  əsgərin 
onun  tabeliyinə  keçirilməsini,  əks  təqdirdə  özünün  istefaya 
göndərilməsini  israrla  təkid  edirdi.  Mövcud  real  vəziyyət  də  bunu 
tələb edirdi və Xosrov bəy israrında tamam haqlı idi [3, s.129-131]. 


140 
AXC  Nazirlər  Şurasının  sədri  Nəsibbəy  Yusifbəyli  Xosrov 
bəyin bu məktubu ilə bağlı Hökumətin 1919-cu il 19 aprel iclasında 
şəxsən  məruzə  edir,  qızğın  müzakirə  keçirilir  və  məsələ  həllini 
tapmır,  «Xosrov  bəy  hərbçi  deyil»  –  bəhanəsi  ilə  heç  bir  konkret 
qərar  qəbul  olunmur,  tədbir  görülmür.  Onun  «Azərbaycan»  qəze-
tinin  5  aprel  nömrəsində  çap  olunmuş  müsahibəsi  də  vəziyyətin 
böhranlılığını  aşkar  göstərsə  də,  Hökumət  və  Parlamentdəki 
müəyyən  qüvvələr  müxtəlif  bəhanələr,  əsassız  arqumentlərlə,  ən 
başlıcası  isə  ingilis  nümayəndəliyinin  təzyiqi  qarşısında  geri 
çəkilərək  Qarabağda  vəziyyətin  birdəfəlik  Azərbaycanın  xeyrinə 
həlli yolunda ciddi sipər çəkdilər [3, s.129-131]. 
Hələ müsəlman əhalisinə qarşı qırğınların başlanmasından bir 
neçə  ay  qabaq  Şuşa,  Zəngəzurdan  ermənilərin  ciddi  hazırlıq 
gördükləri barədə məlumatlar Gəncə və Bakıya, Tiflisə göndərilirdi. 
Cəlil  Sultanovun  1920-ci  il  yanvarın  24-də  Parlamentin  sədrinə 
ünvanlandığı  teleqramda  yazırdı:  "Bütün  teleqramlarıma  əlavə 
olaraq,  hərbi  əməliyyat  yerindən  məlum  edirəm  ki,  Zəngəzur 
sarıdan  başınız  sağ  olsun.  Ermənilər  öz  qüvvələrini  Cəbrayıl 
qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. 
Erməni  xəyanəti  və  hiyləgərliyi  qurbanlarının  sayı  hesaba 
gəlməzdir"  [36,  v.8-12].  Həyəcanlı  xəbərlər  gəlməkdə,  AXC 
strukturları  isə  sərəncamındakı  sayca  ermənilərdən  az  olmayan 
hərbi  qüvvələri  səfərbər  etməklə  vətəndaşlarını  və  torpaqlarını 
qorumaqdansa,  diplomatik  yazışmalara,  bu  hərbi-siyasi  planların 
başında  duran  əcnəbilərə  Ermənistan  hökumətinin  «yolverilməz 
hərəkətləri»  barədə  şikayətlər  göndərməkdə  davam  edirdi.  Əldə 
edilən  «uğur»  isə  qan  tökməkdən  bezmiş,  doymuş  kimi  görünən 
generallar  Njde  və  Hamazaspın  yerinə  onlardan  daha  qəddar, 
döyüşkən generallar Dro, Qazaryan ilə əvəzlənməsi olmuşdu. 
Üzeyir  Hacıbəyov  «Andronikin  məsələsi»  məqaləsində 
başıpozuq  generalın  heç  bir  söz,  nəsihət  və  xəbərdarlıqlara,  hətta 
ingilis hərbi komandanı, general-mayor Tomsonun təhdidlərinə belə 
məhəl  qoymadan  müsəlman  kəndlərini  dağıtmasını,  əhalisini 
qırmasını, özbaşınalığını şərh edir, onu quldur adlandırır, yazırdı ki, 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə