ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

132 
yolla  silah  aparan  Erməni  Milli  Şurasının  üzvləri  həbs  edilərək 
Qarabağ  ərazisindən  çıxarılmışdı  [110  s.49].  Top,  haupitsa, 
pulemyotlarla  silahlanmış,  nizami  süvari  və  piyada  dəstələrinə 
malik  olan  daşnak  ordu  hissələrinə  [164,  s.228]  qarşı  yerli 
özünümüdafiə dəstələri bəzən sarsıdıcı zərbələr də vurur, erməniləri 
itkilərə məruz qoyurdu” [42, s.44-47]. 
Lakin acı təəssüflər olsun ki, ermənilərin aldığı belə sarsıdıcı 
zərbələrdən  sonra  AXC  silahlı  qüvvələri  yaranmış  vəziyyətdən 
istifadə edərək Zəngəzur və Qarabağda erməni mövcudluğuna son 
qoymaq  fürsətini  əldən  verdi.  Qarabağda  baş  verən  hadisələrin 
mərkəzi  siması  olaraq  Xosrov  bəy  Sultanovun  1918-ci  ilin 
ortalarından başlayaraq aprel 1920-ci ilin aprelin son günlərinədək 
Nazirlər  Şurasına,  Hərbi  Nazirliyə,  Milli  Şuraya,  Baş  nazirlər 
Fətəlixan  Xoyski  və  Nəsib  bəy  Usubbəyova  ünvanlandığı  xeyli 
məktub, teleqram, raportları, xüsusən Qafqazda əsas söz sahibi olan 
ingilis  generalı  Şatelvortla  Qarabağ  məsələsinə  dair  apardığı 
müzakirələrdən  dərhal  sonra  -  22  avqust  1919-cu  il  Milli  Şuraya 
göndərdiyi - Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış 
vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər adlı məlumat-
məruzəsi, eləcə də Andranikin 1918-ci il sentyabrın 4-də Zəngəzura 
ayaq basdığı gündən tökdüyü qanlar, onun məqsədi, hərəkət planları 
barədə  qəza  rəisi  Məlik  Namazəliyevin  Gəncə,  ardınca  da  Bakıya 
göndərdiyi  onlarla  məktub,  teleqram  da  Milli  Şuranı,  AXC 
hökumətini lazımi zamanda qətiyyət, siyasi iradə, cəsarətli hərəkətə 
keçməyə sövq edə, inandıra bilmədi. Hələ üstəlik 1918-ci ilin qanlı 
mart  qırğınlarından  sonra  da,  hətta  Nuru  paşa  komandanlığında 
Bakının  işğaldan  azad  edilməsindən  sonra  belə  ermənilərin 
həyasızlıqla  AXC-nin  Bakıdakı  hökumət  strukturlarında 
möhkəmlənmək, parlamentdə daha çox yer tutmaq səylərinə lazımi 
cavab  verilmədi,  sanki  heç  nə  olmamış  kimi  ermənilərin  Bakıda 
yenidən qol-qanad açmalarına imkan yaradıldı. AXC Parlamentində 
erməni  fraksiyası  5,  Daşnaksütyun  fraksiyası  7  deputatla  təmsil 
olunurdu  [240].  Erməni  siyasilərinin  və  silahlı  quldur  dəstələrinin 
əsas  ideya,  maddi  təminatçılarından  biri  Bakıda  yaşayan,  mart 


 
 133
 
qırğınlarının,  Nuru  paşa  qoşunlarına  qarşı  müqavimətin 
təşkilatçılarından,  daha  sonra  Paris  sülh  konfransında  Azərbaycan 
əleyhinə  mübarizəsini  davam  etdirən  general  Baqratuni  də  həmin 
dövrdə Bakıda mənfur fəaliyyətini sərbəstcə davam etdirirdi [244]. 
1919-cu  ilin  iyulunda  Zəngəzurda  böyük  potensiala  malik 
erməni-daşnak nizami qoşun hissələri mövcud idi. Onlar Qızılboğaz 
keçidi vasitəsilə Ermənistan hökuməti ilə əlaqə saxlayırdılar. 1919-
cu  ilin  oktyabrında  Zəngəzurun  gəlmə  erməni  əhalisini 
azərbaycanlılara və Azərbaycan Hökumətinə qarşı qaldırmaq üçün 
buraya  xüsusi  təxribat  qrupları  göndərilmişdi.  Zəngəzura 
Ermənistandan  yeni  nizami  qoşun  hissələrinin  göndərilməsi 
planlaşdırılırdı.  Bölgədə  Ermənistan  hökumətinin  silahlı 
qüvvələrinin iştirakı ilə AXC-yə qarşı hazırlanan qiyamın qarşısını 
almaq,  ölkənin  ərazi  bütövlüyünü  təmin  etmək  və  əhalini 
qırğınlardan qorumaq üçün Azərbaycan hökuməti onun öz torpağı 
olan  bu  qəzaya  qoşun  dəstəsinin  göndərilməsini  qərara  aldı.  Bu 
məqsədlə  Hərbi  nazirlik  1919-cu  il  oktyabrın  30-da  “Zəngəzur 
ekspedisiyası”  adlanan  xüsusi  dəstə  yaratdı.  Dəstənin  rəhbəri  1-ci 
piyada diviziyasınm komandiri, general-mayor Cavad bəy Şıxlinski 
idi.  Dəstə  iki  qrupdan  ibarət  idi.  Birinci  dəstədən  ibarət  qrupa 
general-mayor Davud bəy Yadigarov, sağ və sol dəstələrdən ibarət 
ikinci  qrupa  isə  polkovnik  Levestam  komandirlik  edirdi.  Birinci 
dəstə tərkibinə görə daha böyük idi və qarşıya qoyulan vəzifələrin 
yerinə yetirilməsində əsas zərbə qüvvəsi kimi nəzərdə tutulmuşdu. 
Onun  tərkibinə  2-ci  Zaqatala  piyada  alayının  bir  taboru  və  8 
pulemyotu, 2-ci Qarabağ süvari alayının 4 bölüyü və 4 pulemyotu, 
3-cü Şəki süvari alayından 2,5 bölük və 2 pulemyot, 2-ci dağ-topçu 
diviziyasından  iki  topu  olan  4-cü  batareya  daxil  idi.  Bütövlükdə, 
dəstədə  1  tabor,  6,5  bölük  süvari,  14  pulemyot  və  2  top  var  idi. 
Dəstə  oktyabrın  30-da  ilkin  mövqelər  istiqamətində  Xankəndidən 
Zəngəzura  doğru  hərəkətə  başladı.  Müxtəlif  istiqamətlərlə  hərəkət 
edən birinci, habelə sağ və sol dəstələr qəza mərkəzi Gorusa bitişik 
Dığ  yaşayış  məntəqəsinə  doğru  irəliləməli  idilər.  Dığın  erməni 
silahlı  qüvvələrindən  təmizlənməsi  həm  Qarabağa  aparan  strateji 


134 
yolu,  həm  də  bölgəni  nəzarət  altında  saxlamaq  üçün  böyük 
əhəmiyyətə  malik  idi.  Birinci  dəstə  Dığa  doğru  şimaldan  hərəkət 
etməli  idi.  Zəngəzur  dəstəsinin  rəisi  general-mayor  C.Şıxlinskinin 
əmrinə  əsasən,  Birinci  dəstə  noyabrın  3-də  hücuma  başlamalı, 
dəstənin  piyada  bölmələri  2  ədəd  topla  Sultan-kənd,  süvari 
bölmələri  isə  Sadınlar  kəndi  istiqamətində  irəliləməli  və  orada 
döyüşqabağı  mövqe  tutmalı  idi.  Hücum  zamanı  dəstənin  sağdan 
mühafizəsi  Sultan  bəy  Sultanovun  rəhbərliyi  ilə  yerli  partizanlara 
tapşırıldı.  Noyabrın  4-nə  keçən  gecə  yerli  partizanlar  Keçəldağ 
strateji  yüksəkliyini  tutub,  orada  möhkəmlənməli,  sonra  isə  hərbi 
hissə  və  bölmələr  hücuma  qoşulmalı  idilər.  Bölgədə 
azərbaycanlıları sıxışdırmağa çalışan ermənilər də bu döyüşə ciddi 
hazırlaşmışdılar.  Onların  Dığ  və  Gorus  ətrafında  6  minədək  canlı 
qüvvəsi,  4  qaubitsası  və  2  ədəd  topu  var  idi.  Atəşlərin  dəqiq  və 
dağıdıcı olması göstərirdi ki, topçular təcrübəli zabitlərdirlər. Süvari 
qoşunları  ən  azı  3  bölükdən  ibarət  idi.  Dığ  istiqamətində  aparılan 
döyüşlər  Azərbaycan  qoşun  hissələrinin  uğuru  ilə  başlasa  da,  onu 
əldə  saxlamaq  mümkün  olmadı.  Düşmən  qüvvələrinin  çoxluğu  və 
onların  dağ  şəraitinin  imkanlarından  səmərəli  istifadə  etmələri, 
təminat məsələlərinin vaxtında həll olunmaması, irəli getmək üçün 
ərazidə münasib yolların olmaması və onların çoxunun Andranikin 
dəstəsi  tərəfindən  dağıdılması  Azərbaycan  qoşun  hissələrinin 
hücumunu  səngitdi.  Ona  görə  də  noyabrın  3-dən  7-dək  Dığ 
istiqamətində aparılan döyüşlərdə AXC ordusunun qoşun bölmələri 
qarşıya  qoyulan  vəzifələri  yerinə  yetirmədən  ilkin  mövqeyə 
qayıtmalı  oldular.  General  C.Şıxlinski  döyüşün  nəticələri  ilə  bağlı 
hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur 
dəstəsinə  əlavə  olaraq  üç  taborlu  bir  piyada  alayını  verilməsi  ilə 
döyüş  tapşırığını  uğurla  yerinə  yetirmək  mümkündür.  Lakin 
Zəngəzur  ekspedisiyası  qarşıya  qoyulan  vəzifəni  yerinə  yetirmədi, 
hərbi əməliyyat başa çatdırılmadı. [252]. 
Əməliyyatın  gedişində  özünümüdafiə  dəstələri  mərdliklə 
vuruşsalar  da  nizami  erməni  hərbi  hissələrinin  qarşısında  duruş 
gətirmək  üçün  mümkün  deyildi.  Ermənilər  həmin  soyuq  noyabr 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə