ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

 
 135
 
günlərində Qarıqışlaq kəndi ətrafında 36 nəfər qadın, qoca və uşağı 
güllələdilər.  Qarıqışlaq  kəndində  bu  qətliamları  törədən  Mardi 
Ayvazyanın və Eqiş İşxanyanın hərbi bölmələri də ermənilərin əks-
hücum  planına  uyğun  olaraq  Zabux  kəndi  istiqamətində  yenidən 
hücuma  keçdilər.  Lakin  ermənilər  Zeyvə  və  Sultanlar  kəndləri 
istiqamətlərində  yerli  azərbaycanlı  əhalidən  və  AXC  hərbi 
hissələrindən  təşkil  olunmuş  birləşmələrin  güclü  müqaviməti  ilə 
qarşılaşdılar, bir neçə saatlıq döyüşdən sonra erməni qüvvələri itki 
verərək  geri  oturduldu.  Həmin  gecə  erməni  kəşfiyyatı  Qarıqışlaq 
kəndindəki bölmələrinə Gorus - Sisian rayonları istiqamətində olan 
bütün  dağ  yolları  və  cığırları  azərbaycanlıların  nəzarəti  altında 
olduğu xəbərini gətirdi. Çox sonralar həmin döyüş barəsində erməni 
tarixçisi  Z.Şahnazarov  xatirələrində  həm  özlərinin  törətdikləri 
qarətçilikdən,  vəhşiliklərindən,  həm  də  qorxudan  mövqelərini 
qoyub  qaçdıqlarını  etiraf  edirdi:  "Biz  Qarıqışlaq  kəndindən 
çıxarkən, əhaliyə məxsus bütün əmlakı özümüzlə götürdük, kənddə 
bir  pişik  belə  qalmadı,  evlərə  od  vurub  oradan  çıxdıq.  Ətraf 
kəndlərdən  topladığımız  atlardan  nəqliyyat  vasitəsi  kimi  istifadə 
etdik. Əldə etdiyimiz bütün əmlakı itki vermədən özümüzlə əvvəlcə 
Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə gətirdik." [251]. 
Həmin  günlərdə  Müttəfiq  dövlətlərin  Qafqazdakı  təkidlə 
döyüşlərin  dayandırılması  üçün  Ermənistan  və  Azərbaycan 
hökumətlərinə  təzyiq  edir,  tərəflər  arasında  sülh  danışıqları 
aparılmasını,  hücumun  dayandırılmasını  istəyirdi.  Əslində  isə 
ermənilər  Zəngəzurda  ciddi  zərbələr  aldığından  əlavə  qüvvə 
toplamaq  üçün  vaxt  qazanırdı.  AXC  ordusu  hissələri  bölgədən 
çıxarılmışdı.  Zəngəzur  yenə  də  yalnız  yerli  əhalinin  öz  imkanları 
hesabına  müdafiə  edilməyə  cəhd  edirdi.  Bu  dəfə  də  məqsədlərinə 
nail olaraq, daha  güclü qüvvə ilə dinc əhalinin soyqırımını davam 
etdirməyə başladılar [251]. 
Xosrov  bəy  həmin  günlərdə  israrla  xarici  emissarlarının 
kölgəsində  Qarabağda  lövbər  salmış  Erməni  Milli  Şurasına  və 
onların  himayəsindəki  silahlı  dəstələrə  6  gün  ərzində 
tabeliklərindəki hərbi hissələri ilə birlikdə Qarabağ və Zəngəzurun 


136 
hüdudlarından  çıxması  barədə  ultimatum  verilməsini,  yuxarı 
Qarabağ  ərazisindəki  əslində  mövcud  olan  ikihakimiyyətliyə  son 
qoyulmasını,  imtina  edib  çıxmadıqları  təqdirdə,  AXC-nin  hərbi 
hissələrinin  təxirə  salınmadan  Zəngəzura  yeridilməsinə  icazə  və 
kömək  istəyir,  İranla  sərhəd  bölgələrində  dayanmış  600  nəfərlik 
top-tüfəngli  hərbçilərin  bir  qisminin  onun  sərəncamına 
göndərilməsini  rica  edirdi,  xəzinədən  ayrılmış  pulun,  hərbi 
geyimlərin  hələ  də  gəlib  çatmadığını  yazır,  erməni  silahlı 
qüvvələrinin Laçında ağır itkilərə məruz qalmasından sonra bir daha 
özlərinə gələ bilmələrinə imkan verməmək üçün bunun vacibliyini 
əsaslandırır  və  İrəvandan  Azərbaycan  torpaqlarının  qəsbinə 
yönələn,  uzağa  hesablanan  hərbi  yürüşlərinin  qarşısının  alınmalı 
olduğun  yazır,  təhlükə  barədə  dönə-dönə  xəbərdarlıq  edirdi: 
«...geciksək,  Zəngəzur  və  digər  qəzaları  itirəcəyik,  Azərbaycanda 
hərc-mərclik  yaranacaq»  deyirdi.  O,  ingilislərin  təşəbbüsü  və 
vasitəçiliyi  ilə  Azərbaycan  və  Ermənistan  arasında  imzalanan 
müqavilələrin  ermənilərin  xeyrinə  olduğunu,  bununla  vaxt  qazan-
dıqlarını, imkan düşdükcə öz bəd əməllərini davam etdirəcəklərini, 
AXC  hərbi  dəstələrinin  Şuşa  və  Laçından  çıxarılmasının 
yolverilməz  olduğunu,  ingilis  siyasətinin  Zəngəzur  və  Qarabağı 
Azərbaycandan  qoparmağa  yönəldiyini,  iki  qonşu  xalq  arasında 
münasibətləri  hədsiz  kəskinləşdirdiyinə  dair  sənədlər,  sübutlar, 
müraciətlər  göndərirdi.  Onun  “Qarabağda  ingilislərin  siyasəti  ilə 
bağlı  yaranmış  vəziyyət  və  onun  aradan  qaldırılması  üçün  zəruri 
tədbirlər” [35, s.44-47] raportu 1918-1920-ci illərdə Zəngəzurda baş 
verən hərbi-siyasi hadisələrin mahiyyətini anlamaq, AXC Hökumət 
və  Parlamentinin  mövqeyini  dəyərləndirmək  baxımından  çox  əhə-
miyyətlidir. 
O, yeni yaranmaqda olan Milli Ordu hissələrinin Zəngəzurda 
Andranik,  Njde,  Dro  komandanlığında  nizami  qoşunlara  qarşı 
kortəbii,  cəsarətsiz,  pərakəndə  döyüşlərinin  şahidi  idi.  Təlim 
keçməmiş, silahla davranmağı bacarmayan, regionun sərt iqliminə, 
dağlıq relyefinə  bələd olmayan, bığ  yeri təzəcə tərləmiş  əsgərlərin 
qırılmasını da, bir çoxu rus, ingilis, ermənilərlə əlbir olan zabitlərin 


 
 137
 
xəyanəti,  səriştəsizliyi  sayəsində  yerli  partizanların  tutduqları 
strateji  yüksəkliklərin  ağır  itkilərlə  ermənilərə  verilməsini  də 
görürdü.  General-leytenant  Sulkeviç,  general  Yadigarov  Sultan 
bəyin  təşkil  etdiyi  kürd  partizanlarının  əlində  olan  strateji 
yüksəkliklərdə  möhkəmlənmək  üçün  əməliyyatı  pozduğuna, 
Qaragöl  və  digər  ərazilərin  yenidən  ermənilərin  əlinə  keçməsinə 
imkan  verdiyinə  görə  hərbi  nazir  Mehmandarov  tərəfindən 
göndərilən  Yadigarov  komandan  müavinliyindən  azad  edilib 
qərargah  zabitliyinə  endirilmişdi  [40,  s.129-131].  Xosrov  bəyin 
Qarabağdakı  müsəlman  əhalinin,  eləcə  də  yaylaqlara  köçən  aran 
maldarların təhlükəsizliyini qorumaq üçün tabeliyində olan az sayda 
xalq  milisinin  gücü  ilə  nə  qədər  işlər  gördüyü  də  sənədlərdə,  ra-
portlarda qalır [3, s.129-131]. 
Üzeyirbəy  Hacıbəyli  Xosrov  bəy  Sultanov  haqqında  yazırdı:
 
«Həqiqətən,  o,  Qarabağ  üçün  ən  münasib  bir  rəisdir.  Qarabağ 
həyatına tamamilə aşina olan bu zat sağlam bir vücuda malik olan 
kimi  sağlam  və  salamat  politika  yerindən  və  təht  idarəsinə 
tapşırılmış  olan  yerin  ümumi  mənafeyini  xüsusi  surətdə  nəzərdə 
tutan  bir  zatdır.  Ermənilər  Qarabağda  qəsdən  süni  iğtişaşlar 
çıxarmaqla  Qarabağ  general-qubernatorunu  baş  komandanlıq 
gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında 
böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən 
dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması 
idi, burası - Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri 
cəhənnəmə dönüb qətli-qital olmuşdu» [86].
 
Çox  mürəkkəb  daxili  və  beynəlxalq  durum  üzündən  AXC 
iqtidarı heç də həmişə lazımi tədbirlər görə bilmir, bir çox hallarda 
qətiyyətli  addımlar  əvəzinə,  Bakıdan  İrəvana,  Tiflisə,  Amerika, 
İngiltərə, Fransa, İtaliyanın hərbi və diplomatik missiya başçılarına 
xahişlər,  dişsiz  xəbərdarlıqlar,  ard-arda  nəticəsiz  qalan  notalar 
göndərirdi. Xosrov bəyin aşağıdakı tələblərinin və müşahidələrin nə 
qədər düzgün olduğunu zaman göstərdi, onun bu tələbləri, mövqeyi 
qəti  idi,  vətənini,  millətini,  dövlətini  sevən  bir  hərbçinin  siyasi 
iradəsinin  həyat,  mücadilə  amalı  idi,  yeganə  doğru  yol  idi:  1. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə