ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə35/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

110 
nin  hətta,  kənar  adamlarda  yaratdığı  təəssürat  bax  belə  idi  [31, 
v.24a, 25]. 
Bu  müəllif  sözlərinə  davam  edərək  yazırdı  ki,  «qaçqın 
uşaqları  və  yetimləri  daha  yazıq,  qorxulu  təsir  bağışlayırlar». 
Klinevski  göstərirdi  ki,  o,  ilk  günlərdən  Qafqaz  cəbhəsinin 
qaçqınlar  təşkilatlarında  işləmiş,  Türkiyə  və  Qafqazda  minlərlə 
qaçqın görmüşdür. Onlar da ona çox ağır təsir bağışlamışlar. Lakin 
Zəngəzur  dəhşətləri  həmin  qaçqınları  belə  kölgədə  qoyur.  Müəllif 
hər  yerdə  və  hamıya  müsəlman  qaçqınların  miskin  vəziyyəti 
haqqında  haray  salmağa  çağırır  və  bildirirdi  ki,  çoxları  bilmir  ki, 
müsəlmanlar  arasında  da  qaçqın  vardır,  əgər  kömək  göstərilməsə, 
onları birbaşa ölüm gözləyir [31, v.24a, 25]. 
Aclıq,  evsiz-eşiksizlik,  digər  məşəqqətlər  üzündən  qaçqınlar 
arasında ölüm halları o  qədər  çox idi ki, sağ qalan sakinlər onları 
basdırmağa macal tapmadıqlarından meyitlər  günlərlə  açıq havada 
qalırdı. 
Müxtəlif qaynaqlarda verilmiş eyni məzmunlu bilgilərə görə, 
1919-cu  il  noyabrın  19-da  qaniçən  erməni  başkəsənlərindən  biri  – 
Hamazasp  40  süvari  və  200  piyada  əsgərlə  Oxçu  kəndinə  gələrək 
onu mühasirəyə almışdı. Kənd əhalisi onları duz-çörəklə qarşılamış, 
yemək  vermişdi.  Hamazasp  çörəyə  əl  basaraq,  müsəlmanların  Er-
mənistan hökumətinə sədaqətlə xidmət edəcəklərinə and içəcəkləri 
təqdirdə  ermənilərin  onlara  yaxşı  münasibət  göstərəcəklərinə  söz 
vermişdi. Günorta namazı üçün məscidə ibadətə getmək məqsədilə 
meydana  toplaşan  bütün  kişilərə  qəflətən  hücum  edən  erməni 
quldurlar  onların  əksəriyyətini  qətlə  yetirmiş,  sağ  qalmış  və 
yaralanmış  müsəlmanları  süngülərlə  dəlik-deşik  etmişdilər.  Bütün 
bunların şahidi olmuş Allahverdi adlı birisinə ermənilər bu dəhşətli 
mənzərəni  göstərib  bilərəkdən  onu  sağ  buraxmışdılar  ki,  o, 
müsəlman  kəndlərinə  gedib  erməni  hakimiyyətini  tanımayan 
müsəlmanlara  onları  da  belə  tale  gözlədiyini  söyləsin.  Sonra  isə 
vəhşilər  bütün  uşaqları  və  qadınları  bir  yerə  yığıb,  onların  başına, 
sənəddə  göstərildiyi  kimi,  –  hətta  vəhşi  xalqların  tarixində  belə 
görünməmiş  müsibətlər  gətirmişdilər.  Kəndin  böyükdən  kiçiyə 


 
 111
 
1400 sakini qılıncdan keçirilmişdi. Yalnız 12-13 nəfər kəndi əvvəl-
cədən tərk etdiklərinə görə labüd qətliamdan xilas olmuşdu. Pakizə 
adlı  qadın  ürək  sarsıdan  vəhşiliklərin  təsiri  altında  əsəb  sarsıntısı 
keçirmiş,  tapança  və  qılıncla  gözəl  qadınları  kəsib  öldürməyə 
başlamışdı  ki,  onlar  erməni  vəhşilərinin  əlinə  keçməsinlər. 
Şəhrəbanu  adlı  qadın  isə  erməni  əsgərlərin  təndirə  atdıqları 
uşaqlarını  xilas  etmək  üçün  özünü  təndirə  atmış  və  onlarla  birgə 
diri-diri yanmışdı. 
Ermənilər  Pirdavdan,  Şabadin  və  Atqız  kəndlərinin  əhalisini 
kütləvi şəkildə qıraraq, bu kəndləri yandırdılar. Şabadindən yalnız 8 
kişi  və  7  qadın  xilas  olmuşdu.  Atqız  kəndinin  əhalisi  erməni 
hücumlarından  xəbər  tutaraq  qaçmağa  nail  olsa  da,  Ordubada 
çatanadək  167  uşaq  və  qadın  yolda  soyuqdan  həlak  olmuşdu. 
Beləliklə, Oxçu, Şabadin, Pirdavdan və Atqız kəndlərinin 4000 nə-
fərlik əhalisindən yalnız 262-sı sağ qalmış və onlar Ordubada pənah 
gətirə bilmişdilər [130, s.196]. 
Oxçudərəsi kəndlərini viran qoymuş ermənilər Gığı dərəsində 
yerləşən  (Şəhərcik,  Buğacıq,  Mollalı,  Sofulu)  kəndlərinə  də  divan 
tutmuşdular. Oxçu kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş 
cinayət  başqa  sənədlərlə  də  təsdiq  olunur  və  insan  ağlına  sığmır. 
Azərbaycan  xarici  işlər  naziri  F.X.Xoyskinin  Ermənistan  XİN-ə 
göndərdiyi 10 dekabr 1919-cu il tarixli teleqramında göstərilirdi ki, 
Oxçu kəndinin silah tutmağı bacaran kişiləri sülh yaratmaq bəhanəsi 
ilə  karvansaraya  dəvət  edilmiş,  onların  hamısı  əvvəlcədən 
yerləşdirilmiş  dinamitlərlə  partladılaraq  öldürülmüşdür.  Qocalar, 
uşaqlar və qadınlar isə məsciddə doğranmışdılar [149, s.198]. Lakin 
bütün  bu  rəsmi  xəbərdarlıqlara  baxmayaraq  erməni  vandalizminin 
ucu-bucağı,  sonu  görünmürdü.  Artıq  1920-ci  il  yanvarın  3-də 
ermənilər Gərçivan kəndində yaşayan azərbaycanlılara qarşı növbəti 
vəhşilik törətdilər. Cəlladlar kəndin bütün əhalisini bir yerə yığaraq, 
uşaq  və  qadınlara  belə  rəhm  etmədən  qılıncdan  keçirmişdilər  [28, 
v.20-24].  Lakin  bunların  hamısı  əbəs  idi.  Naxçıvandan  Şuşaya 
qədər  bütün  Azərbaycan  kəndlərini  məhv  etməyi  planlaşdıran 
erməni  nizami  qüvvələri  1920-ci  il  yanvarın  19-da  artilleriyanın 


112 
köməyi  ilə  hücuma  keçərək  Qubadlının  Əliquluuşağı,  Eyvazlı, 
Şurnuxa,  Seltas,  Məzrə,  Şahverdilər,  Novlu,  Tarovlu,  Əyin 
kəndlərini darmadağın etdilər [37, v.11, 22]. 
1920-ci  il  yanvarın  19-da  erməni  nizami  hissələri 
artilleriyadan  və  ağır  silahlardan  istifadə  edərək  Zəngəzurun  daha 
15  kəndini  yerlə  yeksan  etdilər.  1920-ci  il  yanvarın  sonuncu 
ongünlüyü bölgədə  azərbaycanlılara qarşı daha  amansız hərəkətlər 
və zorakılıqlarla yadda qaldı. Ermənilər Qaladərəsindən Xocahana-
dək  geniş  ərazidə  Azərbaycan  kəndlərinə  hücum  edərək  taktiki 
üstünlük  qazandılar.  Zəngəzurda  fəaliyyət  göstərən  erməni  silahlı 
dəstələri  Qarabağa  doğru  irəliləyib  buradakı  erməni  dəstələri  ilə 
birləşərək  Şuşa  qəzasını  da  ələ  keçirmək,  Naxçıvanla  Ordubadı 
mühasirəyə  almaq  istəyirdilər.  Onlar  Şuşa  istiqamətində  bütün 
Azərbaycan  kəndlərini  məhv  etməyi  planlaşdırırdılar.  1920-ci  ilin 
mart  ayında  –  Novruz  bayramı  günlərində  ermənilər  məkrli 
düşünülmüş  plan  əsasında  müxtəlif  cəbhələrdə  –  Böyük  Vedidə, 
Naxçıvanda,  Ordubadda,  Qarabağda  və  Zəngəzurda  genişmiqyaslı 
hərbi əməliyyatlara başladılar [181]. AXC-nin çox mürəkkəb daxili 
və  xarici  siyasi  vəziyyətdə  olduğu  bir  vaxtda  Qarabağda  qiyamçı 
qüvvələrlə  əməliyyatlar  aparan  Azərbaycan  ordusunun  diqqətini 
başlıca  məqsəddən  yayındırmaq  üçün  Zəngəzura  İrəvandan  əlavə 
qüvvələr  gətirildi  və  bir  sıra  Azərbaycan  kəndləri  ələ  keçirildi. 
Azərbaycan  qoşunlarının  və  könüllü  dəstələrinin  fədakarlığı 
sayəsində  bəzi  yaşayış  məntəqələri  azad  edilsə  də,  canlı  qüvvə  və 
hərbi  texnika  baxımından  üstün  olan  ermənilər  1920-ci  il  martın 
sonu – aprelin əvvəllərində bölgədə yenidən hərbi təşəbbüsü ələ ala-
raq  bir  çox  müsəlman  kəndlərinə  divan  tutmuş,  əhalisini  qovub 
çıxarmışdılar [181]. 
 
 
 
 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə