ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

86 
Qatar  mis  mədənlərində  1906-cı  ilin  iyulundan  sonra  baş  vermiş 
qırğınlar öz əksini tapmışdır. Halbuki, ermənilərin 1905-ci ilin may 
ayından  etibarən  müəyyən  fasilələrlə  Zəngəzurun  bütün 
bölgələrində  terror  və  qırğınlar  törətdikləri  məlumdur.  Maraqlı 
tərəfi  odur  ki,  ermənilərin  azərbaycanlılara  qarşı  törətdikləri 
cinayətlər elə erməni müəllifləri tərəfindən qeydə alınmış və erməni 
dilində  çap  edilən  nəşrlərdə  öz  əksini  tapmışdır.  1905-1906-cı 
illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin bir neçə əsəri 
mövcuddur.  Əsl  adı  Hovannes  Ter-Martirosyan  olan,  lakin 
əsərlərini  «A-do»  imzası  ilə  çap  etdirən  müəllifin  «Qafqazda 
erməni-türk  toqquşmaları  (sənədli,  statistik,  topoqrafik  izahlarla)» 
əsərində Yelizavetpol quberniyasının digər qəzalarından heç birində 
qırğınların və dağıntıların Zəngəzurda olduğu kimi böyük miqyasda 
və uzun sürən olmadığı xüsusilə vurğulanır [223a, s. 249]. A-donun 
bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən 
öncə  hər  bir  qəza  və  yaxud  şəhər  haqqında  topoqrafik  təsvir  və 
1897-ci  il  Ümumrusiya  siyahıyaalmasının  nəticələrinə  istinadən 
statistik məlumatlar verir. 
Digər  erməni  müəllifləri  S.Zavaryanın  «Qarabağın  iqtisadi 
şəraiti  və  1905-1906-cı  illər  aclığı»  [184],  İ.Alibeqovun 
«Yelizavetpolun  qanlı  günləri  cəmiyyətin  mühakiməsi  qarşısında» 
[180]  əsərlərində  1905-1906-cı  illərdə  törədilən  qırğınların  əsl 
mahiyyəti  təhrif  edilsə  də,  bu  əsərlər  faktiki  materiallar  baxımdan 
tədqiqatçılar  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  XIX  əsrin 
sonlarında formalaşan «Armenakan», «Daşnaksutyun» və «Hnçak» 
erməni  terrorçu  təşkilatları  öz  məqsədlərinə  nail  olmaq  üçün 
əvvəlcə  Osmanlı  Türkiyəsinin  Şərqi  Anadolu  vilayətlərində,  sonra 
isə Cənubi Qafqazda kütləvi qırğınlar törətmiş  və terror  aksiyaları 
həyata  keçirmişdilər.  1895-1896-cı  illərdə  Şərqi  Anadoluda  çar 
Rusiyası  və  Avropa  dövlətlərinin  təhriki  ilə  baş  qaldıran  erməni 
qiyamları  yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və 
icraçılarının  əksəriyyəti  Cənubi  Qafqazda,  əsasən  də  İrəvan  və 
Yelizavetpol  quberniyalarında  yerləşmişdilər  [219,  s.64].  Erməni 
terrorçu  siyasi  partiyalarının  əsas  məqsədlərini  M.S.Ordubadi 


 
 87
 
«Qanlı illər» əsərində kifayət qədər dəqiqliklə belə ifadə  etmişdir: 
«İrəvandan Naxçıvana qədər yol üstündə yerləşən islam kəndlərini 
dağıtmaqla  İrəvan  ermənilərini  Naxçıvanda  hazır  olan  əsgəri 
qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda 
olan  köyləri  dağıdıb  Zəngəzur  könüllüləri  ilə  Naxçıvandakı  əsgəri 
qüvvələri  birləşdirmək  kimi  alçaq  xəyallar»dan  ibarət  idi  [156, 
s.116]. 
Hələ XIX əsrin sonlarından etibarən Zəngəzurda «Hnçak» və 
«Daşnaksutyun»  terrorçu  təşkilatlarının  yerli  özəkləri  fəaliyyətə 
başlamışdı. Arxiv qaynaqları göstərir ki, erməni təşkilatları 1904-cü 
ildə Zəngəzurun erməni  əhalisi  arasında milli zəmində qarşıdurma 
yaratmaq  istiqamətində  təbliğat  işi  aparmışdılar.  Bu  məqsədə 
xidmət  etmək  üçün  burada  «Hnçak»  və  «Daşnaksutyun»  siyasi 
terror  partiyalarının  şöbələri  yaradılmış,  əhali  silahlandırılmış, 
alınan  silahların  bir  hissəsi  gizli  yolla  Bakıya  göndərilmişdi. 
Zəngəzurda  yüksək  inzibati  vəzifələrindən  birini  tutan  İvan 
Yakubovski  Yelizavetpol  Dairə  Məhkəməsi  prokuroruna  4  iyun 
1905-ci  ildə  göndərdiyi  təqdimatında  yazırdı  ki,  1905-ci  il  mayın 
31-də  Xınzirək  məktəbinin  nəzarətçisi  Nazaret  Şirakuni 
dindirilərkən  ifadəsində  göstərmişdi  ki,  kənddə  «Hnçak»  və 
«Daşnaksutyun» partiyaları fəaliyyət  göstərirlər.  Şirakuni Xınzirək 
komitəsinin keşiş Ter-David Ter-Arutyunov başda olmaqla, daha üç 
nəfər  təbliğatçıdan  ibarət  olduğunu  və  onun  fəaliyyətinin  bütün 
Zəngəzur qəzasını  əhatə etdiyini bildirmişdir. O, həmin komitənin 
əhalidən  pul  yığanlarının  və  terrorçularının  da  olduğunu  öz 
ifadəsində  göstərmişdir.  Təbliğatçıların  hər  ay  120,  pul  yığanların 
25-30  rubl  aldıqları,  terrorçuların  isə  aylıq  yox,  hər  bir  qətlə  görə 
xeyli  məbləğ  aldıqları  məlum  olmuşdur.  Qeyd  edilənlərdən  asılı 
olmayaraq  şahid  N.Şirakuni  öz  ifadələrində  göstərmişdir  ki,  keşiş 
Ter-Osip  bütün  ehtiyatda  olan  hərbi  mükəlləfiyyətliləri  kilsəyə 
yığaraq and içdirmişdir ki, orduya səfərbərlik zamanı hərbi qulluq-
dan imtina edəcəklər [51, s.25-26]. 
Həmin  dövrə  aid  hadisələr  haqqında  maraqlı  məlumatın 
verildiyi və «Məxfi» qrifi ilə saxlanılan başqa bir sənəddə isə qeyd 


88 
edilirdi ki, 1904-cü ilin noyabrında Xınzirək kəndinin sakinlərindən 
8-i  erməni  prokurora  verdikləri  ifadələrində  göstərmişlər  ki,  onlar 
80-100 nəfərdən ibarət partiyanın rəhbərliyində dururlar. Partiyanın 
hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq üzvlük haqqı 
alırlar.  Yığılan  pulları  kəndin  icma  başçısının  qardaşına  verirlər. 
Həmin pullara icma başçısı Sarkis Bağdasarov və keşiş Ter-David 
Ter-Arutyunov  silah  və  güllə  alırlar.  Sursat  keşişin  anbarında 
saxlanır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı ilə kəndlə-
ri gəzir, pul yığır və həmin pulla güllə alır. Həmin sənəddə göstərilir 
ki,  oktyabrın  13-də  keşiş  Ter-Arutyunovun  evində  Cəbrayıl 
qəzasının  rəisi  Qaranı  öldürmək  üçün  püşkatma  keçirilmişdir. 
Püşkatma  nəticəsində  üç  nəfərə  –  xınzirəkli  Arsen  Dadaniyevə, 
Ballıcalılı (Şuşa qəzası – H.A.) Baxşı Musaelova və irəvanlı Surenə 
ölüm hökmünü icra etmək həvalə edilmişdir» [51, s.12-13]. 
Başqa bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də 
Zəngəzur  qəzasının  1-ci  polis  sahəsinin  sakinlərinin  Yelizavetpol 
qubernatoruna göndərdikləri müraciətdə qeyd edilirdi ki, hələ 1903-
cü  ildə  polis  məmuru  Baqrat  Əsilov  1-ci  sahəyə  rəis  təyin 
edildikdən  sonra  bacanağı  –  qarakilsəli  Vağarşak  Safrazbəyovun 
göstərişi ilə şübhəli təbliğatçı rolunu öz üzərinə götürmüşdü. Əsilov 
və  Safrazbəyovun  fəaliyyəti  nəticəsində  sahənin  erməni  və 
azərbaycanlı  əhalisi  heç  bir  səbəb  olmadan  bir-birlərinə  qarşı 
düşmən  kəsilmişdilər.  Qəza  rəisi  R.Pfelerin  səyi  ilə  Əsilov  1-ci 
sahədən  uzaqlaşdırılsa  da,  1905-ci  ilin  fevralında  Bakıda  qırğınlar 
başlanandan dərhal sonra Əsilov yenidən 1-ci polis sahəsinə gəlmiş, 
erməniləri  qızışdıraraq  söyləmişdir  ki,  iki  millət  arasında  böyük 
iğtişaşlar  gözlənilir.  Əsilovun  fəaliyyətinin  qəzada  tezliklə 
qırğınlara  səbəb  olacağından  və  bunun  qarşısını  hökumətin  ala 
bilməyəcəyindən  ehtiyatlanan  yerli  əhali  qubernatordan  təcili 
tədbirlər görməyi xahiş etmişdi [49, s.41]. 
1905-ci  ilin  fevralında  ermənilərin  Bakıda  başladıqları 
qırğınlar mart ayında İrəvana da sirayət etmiş, may ayından etibarən 
isə  Naxçıvan  qəzasında  şiddətli  toqquşmalarla  davam  etdirilmişdi. 
Lakin erməni terrorçu dəstələrinin Naxçıvan qəzasında törətdikləri 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə