ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə25/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

 
 79
 
nin övladları onun qardaşlarının övladları ilə birlikdə Vağudi kəndi 
yaxınlığında bir neçə ailə ilə məskən salmışdılar və bu ailələr Səfə-
rəli bəyin işçiləri sayılmışlar. Bu bəy və onun oğullarından biri olan 
Abbasqulu bəy yuxarıda adı çəkilən 14 ailəyə daim himayədarlıq et-
miş və onlara maddi cəhətdən kömək göstərmişdir. Bunun müqabi-
lində də onlardan hədiyyə şəklində ya qoyun, ya yağ-pendir, ya da 
bəyin atı üçün bir neçə çuval arpa almışdır. Sonralar bu cür münasi-
bətlər Vağudi kəndində yaşayan bu 14 ailənin torpaq payı üçün ni-
zamnamə tərtib edilməsinə səbəb olmuşdur. 1874-cü ildə isə onlar 
sahibkar  torpağında  yaşayan  kəndlilər  sırasına  daxil  edilmişdilər 
[75, s.71-73]. 
Bu zaman bəylərin və kəndlilərin qarşılıqlı münasibətləri haq-
qında  1870-ci  il  əsasnaməsi  rəhbər  tutulmuşdur.  Vağudi  kəndinin 
ikinci kateqoriyaya aid 61 ailəsi isə sahibkar torpağı olan və Nəcəf-
qulu bəy Hidayət bəy oğlunun mülkü sayılan Baharlı kəndindən kö-
çənlər idi. Bu cəhət Vağudi kəndinin 61 ailəsini sahibkar kəndliləri 
hesab etməyə əsas vermiş və kameral təsvirdə onlar razılaşmış şərtə 
görə sahibkar torpağında yaşayan kəndlilər sırasına daxil edilmişlər 
[75, s.75]. 
Zabux kəndinin sahibkar kəndliləri dövlət palatasının siyahı-
larında Xus-Zabux adı ilə göstərilmişlər və sanki onlar ayrıca sahib-
kar kəndində yaşayırdılar. Onlar əvvəllər Hacı Ağalar adlı birisinə 
məxsus olan Əliquluuşağı kəndində yaşamışdılar. Bu sahibkarın iki 
qızı qalmış və onlardan biri Nurəli bəyə, digəri isə Əli bəyə ərə get-
mişdir. Əliquluuşağı kəndi Nurəli bəyin və Əli bəyin varislərinə mi-
ras qalmış və onlar Xarar kəndinin bəyləri kimi kəndliləri öz arala-
rında bölmüşdülər. O zaman Zabux xəzinə kəndinə köçmüş altı ailə 
Hacı Ağaların ikinci qızına çatmışdır. Düşünmək olardı ki, bu altı 
ailə  sahibkar  kəndindən  köçməklə  Əliquluuşağı  kəndinin  sahibləri 
ilə bütün münasibətlərini qıracaqlar. Onlar isə Zabux kəndinin əkin 
torpaqlarında tutduqları sahələrin məhsulundan gəlir ödəməkdə da-
vam etmişdilər. 1870-ci ildə 27 ailə sırasında yaşayan bu kəndlilər 
sahibkar  torpağında  yaşayan  kəndlilər  hesab  olunmuşdular  [75, 
s78]. 


80 
Vaqazin  kəndində  isə  yalnız  iki  evdə  dövlət  kəndliləri  yaşa-
yırdı. Onlar belə əmələ gəlmişdilər: yetim qalmış iki qardaş Piçənis 
kəndində yaşayan, bu kəndin dövlət kəndlilərindən olan dayısı gilə 
köçmüşdülər.  Orada  onlar  öz  dayılarının  ailə  üzvləri  kimi  qeydə 
alınmışdılar. Onlar böyüyəndə  yenidən Vaqazin kəndinə qayıtmış-
dılar.  Bu  kənddə  yeni  kameral  təsvir  tərtib  edilərkən  onlar  dövlət 
torpağında yaşayan kəndlilər kateqoriyası ilə Vaqazin sakinləri kimi 
qeydə götürülmüşdülər. Çünki onlar Piçənisdə aparılmış əvvəlki ka-
meral təsvirə görə dövlət kəndlisi sayılırdılar [75, s.73]. 
Yeri gəlmişkən yuxarıda adı çəkilən Oxçu, Keypəşin, Şabadin 
və Lehvaz kəndlərində yaşayan və sahibkar kəndliləri hesab edilən 
20 ailə bəylərin yanında muzdurluq və ya rəncbərlik edirlərmiş. Ka-
meral təsvirin tərtibçiləri rəncbərləri bəy kəndlilərindən fərqləndir-
məyərək, onları sahibkar torpağında yaşayan kəndlilər kateqoriyası-
na şamil etmişlər. Halbuki, bu kəndlərdə onların bir qarış da olsun 
torpağı  yox  idi.  Yuxarıda  gətirdiyimiz  çoxsaylı  məlumatlardan  da 
görünür  ki,  dövlət  kəndlərində  sahibkar  kəndlərinin  və  əksinə,  sa-
hibkar kəndlərində dövlət kəndlərinin əmələ gəlməsi bir çox hallar-
da təsadüfən baş verirdi. Bircə o var idi ki, kameral təsvirin tərtibçi-
lərinin  köməyi  sayəsində  bəylər  kəndlilərdən  bir  çox  illər  ərzində 
məhsulun onda bir hissəsini almaq hüququnu özlərində saxlamışlar. 
Dövlətin və yuxarıda adı çəkilən kəndlərin sahibləri sayılan şəxslə-
rin hüquqlarının müəyyənləşdirilməsi işində bu cəhət ümdə əhəmiy-
yət kəsb edirdi [75, s.71-73]. 
1874-cü  ildə  aparılmış  kameral  təsvirin  və  quberniya  xəzinə 
palatasının məlumatına görə, Zəngəzur bölgəsi əhalisi yaşayış məs-
kənləri  içərisində  168  dövlət  kəndi  vard  idi.  Bu  kəndlərdən  120-i 
azərbaycanlı, 42-si erməni, 1 rus, 5 kəndin əhalisi qarışıq idi [109, 
s.88]. 
Zəngəzur qəzasının 1893-cü ildə tərtib edilmiş təsvirinə bax-
saq görərik ki, böyüklü-kiçikli 400-ə yaxın kənd olmuşdur. Bunlar-
dan yalnız 72-də ermənilər yaşayırdı. Bu erməni kəndlərindən 27-si 
Mehri və Qafanda, 20-si Sisyanda, 25 kənd isə Görusda olmuşdur. 
İran ərazisindən köçüb Zəngəzur mahalında sığınacaq tapmış ermə-


 
 81
 
nilərin sayca artımı diqqəti cəlb edirdi. Bu təbii artım hesabına de-
yil, ermənilərin İran və Türkiyədən daim davam edən köçləri hesa-
bına idi [75, s.77]. 
Cəmiyyətimizdə son illərin ən çox dartışılan, müzakirə edilən, 
elmi mübahisə doğuran məsələlərdən biri də Zəngəzurda kürdlərin 
məskunlaşması tarixi, sayı, yeri və sairlə bağlıdır. Zaman-zaman bu 
məsələdən bəzi siyasilər, xarici qüvvələr də böyük güclərin təsiri ilə 
bu amildən istifadə etməyə, ara qarışdırmağa, su bulandırmağa, ay-
rı-seçkilik salmağa səy göstəriblər [139, s.15]. 
Elmi, tarixi həqiqət belədir ki, Zəngəzur bölgəsində kürdlər də 
yaşamışlar.  Bununla  bağlı  mənbələrdə  göstərilən  rəqəmlər,  faktlar 
belədir;  1897-ci  ildə  Azərbaycan  ərazisində  kürddilli  əhalinin  sayı 
cəmi 5,4 min nəfər idi. 1926-cı ildə cəmi 7,4 min nəfər olan kürd-
dilli əhalinin sayı milliyyətcə kürd kimi qeydə alınanlardan 5,6 dəfə 
az idi. Başqa sözlə, kürd kimi qeydə alınanların 83%-i Azərbaycan 
dilində danışırdı. Artıq XIX yüzilliyin sonunda Azərbaycanda yaşa-
yan kürdlərin əksəriyyəti kürd dilini unutsa da, öz etnik kimliklərini 
qoruyub saxlamışdılar. Dilin assimilyasiyası prosesi adətən bir etno-
sun başqa daha böyük çoxluq təşkil etdiyi etnosla (yəni azərbaycan 
türkləri  ilə)  sıx  təmasda  olduğu  zaman  birinin  digərinin  içərisində 
azlıqda qalması nəticəsində baş verir. Ancaq bu sitatda gətirilən rə-
qəm  dəqiq,  inandırıcı  deyil:  “Halbuki,  1926-cı  ilin  əhali  sayımına 
görə  indiki  Kəlbəcər,  Laçın  və  Qubadlı  rayonlarını  əhatə  edən  və 
«Kürdüstan»  qəzası  adlandırılan  o  zamanki  inzibati  bölgədə  51,4 
min nəfər əhalidən 72,3%-ni kürdlər təşkil edirdi [120, s.73]. 1930-
cu  illərdə  Azərbaycanda  yaşayan  kürdlərin  etnoqrafiyasını  tədqiq 
edən  Sovet  alimi  A.Bukşpanın  yazdığına  görə,  1926-cı  ildə  «Kür-
düstan» qəzasında əhalinin sayımı prosesində Azərbaycandakı o za-
mankı Sovet hökumətinin nümayəndələri yerli əhali arasında təbli-
ğat  işi  aparmış,  hətta,  onların  özlərini  kürd  kimi  qeydə  aldırması 
üçün maddi cəhətdən maraqlandırmışlar [120, s.48]. Həqiqətən də, 
o dövrdə Sovet hökuməti «Qırmızı Kürdüstan» adlı kürd muxtariy-
yətinin  qurulmasına  çalışırdı.  Məqsəd  də  Dağlıq  Qarabağ  vilayəti 
ilə Ermənistan Respublikasını coğrafi baxımdan ayıran bu bölgəyə 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə