ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

 
 89
 
təxribat və qırğınlar yerli əhalinin mütəşəkkil sayəsində müqaviməti 
ilə  rastlaşıb  geniş  miqyas  ala  bilmədi.  Erməni  silahlı  dəstələrinin 
Naxçıvan  qəzasının  kəndləri  üzərindən  Zəngəzura  doğru 
hərəkətlərinin  qarşısı  alındıqdan  sonra  İrəvan  qəzasında  yenidən 
qırğınlar  törədilmişdi.  Həmin  dövrdə  ermənilər  Zəngəzuru  sözün 
həqiqi mənasında barıt çəlləyinə çevirmişdilər. Erməni terrorçu dəs-
tələri  tez-tez  təxribatlar  törədir,  ətrafdakı  azərbaycanlı  kəndlərinə 
basqınlar  edirdilər.  Zəngəzur  qəzasında  ilk  qırğınlar  1905-ci  ilin 
iyun  ayında  Naxçıvan  qəzası  ilə  həmsərhəd  olan  iki  kənddə 
törədilmişdi. Erməni müəllifi  «A-do»nun verdiyi məlumatdan belə 
qənaət  hasil  olur  ki,  iyunun  25-də  Şağat  kəndinin  erməniləri  ilə 
Ərikli kəndinin sakini Murtuzun dəstəsi arasında mal-qara üstündə 
dava  düşür.  Salvartı  yaylağında  olan  Usublu,  Əhmədalılar, 
Kərimbəyli və digər elatlardan Murtuzun dəstəsinə köməyə gəlirlər. 
Qonşu  Əlili  kəndinin  ermənilərinin  şağatlılara  köməyə  gəlmələri 
nəticəsində dava daha da böyüyür. Nəticədə 5 erməni yaralanır, 10 
azərbaycanlı  isə  öldürülür.  Sonra  Gorusdan  100-ə  yaxın  kazakdan 
ibarət  bir  neçə  dəstə  hadisə  yerinə  gəlir  və  davaya  son  qoyulur 
[223a, s.278]. 
Ermənilər  Naxçıvan  qəzasının  Şıxmahmud  və  Tumbul 
kəndlərində həyata keçirdikləri vəhşilikləri Zəngəzur kəndlərində də 
törətmişdilər.  Belə  ki,  özləri  1905-ci  il  avqustun  16-da  Gorusdan 
Qarakilsəyə  qayıdan  Zülfüqar  Safrazbekyanı  və  onun  oğlunu, 
habelə pirnəbili iki ermənini Ağudi və Vağudi kəndlərinin sərhədin-
də  qətlə  yetirmiş,  təqsiri  azərbaycanlıların  üzərinə  yıxmışdılar 
[223a, s.251]. 
Qədim  dövrlərdən  aran  Qarabağın,  hətta  Cavad  qəzasının 
heyvandarlıqla  məşğul  olan  əhalisi  yazda  Zəngəzur  və  Dərələyəz 
dağlarındakı yaylaqlara köç edər, payızda isə geri dönərdilər. 1828-
ci  il  Türkmənçay  müqaviləsindən  sonra  İrandan  köçürülərək 
gətirilən ermənilərin bir qismi Zəngəzurun mülayim iqlimi olan da-
ğətəyi  zonalarında  məskunlaşdırılmışdılar.  Bu  dövrdə  yaradılmış 
əksər erməni kəndləri köç yollarının üzərində yerləşirdi. Ermənilər 
azərbaycanlıların yaylağa köçləri və geri qayıtdıqları zaman onlara 


90 
basqınlar  edir,  elat  əhalisini  qətlə  yetirir  və  mal-qarasını  və 
məhsullarını ələ keçirirdilər. 1905-ci ilin yayında Şuşada, Xaçın də-
rəsində  və  Ağdam  yolunda  baş  verən  münaqişələrin  xəbəri 
yaylaqdakılara  çatdıqdan  sonra  onlar  ermənilərin  basqınlarından 
müdafiə  olunmaq  məqsədilə  arana  enmək  qərarına  gəlirlər.  Lakin 
köç  yolu  Gorus  sahəsinin  ermənilər  yaşayan  hissəsindən  və  Xın-
zirək kəndindən keçirdi. Avqustun 17-də ermənilər şayiə yayırlar ki, 
guya  dağdan  arana  qayıdan  Kərimbəyli  və  Mahmudlu  kəndlərinin 
elatları  Naxçıvan  qəzasından  olan  5  erməni  qadınına  müsəlman 
libası  geyindirərək  özləri  ilə  aparırlar.  Ermənilər  həmçinin 
azərbaycanlıların onların mal-qarasını oğurlayıb apardıqları barədə 
də  şayiə  yaymışdılar.  Pristav  Voskresenski  azərbaycanlıları  təqib 
edərək,  vəziyyəti  yerində  öyrənmiş  və  ermənilərin  yalan  söylə-
diklərini  müəyyən  etmişdi.  Ermənilərlə  atışan  Voskresenski  bir 
ermənini qətlə yetirmişdi [223a, s. 251]. 
Avqustun  18-də  Minkəndin  mirzəsi  olan  Şamilin  atası, 
Həmzəli  kəndindən  olan  Niftalı  bəy  15  nəfər  dostu  ilə  birlikdə 
Gorusa daxil olan zaman şəhərin girəcəyində mövqe tutmuş erməni 
silahlıları  onlara  atəş  açmışdılar.  Şiddətli  atışma  baş  vermiş, 
hökumət  isə  bunun  qarşısının  alınması  üçün  heç  bir  tədbir 
görməmişdir.  Nəticədə  Niftalı  bəy  və  onun  dəstəsindən  iki  nəfər, 
ermənilərdən də iki gənc öldürülmüşdür. Bu hadisə ətraf kəndlərdə 
yaşayan azərbaycanlıları daha da qəzəbləndirmişdir. Avqustun 20-
də  Qubadlı  kəndində  yaşamış,  bölgənin  ən  varlı  və  vətənpərvər 
şəxsiyyətlərindən  biri  olmuş  İldırım  bəy  Sultanov  (Sovet 
Azərbaycanının  qurucularından  olan  Çingiz  İldırımın  atasıdır  – 
H.A.)  nahiyəsinin  pristavı  Yevorskinin  vasitəsilə  Gorus 
ermənilərinə ultimatum göndərir. Ultimatumda Gorusda saxlanılan 
azərbaycanlıları azad etmək, tərəkəmələrin sərbəst hərəkəti üçün yol 
vermək,  erməni  silahlı  dəstələrini  Gorusdakı  mövqelərindən 
uzaqlaşdırmaq  və  1000  rubl  təzminat  ödəmək  tələb  olunurdu. 
Bölgədəki  Qarahunc  kəndi  də  ermənilərin  terror  yuvasına 
çevrilmişdi. A-donun  yazdığına görə, sentyabrın 6-da Gorus həbs-
xanasından azad edilən məzməzəkli Xanlar bəy Qarahunc kəndinin 


 
 91
 
yaxınlığından  keçərək  evinə  qayıdarkən  ermənilər  tərəfindən 
izlənərək güllələnmişdir. Qəza rəisi Avaliani İldırım bəyin təzminat 
ödəmək  tələbindən  başqa  digər  tələblərinin  ödənilməsini  təmin 
etdirmişdi [223a, s.254]. 
Buna  baxmayaraq,  bu  vəhşi  terror  əməlinə  görə  Qarahunc 
kəndinin  erməniləri  yalnız  cərimə  olunmuşdular.  Qarahunclular 
1500 rubl cərimə edilmiş, üstəlik, 150 kazakın 12 gün ərzində ərzaq 
və  digər  tələblərinin  ödənməsi  ermənilərin  üzərinə  qoyulmuşdu 
[223a,  s.252].  Sentyabrın  18-də  Yelizavetpol  general-qubernatoru 
Takayşvili  əhali  arasında  barışıq  yaratmaq  məqsədilə  Gorusa 
gəlmişdir.  O,  vəziyyətlə  yerində  tanış  olduqdan  sonra  bu 
hadisələrdə  ermənilərin  təqsirkar  olduqlarını  bildirmişdir. 
Qubernator iğtişaşların təşkilatçıları kimi Gorusdan 10, Dığ kəndin-
dən isə 15 ermənini həbs etdirmişdir [223a, s.264]. 
Lakin bunlara baxmayaraq, ermənilər cinayət əməllərindən əl 
çəkmir,  silahı  yerə  qoymurdular.  1905-ci  il  sentyabrın  22-də 
Xoznavar  və  Xnaçax  erməniləri  ətraf  kəndlərdən  gələn  silahlı 
dəstələrin köməyi ilə türk kəndlərinə hücum edərək Bayandurda 50, 
Şələkdə 35, Kosalarda 25, Malıbəylidə 50, Cağazurda 40, Çaylıda 
10,  Kalavalaxda  25,  Novruzluda  15  evi  sakinləri  ilə  birlikdə 
yandırıb dağıtmışdılar. Birinci üç kənd isə tamamilə qarət edilmişdi 
[223a, s.264]. 
Haqqında danışdığımız dövrün mötəbər qaynaqlarından biri - 
«Kaspi»  qəzeti  5  noyabr  1905-ci  il  tarixli  sayında  «Kavkaz» 
qəzetinə  istinadən  yazırdı  ki,  «Yelizavetpolun  müvəqqəti 
qubernatoru oktyabrın 27-də Gorusdan Qafqaz canişininə aşağıdakı 
məzmunda  teleqram  göndərmişdir:  «Gorusdan  çıxaraq  iki  gün 
ərzində  Cəbrayıla  çatdım.  Vəziyyətlə  tanış  olaraq  sizin  nəzərinizə 
çatdırıram ki, əvvəllər görülən tədbirlər nəticəsində qəzada sakitlik 
bərqərar  olmuşdur.  Oktyabrın  16-dan  isə  müxtəlif  yerlərdən 
gəlmələrdən  və  fərarilərdən  ibarət  olan  erməni  bandası  Zəngəzur 
qəzasından Qaryagin qəzasına keçdikdən və dağlıq erməni kəndləri 
olan Zamzur, Daşbaşı, Cilan və digər kəndlərin sakinləri ilə birlikdə 
tatar  kəndləri  olan  Aşıxmalikli  və  Tararlı  kəndlərinə  hücumları 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə