ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə20/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

64 
rülməli  idi.  1885-ci  ilədək  Naxçıvan-Biçənək-Zəngəzur  qəzasının 
sərhədi sahəsində 48 verstlik şosse yolu, 88,25 verstlik Şuşa-Gorus 
araba yolu çəkilmişdir. Gorusu Naxçıvan qəzasının sərhədi ilə bir-
ləşdirəcək 62 verstlik yol isə çəkilməmiş qalmışdı. Bunlardan baş-
qa,  Zəngəzur qəzası  ərazisində Araz boyunca uzanan və daha  çox 
patrul yolu adlanan, habelə Şuşa-Cəbrayıl qəzası – Məzməzək-Xın-
zirək-Gorus  xətti  ilə  uzanan  iki  yük  heyvanlıq  cığır  yolu  var  idi 
[143, s.99]. 
Haqqında danışdığımız qəzada ticarət də müəyyən qədər inki-
şaf etmişdir. Bu bölgənin yeganə iri bazarı Bərgüşadçayın qolu olan 
Gorus  çayının  sahilində  yerləşən  Gorus  bazarı  idi.  Bundan  başqa, 
misəritmə  zavodları  yanında  ümumilikdə  123  emalatxana-dükanı 
olan 3 kiçik bazar fəaliyyət göstərirdi. Bu bazarlarda 130 tacir-sə-
nətkar (54 misgər, 35 xırdavatçı, 10 dəmirçi, 10 baqqal və b.) fəaliy-
yət göstərirdi. Amma təkcə Gorus bazarında 59 dükan, emalatxana-
da 77 tacir, sənətkar qeydə alınmışdı [143, s.101]. 
Şimali Azərbaycanı işğal etmiş müstəmləkəçi çar rejimi Vətə-
nimizin bu bölgəsindən də geninə-boluna faydalanıb əhalinin üzəri-
nə sayı-hesabı olmayan ağır vergilər qoyduğu halda, nə abadlıq, nə 
səhiyyə, nə də təhsilin inkişafının qeydinə qalırdı. XIX əsrin 80-ci 
illərinin  ortalarında  Zəngəzur  qəzasında  cəmisi  4  dünyəvi  kənd 
məktəbi fəaliyyət göstərirdi. Onlar Gorus, Qubadlı, Arsevanik və I 
Qarakilsə kəndlərində yerləşirdi. 1876-cı ildə Gorusda açılmış birsi-
nifli kənd məktəbi 1882-ci ildə ikisinifli məktəbə çevrilmişdi. 1885-
ci ilin dekabrında bu 4 məktəbdə cəmisi 209 şagird təhsil alırdı ki, 
onlardan da yalnız 3 nəfəri qız idi [166, s.273]. 
Bütövlükdə bu 4 məktəbdə cəmi 209 şagird təhsil alırdı. Şa-
girdlərin içərisində azərbaycanlılar 20 %-dən bir qədər azını təşkil 
edirdilər – cəmi 40 nəfər. 
Gördüyümüz kimi, təhsilin rus dilində olduğu bu məktəblərdə 
mütləq üstünlük (bütün şagirdlərin ¾-dən çoxu) ermənilərə məxsus 
olsa da, Qubadlı məktəbində müstəsna hal kimi yalnız azərbaycanlı, 
türk balaları təhsil alırdılar, çünki bu ərazidə əvvəldən erməni yaşa-
mamışdı, hətta çar rejiminin meydan suladığı dövrdə belə yerli əhali 


 
 65
 
ermənilərin  bu  yerlərdə  məskunlaşmasına  imkan  verməmişdi.  Bu 
məktəblərdəki şagirdlərdən 128 nəfəri kəndli, 42-si bəy, 26-sı ruha-
ni,  3  nəfəri  şəhərli  balaları  idi  və  s.  Təhsil  sahəsində  də  çarizmin 
milli müstəmləkə siyasəti özünü açıq şəkildə göstərirdi. Belə ki, bu 
4 məktəbə çəkilən illik 4411 rubl 87 qəpiklik xərcin 1608 rubl 87 
qəpiyi Gorus, 1082 rubl Arsevanik, 920 rubl Qarakilsə və 800 rublu 
Qubadlı məktəbinin payına düşürdü: XX əsrin əvvəllərində qəzada 
40-dək  dünyəvi  məktəb  fəaliyyət  göstərirdi  [166,  s.275].  Lakin 
məktəbyaşlı uşaqların əksəriyyəti hələ də molla məktəblərində oxu-
yurdu. 
Qəza  əhalisinin  yarısından  çoxunu  müsəlmanlar  təşkil  etdiyi 
halda,  xristian  ibadətgahlarının  sayı  məscidlərin  sayından  az  qala 
2,5 dəfə çox idi: XIX əsrin 80-ci illərinin ortalarında qəzada 46 kil-
sə və daha 25 erməni-qriqorian ibadətgahı olduğu halda, cəmisi 26 
məscid fəaliyyət  göstərirdi. 1885-ci ilin məlumatlarına görə, qəza-
nın 161 xəzinə kəndi içərisində Qubadlı o qədər də böyük yaşayış 
məskəni deyildi. Belə ki, əhalisi sırf Azərbaycan türklərindən ibarət 
olan Qubadlıda cəmisi 90 ailə (həyət, təsərrüfat və ya tüstü) var idi. 
Bu ailələrdəki 226 nəfər kişi və 198 nəfər qadının istifadəsində cə-
misi  10 des. həyətyanı, 150 desyatin suvarılan və 925 des. dəmyə 
əkin sahəsi, 350 des. otlaq və yararsız torpaq - cəmisi 1485 desyatin 
torpaq var idi. Qubadlı kəndnin təsərrüfatlarında 147 baş iş və 422 
baş südlük qaramal, 974 baş xırdabuynuzlu mal-qara, 54 at, 62 ulaq 
saxlanılırdı. Kəndin əhalisi hər il 412 rubl  «tüstüpulu» - həyətbaşı 
vergi, 485 rubl zemstvo vergisi, 13 rubl 25 qəpik «məktəb vergisi» 
və 13,5 rubl ictimai (icma) vergi ödəyirdi [216, s.184].
 
Çarizmin mürtəce, müstəmləkəçi köçürmə siyasəti nəticəsində 
Zəngəzurun demoqrafik durumunda ciddi dəyişikliklər baş versə də, 
XIX  əsrin  sonunda  Zəngəzur  qəzası  əhalisi  içərisində  müsəlman 
əhalisi mütləq üstünlüyü qoruyub saxlayırdı. Belə ki, qəzada məs-
kunlaşmış 70015 nəfər (36854 nəfər kişi və 33161 nəfər qadın) əha-
linin (10328 ailə – təsərrüfat) 38922 nəfəri müsəlmanların (6543 ai-
lə – təsərrüfat), cəmisi 30850 nəfəri (3722 ailə – təsərrüfat) erməni-
lərin və 443 nəfəri (63 ailə-təsərrüfat) rusların payına düşürdü. Yəni 


66 
müsəlmanlar  qəza  əhalisinin  55,59%-ni,  ailə  təsərrüfatının  isə 
63,35%-ni təşkil edirdilər [216, s.184]. 
O dövrün rusdilli qaynaqlarından biri qeyd edirdi ki, «Zəngə-
zur qəzasının bütün dağları tatar  – Azərbaycan-türk adları daşıyır. 
Qəzanın qərb sərhədlərində  yerləşən  İşıqlı  ən  yüksək zirvə sayılır. 
İşıqlıdan üç verst uzaqda cənub-qərbə doğru ayrı-ayrı dayanmış zir-
vələr – Tərpənməz, Canqurtaran, Yağlıca, Yantəpə, Üçtəpə, Şiştəpə, 
Daştəpə,  Ölütəpə,  Ziyarətdağ,  Səngər,  Hərtiz  və  b.  uzanır»  [216, 
s.184]. Təbii ki, bu toponimlər həmin torpaqların tarixən kimə məx-
susluğunu bildirən ən təkzibedilməz sübutlardır. 
Zəngəzur qəzasının ərazisindən axan ən iri çaylar Ağarlı, Za-
bux və Bərgüşad idi. İlk iki çay yazda elə daşırdı ki, bir neçə həftə 
Zəngəzur qəzası ilə buraya hər cür tam faktura və qalantereya mal-
larının gətirildiyi Şuşa arasında əlaqələr kəsilirdi. Bunun nəticəsində 
ayrı-ayrı əşyaların qiyməti adi vaxtlardakından üç-dörd dəfə bahala-
şırdı [216, s.184]. 
Əlverişli  coğrafi-iqlim  şəraiti  əkinçiliyi  Zəngəzur  əhalisinin 
başlıca  qazanc  mənbəyi  etsə  də,  əmək  qabiliyyətli  işçi  qüvvəsinin 
çatışmaması əkinçilik məhsullarına olan tələbatın tam ödənilməsinə 
imkan  vermir,  yerli  sakinlər  bəzən  ərzaq  məhsullarının  müəyyən 
hissəsini başqa bölgələrdən almalı olurdular. Əkinçilikdə başlıca ye-
ri buğda və arpa tutsa da, mərcimək, kətan, darı və vələmir də əkilir-
di. 
Maldarlıq  qəza  kənd  əhalisinin  ikinci  başlıca  məşğuliyyətini 
təşkil edirdi. O qədər də sərt olmayan qış, habelə yaylaqların bollu-
ğu bu sahənin geniş inkişafı üçün əlverişli şərait yaradırdı. 
Bağçılıq ikinci dərəcəli rol oynayırdı. Meyvə bağları ilə yana-
şı,  tut  bağları  (araqçəkmə  və  baramaçılıq  üçün)  geniş  yayılmışdı. 
Bostançılıq çayların sahillərində yaşayan əhali arasında xüsusən ge-
niş yayılmışdı. Çox yüksək keyfiyyətli balı ilə məşhur olan yerli arı-
çılıq zəif inkişaf edərək köməkçi təsərrüfat rolunu oynayırdı. 
Zəngəzur qəzası Azərbaycanın məşhur sənətkarlıq bölgələrin-
dən biri idi. Burada xüsusən də ev sənətkarlığı geniş intişar tapmış-
dı.  Kustar  sənaye  sahələrindən  ən  çox  inkişaf  edəni  xalçaçılıq  idi. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə