Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə41/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
barəsində keçən fəsildə mə`lumat verdik. Altı aylıq bələkdəki 
körpəyə su istərkən, onu rəhimsizcəsinə necə şəhid etdiklərini 
də söylədik. Allahın evi Kə`bəni oda çəkib və Mədinə 
kişilərini xüsusi amansızlıqla qıraraq, mindən çox qadının 
zorla namusuna toxunduqlarına da işarə etdik. 
Biz pislik simvolu olan Yezidə lə`nət etməklə, həqiqətdə 
bütün zülm və iyrəncliyə nifrət edirik. 
Necə ki, şeytana lə`nət etməklə, şeytani əməlləri lə`nətləyirik! 
Qurani-Kərim buyurur: «Şeytan sizin düşməninizdir. Siz də 
gərək onunla düşmənçilik edəsiniz 
)1(
».Şeytanın üzünə 
gülmək, onunla dostluq etmək olmaz. Əks-təqdirdə insan 
şeytana çevrilər. Düşüncəli və məntiqli insan o kəsdir ki, 
Allahın dostları, pak əməlli insanlarla dostluq etdiyi halda, 
düşmənlərilə də düşmənçilik etsin. Belə ki, Qurani-Kərim 
buyurur: «Mö`minlər kafirlərə qarşı kəskin, öz aralarında isə 
mehribandırlar 
)2(
».Bu dinimizin ən əsas göstərişlərdəndir. 
Bir nöqtəni də unutmaq olmaz ki, Qurani-Kərim müxtəlif 
şəxslərə və qruplara otuz səkkiz dəfə lə`nət etmişdir. Onların 
bə`zilərini qeyd edirik: 
Şeytana lə`nət olunur. Sad surəsi, 78-ci ayə: «Qiyamət gününə 
qədər sənə mənim lə`nətim olsun». 
səh:153 
 
1
-
 [
1
 . ]
Fatir sur ə si, ay ə 6 . 
2
-
 [
2
 . ]
F ə th sur ə si, ay ə 29 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Kafirlərə lə`nət oxunub. Əhzab surəsi, 64-cü ayə: «Allah 
kafirlərə lə`nət edib və onlar üçün cəhənnəmi hazırlayıbdır». 
Bəni-İsraildən olan kafirlərə. Maidə surəsi, 78-ci ayə: «Bəni-
İsraildən kafir olan şəxslərə Davud və Məryəm oğlu İsanın 
dililə lə`nət oldu». 
Zalımlara lə`nət oxunub. Hud surəsi, 18-ci ayə: «Agah olun 
ki, Allahın lə`nəti zalımlara olur»! 
Peyğəmbəri (ə) incidənlərə. Əhzab surəsi, 57-ci ayə. «Allahı 
və Peyğəmbəri incidənləri, Allah həm dünyada və həm 
axirətdə lə`nətləyibdir». 
Mö`mini öldürənə. Nisa surəsi, 23-cü ayə: «Hər kəs mö`mini 
bilərəkdən öldürsə, cəzası əbədi cəhənnəm əzabıdır. Allah ona 
qəzəb və lə`nət edər və onun üçün əzab hazırlamışdır». 
Bunlarla birgə yalançılar 
)1(
,günahsız şəxsə zina töhməti 
vuranlar 
)2(
,nifaq əhli, fəsad əhli 
)3(
və digər çirkin əməl 
sahibləri də lə`nətlənmişdir. Təkcə Həzrət Məhəmməd (s) 
300-dən çox hədisdə xəbis və mənfurları lə`nətləmişdir 
)4(
.
Onlardan bə`ziləri də keçən bəhslərdə işarə etdiyimiz kimi, 
birbaşa İmam Hüseynin (ə) qatillərinə ünvanlanmışdır. Əhli-
sünnət məzhəbindən tanınmış din alimləri də, Yezidi və digər 
İmam Hüseyn qatillərini lə`nətləmişdir. 
Əbul Fərəc ibn Cövzi Yezidi lə`nətləməyin düzgün olması 
barədə kamil bir kitab yazmışdır
)5(



Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Cahid yazır: «Yezid məl`undur! Hər kəs Yezidi lə`nətləməyə 
qarşı çıxsa özü də məl`undur
)6(
»! 
səh:154 
 
1
-
 [
1
 . ]
Nur sur ə si, ay ə 7 . 
2
-
 [
2
 . ]
Nur sur ə si, ay ə 23 . 
3
-
 [
3
 . ]
Tövb ə sur ə si, ay ə 68 v ə M ə h ə mm ə d (s) sur ə si, 
ay ə 22-23 . 
4
-
 [
4
« . ]
Sun ə ni- Ə bu Davud », c. 3, s ə h. 324 . 
5
-
 [
5
 « . ]
Ə r-r ə ddi ə l ə l-müt əə ssibül- ə nid», s ə h. 18-19 . 
6
-
 [
6
« . ]
R ə sail», s ə h. 298 . 
Alusi: Yezid lə`nətlikdir. «Ona lə`nət etmək olmaz» deyən hər 
kəs Yezidə şərik sayılır
)1(
”. 
Təftazi: “Yezidin lə`nətlik olmasında heç bir İslam alimi azca 
da olsa tərəddüd etməmişdir. Allah Yezidə və onun 
köməkçilərinə lə`nət etsin
)2(
”! 
Bütün bunlardan əlavə bir məsələni də qeyd etmək yerinə 
düşərdi. Həzrət Məhəmməd (s) buyurur: «Hüseynlə (ə) 
düşmənçilik edən, mənimlə düşmənçilik etmişdir. Mənimlə 
düşmən olan isə Allahla düşmənçilik etmişdir
)3(
». 
Qurani-Kərim isə belə şəxslər barədə buyurur: «Allah və 
peyğəmbəri incidənləri Allah, həm dünyada və həm də 
axirətdə lə`nətləyibdir
)4(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Deməli Uca Yaradanın özü də, Yezidi və onun kimi 
cinayətkarları lə`nətləyir. 
Diqqət etmək lazımdır ki, sünni təriqətinin dörd şaxəyə 
bölünmüş məzhəblərindən biri olan Hənbəli məzhəbinin 
rəhbəri Əhməd ibn Hənbəl Yezidə lə`nət oxumağa birbaşa 
Qur`ani-Kərimin əmr etdiyini təsdiqləyir. Belə ki, oğlu Saleh 
ibn Əhməd atasından: «Ata xalq bizim Yezidə dostluq 
münasibəti bəslədiyimizi güman edir. Sən bu barədə nə 
düşünürsən?» deyə soruşduqda, Əhməd ibn Hənbəl oğluna 
belə cavab verdi: «Oğlum, heç Allaha imanı olan şəxs də, 
Yezidə dost münasibəti bəsləyərmi ?
»  
Oğlu yenidən soruşdu: «Bəs nə üçün Yezidi lənətləmirsən ?
»  
Əhməd ibn Hənbəl cavabında dedi: «Oğlum sən indiyə qədər 
mənim kimisə lənətlədiyimi görmüsənmi? Amma o ki, qaldı 
Yezidə, biz necə onu lənətləməyək ki, Allah-Taala öz 
müqəddəs kitabı Qur`ani-Kərimdə onu lənətləmişdir». 
səh:155 
 
1
-
 [
1
 . ]
Alusi, «Ruhül-m ə ani», c. 26, s ə h. 73 . 
2
-
 [
2
 . ]
T ə ftazani, «Ş ə rhi ə qaidi-n ə s ə fiyy ə », s ə h. 181 . 
3
-
 [
3
 . ]
Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə 
hiheyn», c. 3, s ə h. 166 . 
4
-
 [
4
 . ]
Ə hzab sur ə si, ay ə 57 . 
-
« Qur`anın hansı ayəsi Yezidi lənətləyir ?
»  


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə