Ziyaos-salehin
az.ziaossalehin.ir
cinayətlərin nəticəsində Əli (ə) şiələri İraqdan qaçaraq, ucqar
yerlərə pənah aparır və öz əqidələrini hamıdan məxfi
saxlayırdılar. Xülasə, Kufədə tanınmış və iş bilən bir şiə
qalmadı”.
Mədaini sonra əlavə edərək deyir: “Əbu Süfyan oğlu Müaviyə
öz sərkərdələrinə əmr etdi ki, Əli (ə) övladlarının və onun
şiələrinin məhkəmədə verdikləri şahidliyi qəbul etməsinlər.
Həmçinin əmr etdi ki, öz yerlərində Osmanın və onun ailəsinin
tərəfdarları və Osmanın fəzilətləri barədə uydurma hədis
söyləyən şəxslər barədə çox diqqətli olsunlar. Onlara
məclislərdə hörmət etmək və əzizləməkdə səhlənkarlıq
etməsinlər. O cümlədən, Osmanın barəsində hədis söyləyən hər
bir kəsin şəxsiyyətini və tərcümeyi-halını kamil surətdə
yazaraq Müaviyənin sarayına, Şam şəhərinə göndərsinlər.
Sərkərdələr bu əmrə əsasən, Osmanın fəziləti barədə bir cümlə
belə söyləyən hər bir kəsə xüsusi sənəd verərək ona maaş və
ənamlar müəyyən edirdilər. Bu da, Osmanın fəzilətləri barədə
çoxlu mətləblərin nəql olunmasına səbəb oldu. Çünki, belə
hədisləri nəql edənlər Müaviyənin məxsus hədiyyə və
mükafatlarına layiq görülürdülər.”
Mədaini deyir: “Müaviyənin belə bəxşişləri, hakimlərin
uydurma hədis yazmağa həvəsləndirmələri nəticəsində bütün
səh:65
İslam şəhərlərində saxta hədis yazmaq adi bir hala çevrildi.
Müaviyənin şəhərlərə qoyduğu hakimlərin yanında hər kəs
istər yaxşı və ya pis Osmanın barəsində bir fəzilət və ya hədis
nəql edərdisə hədis sual cavabsız qəbul olunur, hədis
söyləyənin adı isə hədiyyələr dəftərində qeyd olunurdu. O
Ziyaos-salehin
az.ziaossalehin.ir
cümlədən, Müaviyə yanında hörmətə minir, belə şəxsin istəyi
və sözü heç vaxt rədd olunmurdu.”
İkinci fərman
Görkəmli və tanınmış alim Mədaini öz sözlərini belə davam
edir:
“Əbu Süfyan oğlu Müaviyə Osman barədə söylənilən
rəvayətlərin düzəlməsindən bir müddət sonra vilayət
başçılarına belə yazdı:
“Osman barədə hədislər kifayət edər. Həddindən artıq
çoxalaraq İslam məmləkətlərinin bütün nöqtələrinə kifayət
qədər çatmışdır. Bu fərman əlinizə çatan kimi camaatı
səhabələrin və iki xəlifənin ( Əbu Bəkr və Ömər) fəzilətləri
barəsində hədis uydurmalarına rəğbətləndirin. Əbu Turabın
(Əlinin (ə)) barəsində nəql olunan hər bir hədisə oxşar bir
hədisi səhabələr barədə də qoşsunlar. Bu əməl mənim
gözlərimin işıqlanmasına, bununla da Əbu Turab şiələrinin və
övladlarının məhv olmasına səbəb olacaqdır.
Bu fərman camaata oxundu və onun məzmunu xalq arasında
yayıldı. Dərhal səhabənin fəziləti barədə uydurma və
həqiqətdən uzaq olan çoxlu xəbər və hədislər söylənilməyə
başlandı. Camaat belə hədislərin düzəlməsində və
yayılmasında çox çalışırdılar. İş o yerə çatdı ki, uydurma
fəzilətləri mənbərlərdə, namaz arası xütbələrdə camaat üçün
oxunur və müsəlmanlara əmr olunurdu ki, bu hədisləri öz
uşaqlarına da öyrətsinlər. Quran ayələri kimi onları
əzbərləməkdə çalışırdılar. Hətta qadınlara, qızlara və
səh:66
Ziyaos-salehin
az.ziaossalehin.ir
xidmətçilərə də bu uydurma fəzilətləri öyrədirdilər. Bu
minvalla bir müddət belə davam etdi”.
Üçüncü və dördüncü fərman
Mədaini yenə də deyir:
-
“ Bir müddət də keçdi. Əbu Süfyan oğlu Müaviyənin
xidmətində olanların və ona itaət edənlərin səhabələr və iki
xəlifə barədə uydurduqları saxta hədislərini yazdıqdan sonra
Müaviyə bu məzmunda üçüncü və dördüncü fərmanı çıxartdı:
-
“ Diqqətli olun ki, hər bir kəs Əlinin (ə) və onun övladlarının
dostu adı ilə ittiham olunsa və bu ittihama kiçik bir sübut
tapılsa, onun adını hədiyyə dəftərindən silin və payını beytul -
maldan kəsin
”!
Bu fərmanin ardınca bu məzmunda yeni bir fərmanı göndərdi:
“Hər bir kəs Əli (ə) övladlarının dostu adı ilə ittiham olunsa
ona təzyiq göstərin və evini alt-üst edin ki, başqaları üçün ibrət
dərsi olsun”.
Mədaini deyir:
-
“ İraq əhli, məxsusən kufəlilər bu hadisədən və müsibətdən
böyük bir müsibət görmədilər. Çünki, Əli (ə) şiələri bu
fərmanın təsiri və hakimlərin əziyyəti nəticəsində çox dəhşətli
qorxu şəraitində yaşayırdılar. Belə ki, bəzən Əlinin (ə)
şiələrindən iki nəfər dost bir-birlərinin evlərinə gedərdilər. Ev
sahibi qulamının və xidmətçisinin qorxusundan onlara and
Ziyaos-salehin
az.ziaossalehin.ir
verib əhd-peyman bağlamazdan əvvəl qonağına bir söz
açıqlaya bilmirdi. O da başqalarına deməmək şərti ilə olurdu.
Beləliklə, Əli (ə) və onun övladları barədə uydurma hədislər
tapıldı. Hədis söyləyənlər, qazilər və hakimlər həmin uydurma
hədislərə qeyd-şərtsiz itaət edirdilər. Riyakar, camaatın ən pisi,
əqidəsi zəif olan, zahirdə imanlı və ibadət əhli olan, hakimliyə
səh:67
yaxınlaşmaq, dünya malına və sərvətinə nail olmaq istəyənlər
uydurma hədislər düzəldirdilər. Zaman keçdikcə bu yalan və
böhtanlarla dolu olan uydurma xəbərlər dindar və təqvalı
şəxslərin əlinə keçdi. Lakin, bir qrup insanlar əqidələrinin yaxşı
olması və sadəlikdən həmin uydurmaları qəbul etmiş və
başqalarına da söyləmişlər . Əgər o hədislərin batil və uydurma
olduğuna diqqət etsəydilər onu söyləməkdən çəkinərdilər
)1(
.”
Əməvi xəlifələri zamanında hədisin vəziyyəti
Mədaini Müaviyənin dövründə hədislərin vəziyyətini nəql
etdikdən sonra, iyirmi bir il Əbdul Məlik ibn Mərvanın səltənəti
və xilafəti dövründə hədislərin aqibətini, şiələrin əzab-əziyyət
çəkmələrini Müaviyənin zamanından heç də az olmadığını
geniş şəkildə bəyan etmişdir. O cümlədən, Mərvan və onun
qaniçən və şiələrə zülm edən, vilayət başçısı təyin etdiyi
Həccac ibn Yusifin etdikləri günahların və cinayətlərin bir
qismini qeyd edərək belə deyir:
“Həccacın məclisinə bir kişi daxil oldu və dedi:
Dostları ilə paylaş: |